Qışın özü ilə bərabər gətirdiyi qayğılardan biri də səhhətdə yaranan problemlərdir. Soyuq havaların gəlişi ilə insanların bəziləri daha tez xəstələnir, kəskin respirator virus infeksiyalarına yoluxur, xroniki xəstəliklər kəskinləşir. İnsan orqanizmi təxminən 70 trilyon hüceyrədən ibarətdir. Səhhətimiz, fiziki və zehni fəaliyyətimiz bu mikrocanlılardan asılıdır. Əgər onlar sağlamdırsa, bədənimiz də sağlam və gümrah olur. Yox, belə deyilsə, bu və ya digər orqanımız öz funksiyasını düzgün yerinə yetirə bilmir, nəticədə xəstələnir.
Maraqlısı odur ki, bir qisim insan, ümumiyyətlə, viruslara yoluxmur, yoluxsa belə, orqanizmi tez bərpa olur, sanki gözəgörünməz bir qalxanla xəstəliklərdən qorunur. ABŞ-nin Yale Universitetinin alimlərinin apardığı tədqiqatların nəticələrinə görə, bunun səbəbi genetika, qeyri-sağlam həyat tərzi və israrla təkrar etdiyimiz səhvlərdir.
Bəzi insanların qrip, koronavirus, soyuqdəymə, tonzillit, faringit, sinüsit və sətəlcəm kimi bakterial infeksiyalara yoluxma şansının daha az olmasının əsas səbəbi genetik meyildir. Bu insanların antimikrob toxunulmazlığı digərlərindən daha zəifdir. Lakin unutmamalıyıq ki, genetik faktorlar dəyişməz taleyimiz deyil. Genlər səssiz, hərəkətsizdir. Ta ki, aktivləşdirmək üçün siqnal alana qədər. Xəstəliklə əlaqəli bir genin olması mütləq həmin xəstəliyə yaxalanacağımız demək deyil. Xəstəlik genlərini aktivləşdirəcək mənfi amillər azaldılsa, xəstəliyin yaranmasının da qarşısı alına bilər.
Stresin orqanizmə vurduğu zərər düşündüyümüzdən daha çoxdur. Araşdırmalar göstərib ki, bu faktor sağlamlıqda mühüm rol oynayır. Belə ki, kəskin və ya xroniki olmasından asılı olmayaraq, bütün növ streslər immun reaksiyalarını sıxışdırır, gözlənilməz infeksiyalara səbəb olur. Stres səviyyəsi artdıqca hüceyrələrin soyuq viruslara qarşı müdafiə mexanizmləri zəifləyir.
Orqanizm özünə zərər verən amilləri təmizləmək üçün immunitet sistemindən istifadə edir. Lakin insanı xəstəliklərdən qoruyan bu sistem hər kəsdə eyni gücdə olmur. İmmunitet sisteminin individual olaraq qaldıra biləcəyi "yük" var. İnfeksiyanın yüksək olduğu mühitdə, qısa müddət də olsa, müdafiəsiz qalsaq, qəbul edilən həddindən artıq mikrob "yük"ü səbəbindən, immunitetin vəziyyətindən asılı olmayaraq, mikroblara qarşı mübarizəni itirəcəyik. Yaşlılıq immunitetin dayanıqlılığını azaldan əsas amillərdəndir. Yaşlı insanların gənclərə nisbətən daha tez və asanlıqla xəstələnməsinin, mikrob xəstəlikləri ilə daha ağır şəkildə qarşılaşmasının səbəbi təbii immunitetdə elastikliyin və gücün itirilməsidir.
Bəzi insanların viruslara qarşı müqavimətsiz olmasının digər səbəbi pis qidalanmadır. Zərərli və balanssız qidalanma nəticəsində son 10-15 ildə piylənmə halları, demək olar ki, üç dəfə artıb. Hər dörd insandan birində qaraciyər yağlanması, insulin müqaviməti və ürək-damar xəstəlikləri müşahidə edilir. Qidaları uzun müddət saxlamaq üçün əlavə edilən konservantlar orqanizm üçün zərərlidir, Onların "toxunduğu" zülal, yağ və şəkərlərin də keyfiyyəti aşağı düşür. Bunlar da bədən tərəfindən yad maddələr kimi qəbul edilir. Yediyimiz qidalar həzm sistemimiz tərəfindən ən kiçik hissələrə, zülallar amin turşularına, şəkərlər qlükoza, meyvə və tərəvəzlər fruktozaya, vitaminlər minerallara, yağlar yağ turşularına parçalanır və bağırsaqdan sorulur. Proses pozulduqda bağırsaq florası zədələnir, xəstəliklər yaranır.
Zülal və vitamin gücünün olmaması orqanizm üçün əhəmiyyətli bir determinantdır. Bunun üçün mütəxəssislərin nəzarəti altında Omega 3, D3, K2, C vitaminlərini, sink, dəmir minerallarını, probiotik birləşmələri mütəmadi olaraq qəbul etmək lazımdır.
Qida rasionuna əlavə olunmalı əsas tərəvəzlərdən biri nitratlarla bol çuğundurdur. Pazı, ispanaq, kələm, kahı və reyhan da güclü nitrat mənbəyidir. Bədənə daxil olan nitrat damarların daxili səthini əhatə edən qoruyucu endotel örtüyündə bol azot oksidi istehsalına səbəb olur. Azot oksidinin artması qan təzyiqini tarazlaşdırmağa, damarları genişləndirməyə və toxumalara daha çox oksigen və qida çatdırmağa kömək edir. Un və şəkər məmulatlarını isə, ümumiyyətlə, qida rasionundan çıxartmaq lazımdır. Balanslı və düzgün qidalanma, fiziki məşqlər və keyfiyyətli yuxu ən vacib immun gücləndiricilərdir. Nizamlı yuxu immunitet sistemi üçün dərman kimidir.
Sağlam olmaq istəyən hər kəs tütün məmulatlarından uzaq durmalıdır. Tədqiqatçılar hüceyrələrin zəifləməsinin səbəblərini daha dərindən araşdırmaq üçün burun hüceyrələrini nikotinə məruz qoyublar. Məlum olub ki, nikotinə məruz-qalma hüceyrələri daha həssas edir. Bədənimiz bir infeksiya ilə qarşılaşdıqda immunitet sisteminin hüceyrələri aktivləşir, immun cavabını və iltihabi prosesləri əlaqələndirən aşağı molekulyar çəki zülalları istehsal etməyə başlayır. Lakin tütün məmulatları bu prosesi ciddi şəkildə pozur.
İnsan immunitetini zəiflədən əsas amillərdən biri də gigiyenaya riayət etməməkdir. Bu, bəzən fərdin özündən deyil, ətraf mühitdən də asılı olur. Ümumiyyətlə, gigiyena şəraitinin pis olması, təmizlik qaydalarına diqqət yetirilməməsi, lazımi qoruyucu tədbirlərin görülməməsi, bir sözlə, gigiyenik tədbirlərdən uzaqlaşmaq insanı viruslara qarşı müdafiəsiz edir.
Nəticə etibarilə bu qənaətə gəlmək olar ki, immunitetimiz zəifdirsə, soyuqlar düşən kimi virus infeksiyalarına yaxalanırıqsa, bunu təkcə genetik faktorla əlaqələndirə bilmərik. Daha az xəstələnmək, xəstələnəndə isə tez və asan sağalmaq ilk növbədə öz əlimizdədir.
Ülkər XASPOLADOVA,
"Azərbaycan"
MDB PA-nın daimi komissiyasının onlayn iclasında
Azərbaycan və Estoniya parlamentləri arasında əməkdaşlıq yüksələn xətlə inkişaf edir
Milli Məclisdə görüş
Bakı növbəti dəfə beynəlxalq tədbirə evsahibliyi edir
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında" 2008-ci il 23 may tarixli 2834 nömrəli, "Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2009-cu il 16 yanvar tarixli 118 nömrəli və "Azərbaycan Respublikası Hökuməti və Monteneqro Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın Azərbaycan Respublikası tərəfindən tərkibi haqqında" 2013-cü il 7 mart tarixli 2784 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də, 2021-ci il 11 oktyabr tarixli 1462 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Dəniz və Liman Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 8 sentyabr tarixli 1842 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi"ndə, 2022-ci il 21 oktyabr tarixli 1861 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin Nizamnaməsi"ndə və 2022-ci il 21 oktyabr tarixli 1862 nömrəli Fərmanı ilə təsdiq edilmiş "İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında
“Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun Əsasnaməsi”nin təsdiq edilməsi haqqında
"Yazın Şanslı Sığortası" tirajlı
Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
Ceyhun Bayramov Çin nümayəndəsi ilə regional və beynəlxalq vəziyyəti müzakirə edib
Ceyhun Bayramov BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının Baş katibi ilə görüşüb
Təqsirləndirilən şəxs: Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Madat Babayan: Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi
Bakı Forumunda panel müzakirəsi: “Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” YENİLƏNİB
Qlobal Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olunub
BTİ-nin Baş direktorunun müavini: Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədləri nümunə göstərir
İƏT-in Baş katibi: Gələcək üçün BMT paktının icrasına yönəlmiş yeni üfüqlər yaradılmalıdır
BMT Baş katibinin müavini: BMT-nin Gələcək üçün Paktı beynəlxalq səviyyədə əldə olunan vacib sənəddir
Ksaba Korosi: Qlobal iqtisadi artımla bağlı böhranları həll etmək üçün əməkdaşlığa ehtiyacımız var
Cəbrayılda əmək yarmarkası keçirilib
Yeni strateji hədəflər qarşısında12 Mart 2025
İKİNCİ MÖCÜZƏ11 Mart 2025
Azərbaycan qadını - milli birliyimizin, mənəvi bütövlüyümüzün dayağı08 Mart 2025
Azərbaycan-Türkiyə birliyi türk dünyasına töhfədir07 Mart 2025
Bənzəri olmayan qardaşlıq06 Mart 2025
Müzəffər Ali Baş Komandanın qüdrətli Ordusu05 Mart 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
BE | ÇA | Çə | CA | Cü | Şə | Bz |
1 | 2 | |||||
3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
31 |
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!