07 May 2026 09:40
3238
Oxucu məktubları
A- A+
Doğma Qarabağ torpağına qovuşmağın qüruru

Doğma Qarabağ torpağına qovuşmağın qüruru


Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının təşəbbüsü ilə Qubada fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların fəalları üçün Qarabağa tur təşkil olunduğunu eşidəndə sevindim. Çünki ziyarətçilərin sırasında mən də vardım.

Tur çərçivəsində biz Qarabağ torpağını ziyarət etdik. Qarabağ alındıqdan sonra buranı ziyarət etmək bir başqa hiss imiş. Bu hissi sözlə ifadə etmək çətindir, çünki o, 30 illik həsrətin, göz yaşının, ümidin bir anda gerçəkləşməsidir. Uzun illərin həsrətinin bir gün bitəcəyi nağıl kimi gəlirdi. Amma bu, şəhidlərimizin qanı, qazilərimizin şücaəti sayəsində gerçəyə çevrildi. 

Buradakı hər bir daş, hər bir məkan tariximizdir, sərvətimizdir. Şuşanın qala divarları, Cıdır düzünün əsrarəngiz mənzərəsi, Ağdam Cümə məscidinin minarələri bizə babalarımızın kim olduğunu pıçıldayırdı. Xankəndinin küçələrində gəzərkən anlayırdıq ki, bu torpaq sadəcə coğrafiya deyil, millətin yaddaşıdır. İllərdir yuxularımızda gördüyümüz Xarıbülbül artıq azaddır, onun ətri doğma torpağın ətrinə qarışıb. 

Bu yerlər düşmən tapdağı altında inləyirdi, indi isə Azərbaycan bayrağı altında nəfəs alır. Bir fəal gənc kimi burada olmaqdan qürur duydum. Çünki biz bu günü görmək üçün yaşayan, oxuyan, çalışan nəsilik. Bizə bu qüruru yaşadan isə Vətən uğrunda canından keçən oğullardır. Şəhid analarının əllərindən öpürük.  Onların göz yaşları ilə suvarılan bu torpaq artıq azaddır. Bizim isə borcumuz Qarabağı yenidən qurmaq, çiçəkləndirmək, gələcək nəsillərə əmanət etməkdir. 

Bu torpağa ayaq basanda başa düşürsən: Qarabağ sadəcə alınmadı, Qarabağ qayıtdı. O, yenidən bizim nəfəsimiz, səsimiz, ürək döyüntümüz oldu. Qarabağ, sənə qovuşmaq hər bir azərbaycanlının ən böyük xoşbəxtliyidir. Səni qorumaq isə bizim müqəddəs borcumuzdur.


Abutalib TURABOV,

Quba rayon sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında

02:35
05 Noyabr

K.S.İmanovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında

02:34
05 Noyabr

"Azərbaycan Respublikası tərəfindən 1995-ci il yanvarın 10-da təsdiq edilmiş Birləşmiş Millətlər Təşkilatının İqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsinə dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 30 aprel tarixli 560 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə

02:33
05 Noyabr

"İcra haqqında" və "Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

02:32
05 Noyabr

Atmosfer havasının çirklənməsinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında

02:31
05 Noyabr

“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 fevral tarixli 351-VIIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:30
05 Noyabr

ABŞ Prezidenti respublikaçıların seçkidə uğursuz nəticə əldə etməsində İranla müharibənin rol oynadığını təsdiqləyib  

23:10
04 Noyabr

Donald Tramp: Demokratların impiçment təşəbbüsü onların öz partiyalarını məhv edə bilər  

23:09
04 Noyabr

Rəcəb Tayyib Ərdoğan: Prezident İlham Əliyevə ən səmimi arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram  

22:36
04 Noyabr

Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünyaşöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər  

22:07
04 Noyabr

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının qalibləri müəyyənləşib  

21:53
04 Noyabr

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi müzakirəyə çıxarılıb 

20:36
04 Noyabr

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatının açılışı olub  

20:13
04 Noyabr

Maliyyə Nazirliyi yanında İctimai şura Milli Məclisdə büdcə müzakirələrində iştirak edir  

20:09
04 Noyabr

Nazir: Azərbaycan dünyada güclü idman mərkəzi kimi tanınır  

20:01
04 Noyabr

Süni intellekt dövründə şəxsi məlumatların qorunması  

19:57
04 Noyabr

Emma Edhem: Azərbaycan regionun ən mühüm ölkələrindən birinə çevrilib  

19:45
04 Noyabr

Qara dənizdə yük gəmilərinə hücumlar artır

19:45
04 Noyabr

“Kalaşnikov” “Kalitka” və “Kraken” ilə anti-dron qalxanını təqdim edib  

19:32
04 Noyabr

Ermənistan XİN rəhbəri: TRIPP vasitəsilə silah və sursat daşına bilməz  

19:24
04 Noyabr

Yaponiyada V əsrə aid şaman heykəlciyi aşkar edilib

19:16
04 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!