14 Aprel 2026 19:01
605
Mədəniyyət
A- A+
TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  

TÜRKSOY-da Türk dünyasının mədəniyyət paytaxtı Əndican şəhərinin təqdimatı olub  


Aprelin 14-də Ankarada Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) mərkəzi ofisində Özbəkistanın Əndican şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı-2026” elan edilməsinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, Əndicanın mədəni və tarixi potensialının təqdimatı tədbirində Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy, Türkiyə parlamentinin üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, diplomatlar, alimlər və ekspertlər iştirak ediblər.

Tədbir iştirakçıları, o cümlədən Azərbaycanın Türkiyədəki səfirliyinin nümayəndələrinin iştirakı ilə “Türk dünyasının mədəniyyət paytaxtı-2026”nın loqosu təqdim edilib.

TÜRKSOY-un Baş katibi Sultan Raev çıxışında Mərkəzi Asiyanın bu qədim şəhərinin təqdimatından məmnunluğunu bildirib.

“Qədim Əndican şəhərinin müasir görünüşü Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Özbəkistanda aparılan islahatların uğurunun göstəricisidir. Əndican haqlı olaraq Fərqanə Vadisinin incisi hesab olunur”, - deyə o qeyd edib.

TÜRKSOY-un Baş katibi Əndicandan olan bir sıra görkəmli şəxsiyyətləri xatırladaraq, Özbəkistandakı mədəni tədbirlər proqramının türk xalqlarının həmrəyliyinin möhkəmləndirilməsinə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Özbəkistan səfiri İlhom Haydarov Əndicanın “Türk dünyasının mədəniyyət paytaxtı-2026” elan edilməsini əlamətdar hadisə adlandırıb. “Bu qərar Özbəkistan üçün təkcə qürur mənbəyi deyil, həm də məsuliyyətdir. Biz Türk dünyasının mədəniyyətinə bundan sonra da töhfə vermək əzmindəyik”, - deyə o əmin edib.

Diplomat, həmçinin Özbəkistanın 2023-cü ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələlərin nəticələrinin aradan qaldırılmasına verdiyi töhfəni xatırladaraq, bütün iştirakçıları Əndicanda keçiriləcək tədbirlərə dəvət edib.

Türk millət vəkili İlyas Topsakal qeyd edib ki, üç min illik tarixi olan Əndican qlobal mədəniyyətə töhfə verməkdə davam edir. Onun sözlərinə görə, türk xalqlarının qədim torpaqlarını ziyarət etmək Türk dünyasının birliyinin təbliğinə töhfə verir.

Türkiyə Ədalət və İnkişaf Partiyası sədrinin müavini, türk dövlətləri ilə əlaqələr üzrə məsul olan professor Kürşad Zorlu Əndicandakı mədəni tədbirlərin Mərkəzi Asiyada turizmin inkişafına da töhfə verəcəyinə əminliyini bildirib.

“Bizim üçün Əndicanda dünyaya gəlmiş və Böyük Moğol İmperiyasının banisi Zahirəddin Babur da daxil olmaqla, tarixi şəxsiyyətlər vacibdir. Əminəm ki, dialoq Türk dünyasında konsolidasiyanın əsasıdır”, - deyə o, TÜRKSOY-a təşəkkür edərək onu “Türk dünyasının UNESCO”su adlandırıb.

Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ərsoy Türk dünyasında birliyin möhkəm təməlinin mövcud olduğunu vurğulayıb. O, türk xalqlarının mədəniyyətini qorumağa, xüsusən də onların irsini gənc nəsillər arasında təbliğ etməyə çağırıb.

“Türk dünyasının mədəni paytaxtları” proqramlarına həsr olunmuş tədbirlər artıq 14 ildir ki, türk xalqlarının irsinin təbliğində strateji rol oynayır. Ortaq tarix, mədəniyyət və gələcəyə baxış Türk dünyasını daha da gücləndirir”, - deyən nazir Əndicanı “tarixin və inkişafın bir-birinə qovuşduğu şəhər” adlandıraraq sözünü yekunlaşdırıb.

TÜRKSOY binasında Özbəkistan mədəniyyətinə həsr olunmuş fotosərgi də təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Otuz səkkiz kiloqramdan artıq narkotik vasitənin və üç minə yaxın həbin Azərbaycana keçirilməsinin qarşısı alınıb – BİRGƏ MƏLUMAT  

12:41
25 May

ABŞ yəhudiləri Azərbaycanın Müstəqillik Gününü qeyd ediblər

12:38
25 May

Azərbaycanın xarici işlər naziri Nyu-Yorka işgüzar səfərə yola düşüb

12:31
25 May

Leyla Əliyeva Masallıda həsirçiliklə məşğul olan qadınlarla görüşüb

12:23
25 May

Ədliyyə Nazirliyində sahibkarlarla görüşdə biznesin inkişaf yollarından danışılıb

12:13
25 May

Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib

12:11
25 May

Media: WUF13 urbanizasiya sahəsində memarlıq, planlaşdırma və dövlət siyasətinin rolunu vurğulayıb

12:08
25 May

Əl-Cəzirə: ABŞ İranla qarşılıqlı razılaşmalardan geri çəkilir

12:07
25 May

Birləşmiş Krallıqdakı Azərbaycanlı Gənclərin 1-ci Forumu aktiv müzakirələrlə yadda qalıb

12:01
25 May

Ötən həftə 78 mina və 416 digər partlayıcı sursat zərərsizləşdirilib

11:55
25 May

Prezident İlham Əliyevin sədrliyi ilə kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirə keçirilib

11:53
25 May

Ağdamın dağıdılması urbisid kontekstində beynəlxalq elmi araşdırmada təhlil edilib

11:49
25 May

Xəbərdarlıq: 10 Afrika ölkəsində yüksək Ebola epidemiyası riski var

11:45
25 May

Pakistanda baş vermiş yol qəzasında 11 nəfər ölüb

11:43
25 May

Beynəlxalq axtarışda olan təqsirləndirilən şəxs ölkəmizə gətirilir

11:37
25 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

11:32
25 May

Nazir müavini: Liviyadakı səfirliyin fəaliyyətinin bərpası gündəmdədir

11:28
25 May

Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovdan

11:24
25 May

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

11:18
25 May

Uqandanın BMT-də daimi nümayəndəsi: Azərbaycan Cənub–Cənub əməkdaşlığını daha yüksək səviyyəyə qaldırıb

11:16
25 May

İordaniyanın Kralı Əlahəzrət II Abdullah ibn Al Hüseynə

11:07
25 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!