13 Mart 2026 08:35
523
SİYASƏT
A- A+
Türkiyə və Azərbaycan regionun təhlükəsizliyi məsələsində bir yerdədirlər

Türkiyə və Azərbaycan regionun təhlükəsizliyi məsələsində bir yerdədirlər


Türkiyə və Azərbaycan arasında münasibətlər təkcə siyasi və hərbi əməkdaşlıqdan ibarət deyil, həm də tarixi, mədəni və mənəvi köklərə söykənir. Türkiyənin Silahlı Qüvvələrinin Quru Qoşunları komandanı ordu generalı Mətin Tokelin rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfəri hər şeydən əvvəl strateji məna daşıyır. Bu gün regionda baş verən hadisələr fonunda bu səfər regionun xüsusi geosiyasi mövqeyindən xəbər verir. Naxçıvanın Türkiyə ilə birbaşa quru sərhədi var, həmçinin Azərbaycan üçün bu bölgə əhəmiyyətli strateji məntəqə, dayaq nöqtəsidir. 

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev qəzetimizə açıqlamasında deyib ki, səfərdən bir neçə nəticə əldə etmək olar. Bu səfər həm də regional aktorlara mesajdır. "Türkiyəli ordu generalının Naxçıvana səfəri Türkiyə və Azərbaycanın təhlükəsizlik məsələlərində bir yerdə olduğunu, koordinasiyalı şəkildə hərəkət etdiyini bir daha göstərir. Təbii ki, hərbi əməkdaşlığın davam etməsi, birgə təlimlər, müdafiə sahəsində koordinasiyalı iş təcrübəsi mübadiləsinin davamlı şəkildə aparılmasını təsdiqləyir. "Yəni bu gün Türkiyə regionda sabitliyin qorunmasında Azərbaycanın yanında olduğunu göstərir. Ordu generalının səfəri zamanı Şuşa Bəyannaməsinin əhəmiyyəti bir daha vurğulanıb. 2021-ci ildə imzalanan bəyannamə iki ölkə arasında münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatdığını təsdiqləyən sənəddir. Regionda yeni təhlükəsizlik şəraiti yaranarsa, qarşısının alınması istiqamətində birgə addımlar, müdafiə və təhlükəsizlik sahəsində bir-birinə yardım, iqtisadi cəhətdən əməkdaşlığın genişlənməsi nəzərdə tutulur. Bu bəyannamənin bir daha xatırlanması istənilən bir dövlətə diplomatik mesajdır. Türkiyə müxtəlif sahələrdə - istər birgə hərbi təlimlər, istərsə də Azərbaycan Silahlı Qüvvələrinin NATO standartlarına uyğun qurulması istiqamətində Azərbaycana dəstək verir. Eyni zamanda beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edir. Azərbaycan da analoji addımları atır", - deyə deputat bildirib.

A.Nağıyev qeyd edib ki, Türkiyə generalının Naxçıvana səfəri çərçivəsində Şuşa Bəyannaməsinin xatırlanması Azərbaycan və Türkiyənin yalnız dost deyil, strateji təhlükəsizlik tərəfdaşları olduqlarını da bir daha göstərdi. Bu münasibətlər ancaq iki dövlət arasında ümumi maraqlardan deyil, daha dərin - hərbi müttəfiqlikdən, iqtisadi inteqrasiyadan irəli gəlir. Bu cür səylər regionda sabitliyin bərqərar olması üçün bir mesajdır, həmçinin regionun təhlükəsizliyi və iqtisadi inkişafın mühüm amillərindən biridir. Bu proseslərdə Azərbaycan və Türkiyə liderlərinin rolu danılmazdır. Onların bir-birinə səmimi münasibəti əlaqələrin dərinləşməsinə mühüm təsir göstərir. 

Komitə sədri vurğulayıb ki, Türkiyə tərəfindən verilən son mesajlar da iki dövlətin yalnız iqtisadi, siyasi cəhətdən deyil, "bir millət, iki dövlət" prinsipindən çıxış etdiyini göstərir. Azərbaycanın əsas prinsipləri suverenlik, ölkənin ərazi bütövlüyü və hər bir vətəndaşın rifahıdır. Prezident İlham Əliyevin də yürütdüyü siyasət xətti buna əsaslanır.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün narkotiklərlə əlaqəli 33 fakt müəyyən edilib

10:44
17 Aprel

Dövlət Vergi Xidməti: Azərbaycan beynəlxalq qiymətləndirmədə yüksək nəticə əldə edib

10:44
17 Aprel

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:33
17 Aprel

ABŞ-də diqqətçəkən təyinat

10:29
17 Aprel

Sosial təminat sistemində innovativ addım: yeni rəqəmsal həll

10:28
17 Aprel

Dünya birjalarında neft ucuzlaşıb

10:27
17 Aprel

“Azərbaycan iqtisadiyyatının investisiya absorbsiyası” kitabının təqdimatı olub

10:04
17 Aprel

Antalyada növbəti diplomatiya forumu işə başlayır  

10:02
17 Aprel

Azərbaycan neftinin qiyməti 115 dolları ötüb

10:00
17 Aprel

ADY: Kürdəmir stansiyası qapılarını sərnişinlərə açır

09:59
17 Aprel

Livan ordusu İsrailin atəşkəsi pozduğunu təsdiqləyib

09:58
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Gürcüstan parlamentinin sədri ilə görüşüb  

09:57
17 Aprel

BMT İsrail və Livan arasında atəşkəsə əməl olunmasına çağırıb  

09:56
17 Aprel

UEFA Avropa və Konfrans Liqasında ilk yarımfinalçılar məlum olub

09:48
17 Aprel

Müdafiə Nazirliyinin rəhbərliyi azad olunmuş ərazilərdə xidmət edən şəxsi heyətlə görüşüb  

09:45
17 Aprel

ABŞ Prezidenti: Roma Papası ilə razılaşmamaq hüququm var

09:20
17 Aprel

İrsi sınaq

09:15
17 Aprel

Bir ailədən iki şəhid - baba və nəvə

09:10
17 Aprel

Ərdoğan beynəlxalq ictimaiyyəti Cənubi Qafqazdakı sülh proseslərindən nümunə götürməyə çağırıb  

09:09
17 Aprel

Qəddarlığın həddi olmazmış

09:05
17 Aprel

Dərin hikmət və fəlsəfi düşüncə şairi 

09:00
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!