13 Mart 2026 08:25
127
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Avropa İttifaqı: iqtisadi əməkdaşlığın yeni mərhələsi

Azərbaycan-Avropa İttifaqı: iqtisadi əməkdaşlığın yeni mərhələsi


Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında iqtisadi əlaqələr ticarət, investisiya və enerji sahələrində qarşılıqlı faydalı əməkdaşlıqla xarakterizə olunur. Bu əlaqələr regional stabilliyin təmin olunması, texnologiya mübadiləsi və sosial-iqtisadi inkişaf üçün də mühüm imkanlar yaradır. Azərbaycanın strateji coğrafi mövqeyi və zəngin təbii resursları, Avropa İttifaqının isə iqtisadi gücü və texnoloji imkanları əməkdaşlığın tərəflər üçün strateji əhəmiyyətini və uzunmüddətli perspektivini təmin edir.

Avropa İttifaqı 27 dövləti birləşdirən dövlətlərarası iqtisadi və siyasi təşkilatdır. Rəsmi olaraq 1993-cü il noyabrın 1-də  Maastrixt sazişi ilə təsis edilib. Lakin Aİ-nin tarixi daha əvvələ  - 1951-ci il aprelin 18-nə gedib çıxır. Həmin gün Belçika, Almaniya, Fransa, Niderland, Lüksemburq və İtaliya tərəfindən Avropa Kömür və Polad Birliyi (AKPB) yaradılıb. Bununla da Avropada iqtisadi əməkdaşlığın təməli qoyulub. Əslində,  birliyin yaranmasının başlıca səbəbi Avropa ölkələri arasında vaxtilə tez-tez baş verən qanlı müharibələrdir. 1870-1945-ci illərdə təkcə Fransa və Almaniya  arasında çoxsaylı insan tələfatı ilə nəticələnən üç  müharibə baş verib. Bu faciələrdən sonra  bəzi Avropa ölkələrinin liderləri sülhün təmin olunmasının yeganə yolunun ölkələrin iqtisadi və siyasi sahələrdə birləşməsi olduğunu düşünərək belə bir təşəbbüsə imza atıblar.

Azərbaycan Avropa İttifaqına üzvlük istiqamətində birbaşa addımlar atmasa da, "Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində, eləcə də enerji, ticarət və digər sahələrdə Aİ  ilə fəal əməkdaşlıq edir. Azərbaycanın regiondakı strateji tranzit mövqeyi, Avropa ilə Asiyanın quru və hava nəqliyyat yollarının kəsişdiyi ərazidə yerləşməsi, həmçinin Avrasiyada mühüm nəqliyyat qovşağı rolunu oynaması ölkəni Avropa İttifaqı üçün cəlbedici tərəfdaş edir.  Bu əməkdaşlıq texnologiya mübadiləsi, investisiya imkanlarının genişləndirilməsi və regional stabilliyin təmin olunmasına da töhfə verir.  Beləliklə, Azərbaycan və Aİ arasında qarşılıqlı faydalı münasibətlər tərəflərin strateji maraqlarına və regional inkişafın sürətlənməsinə xidmət edir.

Aİ Azərbaycanın neftdənkənar sahəyə və infrastruktur layihələrinə investisiyalar yatıraraq iqtisadi şaxələndirməyə dəstək verir. Ticarət əlaqələrinin genişləndirilməsi, standartların uyğunlaşdırılması və texnologiya transferi isə iki tərəf arasında iqtisadi əməkdaşlığın keyfiyyətini artıran əsas amillərdəndir. Bu iqtisadi əməkdaşlığın önəmi və perspektivləri Azərbaycan və Avropa İttifaqı rəhbərlərinin qarşılıqlı görüşlərində də vurğulanır. Tərəflər enerji təhlükəsizliyi, ticarət əlaqələrinin inkişafı və investisiya imkanlarının genişləndirilməsi kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın əhəmiyyətini hər zaman qeyd edirlər. Görüşlərdə həmçinin innovasiya, texnologiya transferi və neftdənkənar sahənin şaxələndirilməsi məsələləri müzakirə olunur. 

Bu mənada Aİ Şurasının prezidenti Antonio Koştanın Azərbaycana iki gün öncəki səfəri çərçivəsində liderlərin mətbuata bəyanatında Prezident İlham Əliyevin  söylədiyi bu fikirlər deyilənləri təsdiq edir: "Mən bəzi iqtisadi göstəricilərə nəzər saldım və gördüm ki, bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Ötən il dövriyyə bir az aşağı olmuşdur, lakin o, həqiqətən göstərir ki, Avropa İttifaqı bizim üçün birnömrəli ticari tərəfdaşdır. Əminəm ki, yeni layihələr və yeni investisiya imkanları ilə sərmayələr iki istiqamətdə yatırılacaq. Hazırda biz həmçinin Avropada fəal şəkildə sərmayə yatırırıq. Ticari dövriyyəmiz birmənalı olaraq artacaq. Tərəfdaşlığımızın mühüm hissəsi hər zaman enerji əməkdaşlığı olub, var və birmənalı olaraq olacaq". 

Qeyd edək ki, liderlərin mətbuata birgə bəyanatının əsas mahiyyəti  Azərbaycan-Aİ münasibətlərinin yeni mərhələyə qədəm qoyduğunu və strateji tərəfdaşlıq xarakterini yüksək səviyyədə təsdiqləməsidir. Bəyanat Azərbaycan ilə Aİ arasında əlaqələrin birgə maraqlara əsaslandığını, qarşılıqlı hörmət, bərabərlik və ortaq fayda prinsipləri çərçivəsində inkişaf etdiyini vurğulayır. Birgə bəyanatın əsas mesajlarından biri də odur ki, Azərbaycan-Aİ tərəfdaşlığı yalnız enerji və nəqliyyat sahələri ilə məhdudlaşmır. Tərəflər müdafiə və təhlükəsizlik, rəqəmsal transformasiya və innovasiya, humanitar minatəmizləmə, bərpaolunan enerji və iqlim, eləcə də təhsil, mədəniyyət sahəsində əməkdaşlığı genişləndirmək niyyətini ifadə edirlər. Bu çoxşaxəli tərəfdaşlıq imkanları yeni əməkdaşlıq perspektivləri açmaqla, Azərbaycan və Aİ arasındakı iqtisadi əlaqələri uzunmüddətli və dayanıqlı əsasda inkişaf etdirmək əzmini vurğulayır. Bu inkişaf  Azərbaycan və Aİ arasındakı münasibətlərin davamlı olaraq gücləndiyini sübut edir. 

Son illər tərəflər arasında əməkdaşlıqda müşahidə olunan irəliləyişlər fonunda ötən il  Azərbaycan və Aİ rəsmilərinin qarşılıqlı səfərləri, təhlükəsizlik, enerji və nəqliyyat sahələrində uğurla təşkil edilmiş dialoqlar da əlaqələrin inkişafına öz töhfəsini verib. Bu müsbət dinamika əməkdaşlığın yeni səviyyəyə yüksəlməsi üçün əlverişli şərait yaradıb. Həqiqətən də, son iqtisadi göstəricilər Aİ ilə ticarət və investisiya sahəsində qarşılıqlı faydalı münasibətlərin xüsusi əhəmiyyət daşıdığını ortaya qoyur. 

Göründüyü kimi, Azərbaycan və Avropa İttifaqı arasında iqtisadi əlaqələr davamlı olaraq genişlənir və dərinləşir. İqtisadiyyatda qarşılıqlı faydalı əməkdaşlıq tərəflərin strateji maraqlarını təmin etməklə yanaşı, regional stabilliyin və inkişafın sürətlənməsinə də töhfə verir. Birgə səylər və həyata keçirilən layihələr göstərir ki, Azərbaycan-Aİ münasibətləri yalnız iqtisadi əməkdaşlıqla məhdudlaşmır, həm də sosial, təhsil, mədəniyyət və innovasiya sahələrində yeni perspektivlər açır. Beləliklə, əməkdaşlığın davamlılığı və strateji xarakteri tərəflərin qarşılıqlı maraqlarına və uzunmüddətli dayanıqlı tərəfdaşlığa əsaslanan münasibətlərin möhkəmlənməsinə xidmət edir.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

Qədimdən qədim yeni gün

08:45
13 Mart

Ermənistan geosiyasi dönüş nöqtəsindədir

08:40
13 Mart

Türkiyə və Azərbaycan regionun təhlükəsizliyi məsələsində bir yerdədirlər

08:35
13 Mart

Naxçıvandan sülh və qətiyyət mesajı

08:30
13 Mart

Azərbaycan-Avropa İttifaqı: iqtisadi əməkdaşlığın yeni mərhələsi

08:25
13 Mart

Neft bazarının gələcək dinamikası Yaxın Şərqdəki hadisələrin gedişatından asılıdır

08:20
13 Mart

Dünyanı narahat edən məsələlər Bakıda müzakirə olunur

08:15
13 Mart

Enerji qiymətlərinin yüksəlməsi davam edə bilər

08:10
13 Mart

34 il sədaqətli xidmət nümunəsi

08:05
13 Mart

Aİ Şurasının prezidenti Avropanın "yaşıl şirkət"lərinə çağırış etdi

08:00
13 Mart

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

 “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!