04 Mart 2025 09:20
2801
Səhiyyə
A- A+
Ramazanda qidalanma necə olmalıdır?

Ramazanda qidalanma necə olmalıdır?


Ülvi hissləri təcəssüm etdirən, yüksək mənəvi dəyərlər aşılayan 11 ayın sultanı Ramazan ayındayıq. Bu aya xüsusi önəm verənlər niyyət  edib oruc tuturlar. Orucun əsas məqsədi insanın öz nəfsini idarə etməsi, aclıq  və susuzluğun nə demək olduğunu öyrənməsidir.

İlboyu fasiləsiz olaraq işləyən həzm sistemi oruc tutmaqla dincəlir və özünü yeniləyir. Oruc tutan şəxslərin qidalanma rejimi digər günlərdən fərqlənir. Ona görə də bu dini ayini yerinə yetirənlər orucluq müddətində səhhət problemlərinin yaranmaması üçün gündəlik qida rasionuna diqqət yetirməli, orqanizmin ehtiyacı olduğu mineral və vitaminləri qəbul etməlidirlər.


İmsakda yemək vacibdir


Mövzu ilə bağlı qəzetimizə açıqlama verən dietoloq Ülkər Vəliyeva bildirir ki, Ramazan ayında balanslı və düzgün qidalanmaq zəruridir: "Hər kəsə məlumdur ki, bu müqəddəs ayda imsak və iftar olmaqla iki dəfə qidalanma həyata keçirilir. Bəzi insanlar düşünür ki, "sahura qalxmağa ehtiyac yoxdur, qalxsan belə bir stəkan su kifayətdir". Bu, tamamilə yanlış fikirdir. İmsakda orqanizmin ehtiyacı olan vitamin və mineralların yetərli miqdarda, balanslı olaraq qəbulu mühümdür. Bu maddələrlə zəngin qidaların kifayət qədər qəbul edilməməsi orqanizmə mənfi təsir göstərir, nəticədə insan özünü halsız hiss edir, fiziki və əqli iş qabiliyyəti zəifləyir".

Dietoloqun sözlərinə görə, imsakda toxluq müddətini uzadan, bədəndə su saxlayan qidalara üstünlük verilməlidir: "Həzm problemi yaşamamaq, qanda şəkərin miqdarını normada saxlamaq üçün lifli qidalardan istifadə artırılmalıdır. Tərkibində mürəkkəb karbohidratlar, zülallar, vitamin və minerallar, orqanizm üçün xeyirli yağlar olan məhsullar orqanizmin dözümlülüyü və toxluq hissini daha uzunmüddətli edir. İmsakda protein qaynaqlı yumurta, süd və duzsuz pendirə, qan şəkərini nizamlayan tam taxıllı çörəyə, su itkisinin qarşısını almaq üçün təzə sıxılmış meyvə şirəsinə, açıq qara və bitki çayına üstünlük verilməlidir. Əgər imsakda düzgün qidalansaq, gün ərzində həm su, həm də enerji balansını qorumuş olarıq".


Orucun faydaları


İftar zamanı qan şəkəri aşağı olduğu üçün çox yemək istəyi formalaşır, doyma refleksi isə beyinə 15-20 dəqiqədən sonra çatır. Ülkər Vəliyeva bildirir ki, mədə ağrısı və həzm pozğunluğu kimi sağlamlıq problemləri yaşamamaq üçün iftarı iki hissəyə ayırmaq lazımdır. Mədəni birdən-birə çox yükləmək olmaz. Orucu ilıq su ilə açmalı, 1-2 stəkan su içdikdən sonra zeytun, xurma, tərəvəz salatı, göy-göyərti və şorba yeyilə bilər. 15-20 dəqiqə  fasilədən sonra isə əsas yeməklərə başlamaq olar. İftarda sürətli yemək mədə problemləri başda olmaqla qan şəkərinin və təzyiqin  yüksəlməsinə səbəb ola bilər. İftar süfrəsində həddindən artıq yağlı, kalorili, acılı qidalara üstünlük verilməməlidir. Belə qidalar istehlak edildikdə belə, onların miqdarı minimal olmalıdır. İftardan sonra kefir, ayran və yoqurt qəbulu tövsiyə edilir. Yemək qəbulundan 30-40 dəqiqə sonra isə bağırsağın aktiv fəaliyyəti, qəbul edilmiş qidaların yaxşı həzm olunması üçün piyada gəzmək əsas şərtdir.

"Xroniki xəstəliyi olanlara, davamlı dərman içənlərə, yeni əməliyyat olanlara, hamilə və süd verən qadınlara oruc tutmaq məsləhət deyil. Sağlam insanların oruc tutması isə arzuolunandır. Belə ki, bu zaman immun sistemi güclənir, maddələr mübadiləsi sürətlənir, orqanizm zərərli toksinlərdən təmizlənir, insulin müqaviməti azalır. Bu həm də qlükozanın qandan hüceyrələrə daha səmərəli şəkildə daşınmasına imkan verir. Uzun müddət ac qalmaq nəticəsində hüceyrələrin yenilənməsi sürətlənir, dəri hüceyrələri yenilənib canlanır və güc qazanır. Oruc tutmaq qan təzyiqi, xolesterin və trigliserid səviyyələrini azaltmağa kömək edir, bununla da ürək sağlamlığının qorunmasında böyük rol oynayır", - deyə dietoloq bildirib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

Rusiya ilə Ukrayna arasında Zaporojye AES-lə bağlı atəşkəs elan edilib

11:00
17 Yanvar

Əmək qanunvericiliyində yeniliklər-SİYAHI  

10:56
17 Yanvar

Venesuelanın müdafiə naziri: ABŞ-ın əməliyyatında 83 nəfər ölüb  

10:08
17 Yanvar

Bilmək istəyirəm

09:25
17 Yanvar

Uşaqlar cəmiyyətin sabahıdır

09:20
17 Yanvar

Rəssamın uğurlu bədii yaradıcılıq yolu

09:15
17 Yanvar

Qloballaşan dünyada milli kimlik konsepsiyası

09:10
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!