13 Mart 2026 08:30
362
SİYASƏT
A- A+
Naxçıvandan sülh və qətiyyət mesajı

Naxçıvandan sülh və qətiyyət mesajı


Təməl gücünü ortaq tarixi köklərimizdən və gündən-günə inkişaf edən qardaşlıq əlaqələrindən alan Türkiyə-Azərbaycan birliyi bu gün dünya üçün nümunədir. Reallıqdır ki, müasir dünya siyasətinin mürəkkəb geosiyasi arenasında dövlətlərarası münasibətlər çox vaxt müvəqqəti maraqlar üzərində qurulur. 

Bu mənada Azərbaycan və Türkiyə arasındakı münasibətlər həmin qlobal qaydalara zidd, unikal xarakter daşıyır. Hazırda Bakı və Ankara arasındakı həmrəylik, xüsusilə iki ölkənin liderləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasındakı qarşılıqlı etimada söykənən şəxsi dostluq münasibətləri həm də regionun təhlükəsizliyinin əsas sütununa çevrilib. Təsadüfi deyil ki, hər iki ölkə terrorizm, işğal və digər təhdidlərə qarşı birgə mübarizə aparmağı bir dövlət ənənəsinə çeviriblər.

Martın 11-də Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri regional proseslərin mürəkkəbləşdiyi bir dövrdə xüsusi əhəmiyyət kəsb edirdi. Bu səfər regiondakı geosiyasi mənzərə fonunda Türkiyənin Azərbaycanın yanında olmasının əyani nümayişi idi. 


Müttəfiqliyi zirvəyə daşıyan sənəd


2021-ci il iyunun 15-də - xalqımız üçün rəmzi məna daşıyan Qurtuluş Günündə Azərbaycan və Türkiyə arasında Qarabağda imzalanan Şuşa Bəyannaməsi bu sarsılmaz birliyi beynəlxalq hüquq müstəvisində ən yüksək zirvəyə daşıdı. Bu bəyannaməni, sadəcə, iki dövlətin niyyət protokolu deyil, regionun təhlükəsizlik balansını tənzimləyən strateji sənəd də adlandırmaq olar. 

Ölkələrimizin regional güc mərkəzi kimi beynəlxalq səviyyədə mövqeyinin möhkəmlənməsinə mühüm zəmin yaradan bu bəyannamənin müddəalarında göstərilir ki, tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. 

Sənədin müddəalarından da aydın olduğu kimi, bir dövlətin təhlükəsizliyinin, ərazi bütövlüyünün təhdid edilməsi digəri üçün də təhdid kimi qəbul ediləcək və lazımi tədbirlərin həyata keçirilməsi öhdəçiliyini yaradacaq.

Ümumiyyətlə, bu bəyannamə Azərbaycan və Türkiyənin təhlükəsizliyinin artıq bölünməz bir bütövə çevrildiyinin göstəricisi oldu. 

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin modernləşdirilməsi, birgə fəaliyyət qabiliyyətinin artırılması və müasir hərbi texnologiyaların tətbiqi istiqamətində atılan addımlar da məhz bu amala xidmət edir.


"Bir millət, iki dövlət" 


 Bu kontekstdə Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri də bir növ dünyaya mesaj xarakteri daşıyırdı.

Sözügedən səfər çərçivəsində qonaqlar Əlahiddə Ümumqoşun Ordunun (ƏÜO) qərargahında olublar. Ordu generalı Metin Tokel bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi məqsədilə Türkiyənin daim Azərbaycanın yanında olduğunu və tarixi Şuşa Bəyannaməsinin müddəalarına uyğun olaraq, istənilən hərbi yardımı göstərməyə hazır olduqlarını bildirib. Ordu generalı iki ölkə arasındakı münasibətlərin strateji və hərbi tərəfdaşlıq baxımından möhkəm təmələ sahib olduğunu söyləyib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Metin Tokel strateji müttəfiqliyə əsaslanan hərbi əməkdaşlığın daha da genişləndirilməsi baxımından qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. O, Azərbaycan Ordusunun davamlı inkişaf etdiyini və bunun qardaş Türkiyədə böyük məmnunluq doğurduğunu qeyd edib.

Türkiyə Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı Metin Tokel Naxçıvan Muxtar Respublikasına dron hücumunun narahatlıq doğurduğunu diqqətə çatdırıb. Onun  Naxçıvandan verdiyi bəyanatlar Türkiyənin qətiyyətli mövqeyini bir daha təsdiqlədi. O, bölgədə sabitliyin gücləndirilməsi və təhlükəsizliyin tam təmin edilməsi üçün ölkəsinin daim Azərbaycanın yanında olduğunu xüsusi vurğuladı. Bu, Şuşa Bəyannaməsinin müddəalarının kağız üzərində deyil, real meydanda hər an tətbiq olunmağa hazır olduğunu göstərən bir mesaj idi. 

Ordu generalı Metin Tokelin səfər çərçivəsində səsləndirdiyi fikirlər Naxçıvandan bütün dünyaya, xüsusilə də regionda sabitliyi pozmağa meyilli olan qüvvələrə ünvanlanmış ciddi xəbərdarlıq idi. Azərbaycana yönələn hər hansı təhdid, o cümlədən Naxçıvana dron hücumları ilə bağlı narahatlığın ifadə edilməsi Türkiyənin bu strateji bölgəni diqqətdə saxladığının göstəricisidir.

Ümumiyyətlə, qardaş ölkələrin liderlərinin İranın raket hücumları ilə bağlı bir-birlərinə zəng vuraraq dəstək göstərməsi Azərbaycan və Türkiyənin sarsılmaz birliyini bir daha nümayiş etdirdi. Bu gün Azərbaycan-Türkiyə birliyi dünyada hesablaşılan böyük gücə çevrilib. Regionla bağlı istənilən layihə və ya məsələ bu iki ölkənin maraqları nəzərə alınmadan reallaşdırıla bilməz. 

İstər prezidentlərin martın 5-də və 9-da qarşılıqlı telefon zəngləri, istərsə də ordu generalı Metin Tokelin Naxçıvan səfəri bir daha göstərdi ki, Türkiyə və Azərbaycan "bir millət, iki dövlət" olaraq bölgədə sülhün və təhlükəsizliyin əsas qarantıdırlar.  

Bu birlik həm də ondan xəbər verir ki, Azərbaycanın suverenliyinə qarşı yönələ biləcək hər hansı təhdidin qarşısında hər zaman iki qardaş dövlətin ortaq və sarsılmaz gücü dayanacaq.


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

Dövlət maliyyəsinin idarə olunması vahid platformada birləşdirilir

08:55
17 Aprel

Yeri görünən insan

08:50
17 Aprel

Ömrünü torpağa həsr etmişdi

08:45
17 Aprel

Ölkəmiz üçün müstəsna əhəmiyyəti olan sahə — yerli silah-sursat və hərbi texnika istehsalı

08:43
17 Aprel

Proqnozlara baxmayaraq...

08:35
17 Aprel

Öz gücünə arxalanan dövlət: Azərbaycanın uğur hekayəsi

08:30
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!