09 Aprel 2025 08:10
1159
İQTİSADİYYAT
A- A+
İlham Əliyevin qətiyyəti "yaşıl enerji"yə yaşıl işıq yandırıb

İlham Əliyevin qətiyyəti "yaşıl enerji"yə yaşıl işıq yandırıb


Avropa bu sahədə də Azərbaycanla əməkdaşlıqdan məmnundur


Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində nazirlərin 11-ci və "Yaşıl Enerji" Məşvərət Şurası çərçivəsində nazirlərin 3-cü iclasları  öz işini başa çatdırdı. Bu toplantıların üçüncü dəfədir yanaşı keçirilməsi enerji təhlükəsizliyi ilə enerji keçidi arasında uzlaşmanı gücləndirmək üçün atılan uğurlu addımlardan biridir. 

Azərbaycanın "yaşıl gündəliy"i artıq hamıya bəllidir. Sərmayədarlarla  imzalanmış müqavilələr ölkəmizə 2030-cu ilə qədər 6 giqavat günəş və külək enerjisi  istehsalını təmin edəcək. İşlər  müvəffəqiyyətlə davam edir. 2023-cü ilin  oktyabrında Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə tikilən, günəşdən işıq payı alan "Qaradağ" stansiyası istifadəyə verildi. Hazırda Səudiyyə Ərəbistanının "ACWA Power" şirkəti  ilə inşa edilən Xızı-Abşeron külək, işğaldan azad olunmuş Cəbrayıl rayonunda Böyük Britaniyanın BP şirkəti ilə tikilən "Şəfəq" günəş stansiyaları və digər layihələr həyata keçirilməkdədir. 

İşğaldan azad edilmiş ərazilərdən söz düşmüşkən qeyd edək ki, burada artıq 270 meqavatlıq su-elektrik stansiyaları qurulub. 30-dan çox kiçik su-elektrik stansiyası istismara verilib və maksimum növbəti beş ildə bu rəqəm əlavə 30 kiçik su-elektrik stansiyası ilə 500 meqavata çatdırılacaq. Beləliklə, nəticədə 2030-cu ilə qədər 6,5 giqavatlıq enerji potensialı yaranacaq. Ümumiyyətlə, ölkəmizin növbəti beş il ərzində bərpaolunan mənbələrdən enerji istehsalı potensialı iki dəfə artacaq.

Azərbaycan Avropaya "yaşıl enerji" dəhlizi çəkməyi də hədəfləyib. Məşvərət Şurasında bu barədə geniş söhbət gedib. İndi həmin layihənin texniki əsaslandırma işləri son mərhələdədir. Prezident İlham Əliyev sözügedən tədbirdə diqqəti layihənin maliyyələşdirilməsi məsələsinə yönəldərək demişdir: "Əlbəttə, biz indidən söyləyə bilərik, ümid edirik ki, "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi ilə bağlı məhdudiyyətlər qoyulmayacaq. Lakin düşünürəm ki, Avropa təsisatlarında həmin layihələrin ümumi maraq doğuran layihə səviyyəsinə qədər təkmilləşdirilməsi vacibdir".  

Prezidentimiz həmçinin bildirmişdir ki, biz nəhəng hasilat və nəqletmə layihələrinin icrasını mümkün etmiş korporativ maliyyələşmə, o cümlədən borca götürülmüş pul vəsaitlərinin kombinasiyasında böyük təcrübəyə malikik. "Azəri-Çıraq-Günəşli", "Şahdəniz" və "Abşeron" bu gün bir çox ölkənin enerji təhlükəsizliyini təmin edən neft və qaz yataqlarıdır. Bir neçə ildən sonra  digər neft-qaz yataqlarının da istismarına başlanılacaq. Müqavilələr artıq imzalanıb, işçi proqram təsdiqlənib. İndiyədək gerçəkləşdirilən layihələr, o cümlədən "Cənub qaz dəhlizi" bütün iştirakçılarla əməkdaşlıq sayəsində araya-ərsəyə gəlmişdir: "Beləliklə, faydalı qazıntı layihələrinin maliyyələşdirilməsinin dayandırılması siyasəti başlayanda bu, investorlara, şirkətlərə, ölkələrə müsbət olmayan siqnal göndərir... Ümid edirik ki, Avropada çox geniş "yaşıl gündəliy"ə baxmayaraq, faydalı qazıntı hasilatçıları və ənənəvi yanacaq enerji təhlükəsizliyinin mühüm meyarı kimi yaddan çıxmayacaq və ayrı-seçkiliyə məruz qalmayacaq. Əslində, bu, bizim COP29-dakı mesajımız idi. Azərbaycan qlobal beynəlxalq tədbirə evsahibliyi etdiyi zaman qeyd olundu ki, faydalı qazıntıları zəngin olan ölkələrlə sərvətləri olmayan ölkələr arasında ayrı-seçkilik və ayırıcı xətlər olmamalıdır. Əksinə, faydalı qazıntıları zəngin olan və bərpaolunan enerjiyə sərmayə qoyan ölkələr alqışlanmalıdır, onlara hücum çəkilməli deyil".

Vacib olan bir məqam da unudulmamalıdır ki, nəticədə daxildə bu gün elektrik enerjisinin istehsalında istifadə etdiyimiz təbii qaza xeyli dərəcədə qənaət etmək imkanı yaranacaq və həmin qaz ixraca yönəldiləcək.

"Burada biz vacib bir nöqtəyə gəlib çıxırıq və bu məsələni dəfələrlə qaldırmışıq. Bəlkə faydalı qazıntı layihələrinin maliyyələşdirilməsini dayandırmaq qərarını qəbul etmiş beynəlxalq maliyyə təsisatları xüsusən də müşahidə etdiyimiz böyük geosiyasi dəyişiklikləri nəzərə alaraq, öz siyasətinə yenidən baxsınlar. Çünki nəql infrastrukturuna və hətta hasilata əlavə sərmayələr qoyulmasa, bu, çox problemli olacaqdır," - deyə  dövlətimizin başçısı tədbirdə demişdir.

"Biz gələn illərdə gözləyirik ki, Azərbaycandan daxil olacaq qaz xalis sıfra keçidimiz zamanı Avropa İttifaqının enerji sistemində mühüm rol oynayacaq". Bu fikri isə  Məşvərət şuralarının toplantılarının açılışında Avropa İttifaqının energetika və mənzil tikintisi komissarı Dan Yorgensen  söyləmişdir.  O,  Məşvərət Şurasındakı müzakirələri neft və qaz sektorunda metan emissiyalarını aradan qaldırmaq, bərpaolunan enerjidən istifadə etmək, elektrik enerjisi şəbəkəsini təşviq etmək  və s. kimi səylərin mühüm hissəsi adlandırmışdır.  Avropaya çəkəcəyimiz 1100 kilometrlik  sualtı "yaşıl enerji" dəhlizi məsələsinə toxunaraq demişdir: "İşimiz yalnız bu günün çağırışlarının həllindən ibarət deyil. Biz gələcəyimizə doğru yolu müəyyən edirik. Bu səbəbdən biz Cənubi Qafqaz ilə Avropa İttifaqı arasında "yaşıl enerji" dəhlizinin qurulması üzərində çalışırıq. Müxtəlif texnologiya və fərqli marşrutlardan istifadə etmək barədə müxtəlif konkret ideyalar var. Ən perspektivli ideyaların bir araya gətirilməsini və onların lazımi "yaşıl enerji" dəhlizinə çevrilməsini müəyyən etmək qalır. Bütün tərəflər yaxşı əməkdaşlıq əzminə və böyük maraqlara malikdirlər. Prezident Fon der Lyayenin qeyd etdiyi kimi, biz bütöv regionun bu layihədən faydalanmasını təmin etmək üçün inklüziv yanaşmanı dəstəkləyirik".

Komissar Dan Yorgensen 2030-cu ilədək qlobal metan emissiyalarının 30 faizədək azaldılması öhdəliyini götürmüş 160 ölkədən biri olaraq Azərbaycanın ötən il qoşulduğu Qlobal Metan Vədini vurğulamış, ölkəmizin  COP29-da bu məsələnin daha da qabardılmasına verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Bu layihənin həyata keçirilməsinin  çox əhəmiyyətli olacağını, eyni zamanda Azərbaycanın xüsusilə enerji sektorunda metan emissiyalarının azaldılmasının müsbət təsirləri baxımından qlobal örnəyə çevrildiyini bildirmişdir: "Həmçinin Dövlət Neft Şirkətinin - SOCAR-ın Neft və Qaz Metan Tərəfdaşlıq 2.0-a qoşulması ilə Azərbaycan enerji sektorunda metan emissiyalarının əhəmiyyətli dərəcədə azaldılması və Avropa İttifaqının metan normalarına uyğunluğun təmin olunması istiqamətində doğru yoldadır… Bütün ölkələrimizdə bərpa-olunan enerjinin yerli istehsalının inkişafı təbii qaza qənaət etməyə, münasib qiymətə elektrik enerjisinə çıxışı təmin etməyə və sənaye sahəsində rəqabətliliyi artırmağa kömək edə bilər. Xüsusilə Azərbaycana gəlincə, enerji səmərəliliyi və bərpaolunan enerji istiqamətində səylər qarşıdakı illərdə ixrac bazarları üçün daha çox qazı əhəmiyyətli dərəcədə əlçatan edə bilmək potensialına malikdir". 

Beləliklə, Avropa İttifaqı Xəzər dənizində külək enerjisi texnologiyası da daxil olmaqla ölkəmizin  böyük potensialını inkişaf etdirmək üçün bizimlə  əməkdaşlığı gücləndirməyə hazır olduğunu da bəyan etmişdir. 


Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 21 aprel tarixli 74 nömrəli Qərarı ilə təsdiq edilmiş “Şəhərlər və digər yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına, gigiyena və ekoloji normativlərə uyğun olaraq təmizlənməsi, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi Qaydaları”nda dəyişiklik edilməsi haqqında

00:12
24 Aprel

“Sosial Tədqiqatlar Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 17 may tarixli 225 nömrəli Qərarının ləğv edilməsi barədə

00:11
24 Aprel

“Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” 2018-ci il 04 may tarixli 204-17 nömrəli, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 15 mart tarixli 126-6 nömrəli qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 4 may tarixli 204-17 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 11 aprel tarixli 155-5 nömrəli və “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi rütbəyə görə maaşlarının və mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 26 yanvar tarixli 17-3 nömrəli qərarlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 6 sentyabr tarixli 392 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:09
24 Aprel

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq vəzifə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında

00:08
24 Aprel

Аzərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında

00:07
24 Aprel

“Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin işçilərinin aylıq vəzifə maaşlarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 28 oktyabr tarixli 319 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

00:06
24 Aprel

“Aviasiyanın ətraf mühitə təsirinin azaldılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:05
24 Aprel

Bakının nəqliyyat infrastrukturundakı layihələrlə bağlı AİB ilə əməkdaşlıq imkanları müzakirə edilib  

22:26
23 Aprel

Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuşla telefon danışığı aparıb

22:25
23 Aprel

YAP nümayəndə heyəti Çin Xalq Respublikasına səfər edib

22:24
23 Aprel

Baş nazir Əli Əsədov ilə Türkiyənin Vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub  

22:23
23 Aprel

Denis Beçiroviç Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin 13-cü Qlobal Bakı Forumuna dəvət olunub  

22:22
23 Aprel

Lord David Evans: Azərbaycanın infrastrukturu Orta Dəhlizin uğurunda həyati rol oynayır

22:21
23 Aprel

Yaqut Qarayeva: Hazırda xəstəxanadaxili infeksiyalar bütün dünyada aktual problemdir 

22:20
23 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" finala vəsiqə qazanıb

22:03
23 Aprel

Fransa prezidentinin Madaqaskar səfərinin görünən və görünməyən tərəfləri: Xalq Makrondan üzr istəməyi tələb edir  

21:53
23 Aprel

Hindistanda silahlılar turistlərə hücum edib

19:39
23 Aprel

İran ABŞ-la Omanda keçiriləcək danışıqları aprelin 26-na qədər təxirə saldığını açıqlayıb

19:38
23 Aprel

“İstilik təchizatı haqqında” qanun layihəsi Milli Məclisin iclasında müzakirəyə tövsiyə olunub  

19:27
23 Aprel

İqtisadi-ticarət əlaqələrinin inkişafına dair Azərbaycan-Çin sənədləri imzalanıb  

19:26
23 Aprel

Rusiya mətbuatı Prezident İlham Əliyevin Çinə səfərindən yazıb

19:24
23 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!