27 Oktyabr 2026 09:15
165
Oxucu məktubları
A- A+
Quba Cümə məscidi

Quba Cümə məscidi


Azərbaycanın qədim şəhərlərindən biri olan Quba zəngin tarixi, özünəməxsus mədəniyyəti və çoxsaylı memarlıq abidələri ilə seçilir. Şəhərin tarixini yaşadan bu abidələr arasında Quba Cümə məscidinin xüsusi yeri vardır. İki əsrdən artıq tarixə malik olan məscid həm dini ibadət məkanı, həm də Qubanın zəngin keçmişini əks etdirən mühüm memarlıq nümunəsidir.

Quba Cümə məscidinin tarixi XIX əsrin əvvəllərinə gedib çıxır. Məscidin tikintisinə 1792-ci ildə başlanıldığı və tikinti işlərinin 1802-ci ildə başa çatdırıldığı bildirilir. Məscidin inşası Qazi Nəsrullah əfəndinin və onun oğlu Qazi İsmayıl əfəndinin adı ilə bağlıdır. Məscidin kitabəsində isə tikintini həyata keçirən memarın Osman ibn Ömər olduğu qeyd edilir. Bu məlumatlar abidənin tarixinin nə qədər qədim və zəngin olduğunu göstərir.

Cümə məscidi öz memarlıq quruluşuna görə Qubanın digər tarixi tikililərindən fərqlənir. Məscid səkkiztinli prizma formasında inşa edilib. Tikilinin əsas materialı bişmiş kərpicdir. Məscidin böyük günbəzi və monumental quruluşu ona xüsusi əzəmət verir. Daxili hissəsinin hündürlüyü 28 metr, sahəsi isə təxminən 400 kvadratmetrdir. Bu xüsusiyyətlər məscidin yalnız dini tikili deyil, həm də öz dövrünün diqqətçəkən memarlıq əsəri olduğunu göstərir.

Məscidin tarixi Qubanın ictimai və mənəvi həyatı ilə sıx bağlıdır. Uzun illər burada şəhər sakinləri ibadət edib, dini bayramlar və mərasimlər keçirilib. Məscidin nəzdində fəaliyyət göstərən mədrəsə isə dini maarifləndirmə baxımından mühüm rol oynayıb. Mənbələrə əsasən, məscid və mədrəsə 1924-cü ilədək fəaliyyət göstərib. Beləliklə, Cümə məscidi uzun müddət Quba əhalisinin yalnız ibadət etdiyi məkan deyil, həm də dini biliklərin öyrənildiyi və insanların bir araya gəldiyi mühüm mərkəzlərdən biri olub.

Məscidin tarixində sovet dövrü xüsusi və mürəkkəb mərhələ təşkil edir. Həmin illərdə Azərbaycanda bir çox dini ibadət yerləri bağlanır, onların fəaliyyəti məhdudlaşdırılırdı. Cümə məscidi də bu prosesdən kənarda qalmayıb. 1933-cü ildə məscidin mədrəsəsi və minarəsi dağıdılıb. Sonrakı illərdə binadan dini məqsədlərdən başqa istifadə edilib. Müəyyən müddət ərzində burada xalça muzeyinin fəaliyyət göstərdiyi də qeyd olunur. Bütün bu dəyişikliklərə baxmayaraq, məscidin əsas binasının qorunub saxlanılması onun bu günə qədər gəlib çatmasına imkan verib.

Azərbaycanın müstəqilliyini bərpa etməsindən sonra tarixi və dini abidələrin qorunmasına münasibət də dəyişdi. Cümə məscidi yenidən dini icmanın istifadəsinə verildi. Məscidin ərazisində abadlıq işləri aparıldı, su və kanalizasiya xətləri bərpa edildi, dəstəmazxana və digər köməkçi tikililər yaradıldı. Məscidin həyətində imam otağı və mədrəsə üçün nəzərdə tutulan binaların yaradılması da onun dini-mədəni əhəmiyyətinin yenidən canlanmasına şərait yaratdı.

Məscidin müasir tarixində aparılan təmir işləri də diqqətəlayiqdir. 2022-ci ilin avqustundan 2023-cü ilin mart ayının sonlarınadək Cümə məscidində əsaslı təmir işləri aparılıb. Bu zaman məscidin dam örtüyü yenilənib və tikilinin qorunması istiqamətində işlər görülüb. Bu cür tədbirlər tarixi abidənin gələcək nəsillərə çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.


Səriyyə ABİDOVA,

Quba şəhər sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

Zəfər şəhidi Amid Heydərovun ailəsi ziyarət olunub

09:05
27 Oktyabr

Qardaşımla qürur duyuram

09:00
27 Oktyabr

Vətən Mətləb üçün ana qədər müqəddəs idi

08:55
27 Oktyabr

Xəzər sahilində arxitektura möcüzəsi: "Crescent bay"

08:50
27 Oktyabr

Bu gün müasir tikili, sabah memarlıq abidəsi

08:45
27 Oktyabr

Xəlil Rza Ulutürk - azadlığın gur səsi

08:40
27 Oktyabr

ZƏFƏR gündəliyi

08:35
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!