17 Mart 2022 01:00
1007
SİYASƏT
A- A+
Azərbaycan “yaşıl enerji”də öncül mövqeyə çıxır

Azərbaycan “yaşıl enerji”də öncül mövqeyə çıxır

 

İlin əvvəlindən iki böyük elektrik stansiyasının təməli qoyulub

 

Ümumdaxili məhsulda və sənaye istehsalında artımların qeydə alındığı 2022-ci il Azərbaycan üçün başqa sahələrdə də yüksəlişlə əlamətdardır.

Bu ilin ilk üç ayında Azərbaycanda generasiya güclərinin artırılması, elektrik enerjisi ilə təchizatda etibarlılığın və dayanıqlılığın gücləndirilməsi baxımından həyata keçirilən layihələr göstərir ki, Prezident İlham Əliyevin inkişaf strategiyası ölkəmizə yeni uğurlar gətirməkdə davam edir.

 

Azərbaycan həm də elektrik enerjisi ixrac edən dövlətdir

 

Xatırladaq ki, yanvarın 13-də Prezident İlham Əliyevin iştirakı ilə 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməlinin qoyulması, fevral ayının 8-də dövlətlərarası strateji əhəmiyyətə malik “Yaşma” qovşaq yarımstansiyasının, fevralın 11-də “Qobu” Enerji Qovşağına daxil olan “Qobu” yarımstansiyasının və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasının, fevralın 14-də “Ağdam-1”, “Ağdam-2” yarımstansiyalarının, o cümlədən “Qarabağ” Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin və “Ağcabədi” yarımstansiyasının açılışı göstərdi ki, respublikamızın enerji dayanıqlılığının artırılması ilə bağlı bütün vəzifələr sürətlə yerinə yetirilir.

Ümumiyyətlə, generasiya güclərinin artırılması Prezident İlham Əliyevin inkişaf siyasətinin prioritetlərindən birini təşkil edir.

Təsadüfi deyil ki, regionların inkişafına dair dövlət proqramlarında bununla bağlı yeni vəzifələr və hədəflər müəyyənləşdirilib. Hələ 2006-cı ildə Astarada, Naxçıvanda, Şəkidə, Xaçmazda istifadəyə verilən və hər birinin gücü 87 meqavat olan elektrik stansiyaları artan iqtisadi ehtiyacların qarşılanmasına uğurla  xidmət etdi. 2007-ci ildə gücü 105 meqavat olan “Bakı” Elektrik Stansiyasının, 2008-ci ildə 300 meqavat olan “Səngəçal” Elektrik Stansiyasının, 2009-cu ildə 525 meqavat gücündə “Sumqayıt” Elektrik Stansiyasının və 105 meqavatlıq “Şahdağ” elektrik stansiyasının,  2013-cü ildə 780 meqavat gücündə “Cənub” Elektrik Stansiyasının, 2019-cu ildə 400 meqavat gücü olan “Şimal-2” stansiyasının istismara verilməsi respublikamızın generasiya gücünün artırılmasında böyük rol oynadı.

Bu illərdə ölkəmizin müxtəlif yerlərində kiçik su-elektirk stansiyaları, o cümlədən modul tipli stansiyalar da tikilib ki, onlar da artan iqtisadi potensiala adekvat olaraq respublikamızın yüksəlişinə böyük töhfələr verir. Xatırladaq ki, 2003-cü ilə qədər Azərbaycanda cəmi 10 elektrik stansiyası mövcud idi. Prezident İlham Əliyevin həyata keçirdiyi yeni iqtisadi islahatlarla bütün sahələrdə müşahidə olunan dinamik inkişafa və elektrik enerjisinə olan tələbatın kəskin artmasına adekvat olaraq ölkədə 30-dan artıq yeni elektrik stansiyası tikilərək istismara verilib. Buna paralel olaraq, enerjinin ötürülməsi, paylanması və idarəedilməsi sahəsində irimiqyaslı, kompleks tədbirlər həyata keçirilib.

Bütövlükdə, artan generasiya gücü ötən 20 ilə yaxın müddətdə respublikamızda gedən inkişaf proseslərinə böyük təkan verib. Eyni zamanda artıq Azərbaycan 4 ölkəyə elektrik enerjisi ixrac edir.

 

Hədəf bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin artırılmasıdır

 

Martın 15-də respublikamızda generasiya gücünün artırılmasına xidmət edən növbəti nəhəng layihənin təməli qoyuldu.  Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkəti tərəfindən inşa ediləcək “Qaradağ” Günəş Elektrik Stansiyasının gücü 230 MVt təşkil edəcək. Təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev bu münasibətlə xalqımızı təbrik edərək deyib: “Doğrudan da çox önəmli bir hadisədir, 230 meqavat gücündə olan bu stansiya həm ölkəmizin enerjiyə artan tələbatını ödəyəcək, eyni zamanda ixrac imkanlarımızı da genişləndirəcək”.

Qeyd edək ki, “Qaradağ” Günəş Elektrik Stansiyasına 225 milyon ABŞ dolları məbləğində investisiya qoyulacaq, inşa işlərinin isə ilyarıma yekunlaşması nəzərdə tutulur. Layihənin reallaşdırılması 110 min yaşayış evini elektrik enerjisi ilə təchiz edəcək, karbon qazı tullantılarını ildə iki min tonadək azaltmağa imkan verəcək.

Son dövrlərdə qlobal enerji siyasətində əsas istiqamətlərdən biri enerji keçididir. Enerji keçidi ən müasir texnologiyalar tətbiq edilməklə ənənəvi enerji resurslarının alternativ və bərpaolunan enerji mənbələri ilə əvəz edilməsini, yəni “yaşıl enerji”ni özündə ehtiva edir. “Yaşıl enerji”yə keçidi sürətləndirən bir çox faktor var ki, bunlardan biri texnologiyanın inkişaf etməsi və qiymətinin ucuzlaşmasıdır. Müxtəlif ölkələrin qarşıya qoyduqları iqlim hədəflərindən biri də “yaşıl enerji” keçidini sürətləndirməkdədir.

Prezident İlham Əliyevin müəyyən etdiyi müasir inkişaf kursunda “yaşıl enerji”yə keçid də nəzərə alınıb. Respublikamız 2030-cu ilə qədər bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin 30 faizə qədər artırılması kimi mühüm məqsədləri öz qarşısına qoyub. Bu məsələ “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də öz əksini tapıb. Elə buna görə də dövlət başçısı işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə bağlı qarşıya mühüm vəzifələr qoyub.

 “Qaradağ” Günəş Elektrik Stansiyasının da təməlinin qoyulması onu göstərir ki, Azərbaycan dövləti generasiya güclərində alternativ və bərpaolunan enerjinin payının artırılması istiqamətində mühüm addımlar atır.  Bu ilin əvvəlindən təməli qoyulan ikinci böyük elektrik stansiyasıdır. bp şirkəti ilə isə generasiya gücü 200 meqavatdan çox olan günəş-elektrik stansiyasının inşası ilə bağlı danışıqlar gedir. 

Bütün bunlar onu göstərir ki, respublikamızda bərpaolunan enerji sahəsində quraşdırılmış güclərin artırılması ilə bağlı qarşıya qoyulan vəzifələr sürətlə yerinə yetirilir. Bu isə müasir qlobal çağırışların respublikamızda sürətlə reallaşması ilə yanaşı, Azərbaycanın elektrik enerjisinin ixracı sahəsində imkanlarını əhəmiyyətli dərəcədə artırır.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın COP29 zəfəri

09:36
24 Noyabr

"The New York Times" Naftalan nefti ilə bağlı məqalə dərc edib

09:30
24 Noyabr

Obyekt sahiblərinə xəbərdarlıq edilmişdir

09:25
24 Noyabr

"Su təminatında olan çətinliklər aradan qaldırılmışdır"

09:20
24 Noyabr

Problem həll olunmuşdur

09:15
24 Noyabr

Ərazinin qorunmasının təmin edilməsi üçün yerli icra orqanına müraciət ünvanlanmışdır

09:10
24 Noyabr

"Payız-qış aylarında yolsuzluq üzündən kəndimizə gedib-gəlmək olmur"

09:05
24 Noyabr

"Pensiyamızı almaq üçün Sumqayıt və ya Xızıya getməli oluruq"

09:00
24 Noyabr

Şəhərimizin küçələri asfaltlaşdırılır

08:55
24 Noyabr

Belə ola həmişə

08:50
24 Noyabr

"Şəhid övladımın xatirəsi həmişə əziz tutulur"

08:45
24 Noyabr

İgidliyi ilə seçilən Vətən oğlu

08:40
24 Noyabr

Kəlbəcər təntənəsi

08:35
24 Noyabr

Bakının daxilində "kiçik şəhərcik": COP29 məkanı sanki "Nuhun gəmisi"nə bənzəyirdi...

08:30
24 Noyabr

Bakı gələcək üçün qlobal dünya gündəmini yaradıb

08:25
24 Noyabr

COP29 və "yaşıl enerji" ixracı

08:20
24 Noyabr

COP29 nümunəvi təşkilatçılıqla, əhəmiyyətli müzakirələrlə yadda qaldı

08:15
24 Noyabr

COP29 energetiklər üçün də səmərəli oldu

08:10
24 Noyabr

COP29 Azərbaycanın beynəlxalq miqyasda daha bir uğuru oldu

08:05
24 Noyabr

COP-ların Azərbaycan zirvəsi

08:00
24 Noyabr

COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib

05:49
24 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!