Ermənistanda sosial-iqtisadi böhran milli fəlakətə çevrilir
Son illərin təhlili Ermənistanda sosial-iqtisadi durumun getdikcə daha ağır vəziyyətə düşdüyünü, ölkədə insanların böyük məhrumiyyətlər içində yaşamağa məcbur olduğunu göstərir. Bu durumdan xilas olmaq üçün isə mövcud Ermənistan hakimiyyəti tərəfindən əhaliyə hansısa inandırıcı perspektiv vəd edilmir. Bütün bunlar isə Ermənistan iqtidarı ilə əhali arasında daha böyük uçurumun yaranması ilə müşayiət olunur.
"4rd.am" nəşri yazır ki, istənilən ölkədə sənayenin bərpası, ilk olaraq, ölkəyə qoyulan investisiya və ayrılan kreditlər hesabına təşəkkül tapır: "İndi isə gəlin baxaq - müharibədən sonra Ermənistana investisiya qoyan hər hansı bir sərmayəçi ilə rastlaşan olubmu? Əksinə, müharibəyə qədər ölkədə mövcud olan azsaylı investorlar Paşinyan hakimiyyətinə olan inamsızlıq üzündən Ermənistanı tərk ediblər. Deməli, Ermənistanın "yüksəlişdə" olan sənaye istehsalı investorlar tərəfindən aşağı səviyyədə qiymətləndirilib".
Xatırladaq ki, martın 5-də Ermənistan beynəlxalq kapital bazarında 7,1 faiz gəlirliliklə 750 milyon ABŞ dolları həcmində, 10 illik ödəmə müddəti olan avrobondlar yerləşdirib.
Qeyd edək ki, avrobond emitentin ölkəsindən kənarda öz valyutasından başqa bir valyutada buraxdığı istiqrazlardır. Bu mövzu Ermənistanda ictimai müzakirələrin mərkəzində qalmaqda davam edir, bu əməliyyatın təhlükəli və uzaqgörən olmayan bir sövdələşmə olduğu barədə fikirlər səsləndirilir. "168.am" nəşri yazıb ki, ictimaiyyətə məlumatın açıqlanmasından sonra Ermənistan Maliyyə Nazirliyi, nəhayət, istiqrazların buraxılması xəbərini təsdiqləmişdi. Tənqidlərə cavab olaraq Paşinyan hakimiyyəti dairələrindən avrobondların buraxılması haqqında rəsmi məlumatın verilməməsinin Ermənistan maliyyə nazirinin və ya hökumətin şıltaqlığı deyil, yerləşdirmə prosesinin qaydası və tələbi olduğu, avrobondların buraxılmasının heç də Ermənistanın xarici borcunun artması demək olmadığı, bunun beynəlxalq investorların ölkə iqtisadiyyatına yüksək etimadının göstəricisi olduğu barədə əminlik ifadə edilmişdi.
Erməni iqtisadçı Atom Marqaryan Paşinyan hakimiyyətinin xüsusilə sonuncu iddiasına - bu buraxılışın beynəlxalq investorların Ermənistan iqtisadiyyatına etimad göstərdiyinə toxunaraq qeyd edir: "Bu etimad komponenti, ilk növbədə, gəlirliliyin və ya faiz dərəcəsinin səviyyəsi ilə müəyyən edilir: əgər 7,1 faiz gəlirlilik əsasında mühakimə yürütsək, tam əksinədir - heç bir etimad yoxdur və məhz buna görə Ermənistan hökuməti bu cür böyük vəsaitləri yüksək faiz dərəcələri ilə yerləşdirməyə məcbur olub. Üstəlik, 500 milyon ödənilməli idi, lakin əslində, sanki 250 milyon da artıq ödənilmiş faizlər üçün kompensasiya edilib, bu da misli görünməmiş haldır, çünki adətən vaxtilə yerləşdirilmiş məbləğ qədər geri ödənilir".
Atom Marqaryan avrobondların buraxılışından əldə edilən xalis gəlirin Ermənistanın dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi məqsədilə istifadə ediləcəyi ilə bağlı məsələyə də toxunub: "Əgər həqiqətən Ermənistanın hərbi xərcləri, müdafiə səviyyəsi Azərbaycanın hərbi xərcləri ilə bərabər olsaydı, bu cür böyük - 5,5 faiz kəsiri başa düşərdim. Halbuki bu il büdcədə Ermənistanın xərci 1 milyard 700 milyon dollar, Azərbaycanınkı isə 5 milyard dollardan çoxdur".
İqtisadçı onu da qeyd edib k, siz əvvəlki borcu, özü də kifayət qədər aşağı faiz dərəcəsi ilə cəlb edilmiş borcu ödəyə bilsəniz, daha böyük həcmdə və daha ağır şərtlərlə vəsait cəlb etməyə məcbursunuz. 7,1 faiz isə daxili mənbələrdən, mümkün yerləşdirmələrdən belə vəsaitlərin əldə edilməsindən çox yüksəkdir: "Lakin bu ruletka fırlandığı üçün Paşinyan hakimiyyəti qumar oynamağa başlayaraq, vəsaitləri elə faiz dərəcələri ilə yerləşdirir ki, bu, sadəcə məntiqə sığmır. Bu, "məndən sonra - hətta tufan qopsun" variantıdır və özlərini ekspert kimi göstərərək bunu əsaslandırmağa çalışan hakimiyyət sözcülərinə məsləhət görürəm ki, belə bir şey etməsinlər: hər şey görünəndir. Başqa bir məsələ isə odur ki, Paşinyan hökuməti çıxılmaz vəziyyətdədir. Bu kabinetin özünü qeyri-kompetent idarəçilik nəticəsində düşürdüyü vergi yığımı gündəmləri bunun təzahürlərindən biridir".
Göründüyü kimi, proseslər Ermənistanın sürətlə məhvinə doğru yaxınlaşdığını bir daha təsdiq edir.
Elçin CƏFƏROV,
"Azərbaycan"
Mövqelərimiz Basarkeçər və Gorus istiqamətlərindən atəşə tutulub
Spirtli içki beyində zədələnmə riskini artırır - ARAŞDIRMA
Azərbaycan regionun aparıcı dövləti kimi Gürcüstanın da inkişafına töhfə verir
Aprelin 12-si Dünya Aviasiya və Kosmonavtika Günüdür
125 il yaşadığını iddia edən insan sirrini açıb
Ukrayna “Patriot”un analoqunun hazırlanması üzərində işləyir
Ceyhun Bayramov Hakan Fidanı Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırıb
XİN: AŞPA prezidentinin Azərbaycan əleyhinə iddialarını qətiyyətlə rədd edirik
Niderlandda NATO təlimləri başa çatıb
İrəvanda keçmiş hərbi xunta çevriliş planı hazırlayır
Ürəyinizi qoruyun
Kosmosda Azərbaycan zirvəsi
Terrorçuya tövbə yoxmuş
Qərb dairələrinin anti-Azərbaycan fəaliyyəti fiaskoya məhkumdur
İlham Əliyev barışdırıcı siyasət həyata keçirir
Haqlı tələb, qətiyyətli mövqe
Azərbaycan qlobal proseslərin subyekti kimi mövqeyini möhkəmləndirir
USAID-in ölkəmizdəki qanunsuz fəaliyyəti araşdırılır
Yeni dünya nizamına Azərbaycanın töhfəsi
Zəfərin əbədiyaşarlıq simvolu
Yüksək etimad nümunəsi
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
İlham Əliyevin qətiyyətinə söykənən enerji təhlükəsizliyi06 Aprel 2025
Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələ başlayır04 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!