23 Fevral 2024 09:40
3584
Səhiyyə
A- A+
Bəşəri bəla

Bəşəri bəla

 

Narkomaniya müasir dünyamızı narahat edən qlobal problemdir. Əsrin bəlası adlandırılan problem Azərbaycandan da yan keçməyib. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, yanvar ayı ərzində hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1098 cinayət faktı aşkarlanıb.
Onlardan 316-sı narkotik vasitələrin qanunsuz satışı, 782-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması ilə bağlı olub. Ötən ay ərzində ümumilikdə 831 kiloqramdan çox narkotik vasitə və psixotrop maddə  müsadirə olunub. 
Bəs bu bəlanın qarşısını almaq üçün nə etməli, cəmiyyətimizi ağ ölümdən necə qorumalıyıq? Bu və bu kimi suallarımıza cavab tapmaq üçün suallarımızı mütəxəssisə ünvanladıq.

 

Asılılıq çox vaxt siqaret və alkoqol istifadəsi ilə bağlı olur

 

Psixoloq  Elnur Rüstəmov bildirir ki, narkotik maddələrdən istifadə dünyada insan cəmiyyətini zəbt edib: "Narkotik asılılıq  zərərli nəticələrə baxmayaraq, nəzarət etməsi çətin olan maddə axtarışı və istifadəsilə xarakterizə olunan xroniki bir xəstəlikdir. O, genofonda sarsıdıcı zərbələr vuran, qarşısıalınmaz bir təhlükəyə, ümumbəşəri bəlaya çevrilib".
E.Rüstəmovun sözlərinə görə, narkotik istifadəsinin başlanğıcı yeniyetməlik dövrünə təsadüf edir: "Maddə asılılığı çox vaxt siqaret və spirtli içkilərin istifadəsi ilə bağlı olur. Erkən yaşlarda ailədə şiddət və cinayət görmək, müxtəlif hadisələrə bağlı travmalar, tam olmayan ailədə böyümək, spirtli içki və siqaret çəkmək halları, habelə narkotik asılılıq yaşayan hər hansı bir ailə üzvünün olduğu evdə böyümək və s. kimi mənfi cəhətlər narkotik maddələrin istifadəsinə meyilliliyi artırır".
İlk maddə qəbulunun başqasının təzyiqi və ya fərdin tamamilə könüllü istəyi ilə baş tutduğunu söyləyən psixoloq bildirir ki, tədricən aludəçinin özünə nəzarətini çətinləşdirir: "Təkrar istifadə nəticəsində insanın beynində maddəyə qarşı istəkləri dayandırmaq qabiliyyətinə mane olan dəyişikliklər yaranır. Bu dəyişikliklər davamlı olduğu üçün narkomaniya "residivləşən" xəstəlik hesab olunur. Məhz buna görə də narkotik maddə asılılığından sağalmış insanlar, hətta illərlə dərman qəbul etməsələr də, sonradan narkotik istifadəsinə qayıtmaq riski ilə üzləşirlər".

 

Yeniyetmələr narkotik vasitələri sınamağa xüsusilə meyilli olurlar

 

Mütəxəssis qeyd edir ki, narkotiklərin kimyəvi birləşmələri beynin kimyasını dəyişdirir və daha çox narkotik istifadəsi ilə qidalanma ehtiyacını ödəyir: "Psixotrop maddələrdən asılı insan eyni ruh yüksəkliyini əldə etmək üçün seçdiyi maddənin artan miqdarına ehtiyac duyduğundan bu maddələrin istifadəsi ilə getdikcə daha çox məşğul olur. Bununla da asılılığın ən zərərli təsirlərinə məruz qalır. Narkomaniyanın səbəbləri və nəticələri istifadəçiyə, habelə onun ətrafındakı insanlara mənfi təsir edən psixi sağlamlıq problemləri də yaradır".
Aparılan tədqiqatlar göstərir ki, bir insanın ətraf mühiti, ailə və dostlardan tutmuş iqtisadi vəziyyətə və ümumi həyat keyfiyyətinə qədər bir çox fərqli təsirlər birbaşa bu maddələrə asılılığı ehtiva edir. Psixoloq deyir ki, həmyaşıdların təzyiqi, fiziki və cinsi zorakılıq, narkotiklərə erkən məruz qalma, stress və digər faktorlar insanın narkotikdən istifadə etməsinə və asılılıq ehtimalına böyük təsir göstərir: "İstənilən yaşda narkotik qəbulu asılılığa səbəb ola bilsə də, ondan istifadə nə qədər tez başlasa, asılılığa çevrilmə ehtimalı da bir o qədər yüksək olur. Bu, xüsusilə yeniyetmələr üçün riskli problemdir".
Mütəxəssislər uşaqların riskli yaş dövrlərində zərərli vərdişlər, alkoqol, həmçinin narkotik maddələrlə bağlı təlim və məlumat verməyin önəmli olduğunun, bunun nəticələrinin onlara izah edilməsinin vacibliyini bildirirlər.

 

Bu halda mütləq mütəxəssisə müraciət edilməlidir

 

Tədqiqatlar narkotikdən istifadənin, əsasən, siqaret və alkoqol istehlakı ilə əlaqəli olduğunu göstərir: "Narkomanlıq cəmiyyətin özəyi olan ailəni dağıdır, qeyri-stabil şəraitin yaranmasına səbəb olur. Narkotik maddələrin törətdiyi fəsadlar saysız-hesabsızdır. Onlardan istifadə edən insanlardan doğulan körpələrin fiziki qüsurlu olması qaçılmazdır. Bundan başqa, bu mühitdə böyüyən, tərbiyə alan uşağın hansısa psixoloji problemlərinin olmasını təsəvvür etmək çətin deyil", - deyə psixoloq bildirir.
E.Rüstəmovun sözlərinə görə, nikahdan öncə tibbi müayinə artıq bir çox məsələlərdə olduğu kimi, narkotik asılılığın da aşkarlanmasında və bir ailənin sağlam qurulmasında önə çəkilən ən doğru təşəbbüsdür. Nikahdan öncə tibbi müayinə gələcəkdə ailə üçün hərtərəfli - həm fiziki, həm də psixoloji baxımdan möhkəm zəmindir.
Narkomaniyanın ən kiçik simptomları müşahidə edildiyi andan etibarən mütəxəssisə müraciət etmək və psixoloji dəstək almaq lazımdır. Narkotik asılılığı nə qədər tez müalicə olunsa, nəticələri də bir o qədər müsbət olar. Ölkəmizdə narkomaniya ilə mübarizə aparan bir çox qurum və təşkilatlar tərəfindən müxtəlif dəstək proqramları həyata keçirilir. 802 qaynar xətti ilə əlaqə saxlamaqla narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin etmək mümkündür.
Gənc və yeniyetmələrin antinarkomaniya ruhunda tərbiyə olunması təkcə dövlətin üzərinə düşən məsuliyyət deyil. Bu məsuliyyətin mühüm bir hissəsi bütövlükdə cəmiyyətin, hər bir vətəndaşın, ictimai qurum və təşkilatların, kütləvi informasiya vasitələrinin, həmçinin mədəni-maarif müəssisələrinin də üzərinə düşür. Övladlarımızı, gələcəyimizi qorumaq üçün narkomaniya ilə birlikdə mübarizə aparmalıyıq.

Ülkər XASPOLADOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bir ovuc torpaq...

09:19
22 Dekabr

Avropa terrora təslim olur

09:13
22 Dekabr

Bakı qışa necə hazırlaşır?

09:04
22 Dekabr

"Makron rejimi Fransanı uğursuz dövlətə çevirib"

08:53
22 Dekabr

Azərbaycanın prinsipləri dəyişməzdir

08:41
22 Dekabr

"100 ilin qəhrəmanları" - zəfərin əbədiyaşar xatirələri   

08:32
22 Dekabr

Nuhun izi ilə

08:25
22 Dekabr

Paşinyan "sülh" adı altında riyakarlıq edir

08:19
22 Dekabr

Azərbaycana göstərilən növbəti qlobal etimad

08:07
22 Dekabr

Prezident İlham Əliyevin uğurlu xarici siyasətinin daha bir məntiqi nəticəsi

08:00
22 Dekabr

Bakı gecələri

01:25
22 Dekabr

Mənim sualım var

01:21
22 Dekabr

"Qərbi Azərbaycan: Tarixin izi ilə - intellektual oyunlar çempionatı" keçirilib  

00:37
22 Dekabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Yeni Zaman Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:25
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Müasir Musavat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:23
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azad Vətən Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:22
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Azərbaycan Demokrat Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:21
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Haqq Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:20
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Vəhdət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:19
22 Dekabr

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərində Ədalət Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

00:18
22 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!