Müstəqil yaşamaq, müstəqil dövlətə sahib olmaq hər bir xalqın arzusudur.
Amma bütün xalqlar bu arzularına qovuşa bilmirlər.
Çünki müstəqilliyin yolu uzun, çətin, keşməkeşli, sınaqlarla və mübarizələrlə doludur.
Yalnız müdrik və uzaqgörən rəhbəri olanlar, bütün çətinliklərə sinə gərərək sonadək döyüşməyi və qurbanlar verməyi bacaran xalqlar özlərinə müstəqil dövlət qura, onu yaşada və inkişaf etdirə bilirlər.
Bəli, müstəqilliyi əldə etmək çox çətindir!
Amma onu qoruyub saxlamaq, müstəqil dövləti inkişaf etdirmək daha çətindir!
Qurtuluş missiyasını şərəflə yerinə yetirən Ulu Öndər Heydər Əliyev Azərbaycanın müstəqilliyini əbədiliyə və dönməzliyə çevirdi.
Ancaq bundan artığına ömür vəfa etmədi...
Müstəqil dövləti yaşatmağın, qoruyub inkişaf etdirməyin mühüm istiqamət və prinsiplərini - xalqın məhəbbətlə "Heydər Əliyev siyasi kursu" adlandırdığı inkişaf parametrlərini müəyyən edərək dövləti qüdrətli və etibarlı ələ - cənab İlham Əliyevə əmanət edərək əbədiyyətə qovuşdu.
Heydər Əliyev ideyalarına sadiq qalan İlham Əliyev ölkəyə rəhbərliyinin ilk günlərindən bir çox sınaqlara məruz qalsa da, nə yolundan döndü, nə də durub dayandı...
Yarımçıq qalmış işləri uğurla başa çatdırmaq üçün yorulmadan çalışdı, xalqına arxalanaraq xalqın bütün arzularını gerçəyə çevirdi!
Ən əsası müstəqil siyasət apardı, bütün addımlarında milli maraqları qorudu, dövləti mənafeyə daim sadiq qaldı!
***
Əhalisi az, ərazisi kiçik, amma təbii sərvətləri bol olan ölkələrin müstəqil yaşaması, xüsusən müstəqil siyasət yürütməsi çox çətindir...
Xüsusən də yetmiş il qırmızı imperiya tərkibində qalaraq yağlı tikəyə çevrilmiş Azərbaycan kimilərinin.
Əslində, "Qarabağ problemi" çar Rusiyası tərəfindən uydurulan, Azərbaycanı daim itaətdə saxlamağa xidmət edən və zaman-zaman aktivləşdirilərək ölkəmizə qarşı güclü təsir vasitəsinə çevrilən məkrli bir tələ olaraq və daim ölkəmizin başqalarından asılı vəziyyətdə qalmasına xidmət edirdi.
Elə ki Azərbaycan xalqı müstəqillik niyyətini bəyan edərək ayağa qalxırdı, dərhal bu qanlı plan işə salınırdı...
Bu, Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı 1918-ci ildə də və SSRİ-nin parçalandığı 1991-ci ildə də belə oldu!
Odur ki, Azərbaycandakı vəziyyət digər müttəfiq respublikalardakından tam fərqli idi.
Bizim ərazilər hesabına yaradılaraq qonşuluqda yerləşən forpost Ermənistan hər zaman ağalarının işarəsi ilə arxadan kürəyimizə bıçaq saplamağa hazır vəziyyətdə dayanırdı.
Bir barmaq işarəsi ilə ona pulsuz verilən silahlarla mənfur planların icrasına canla-başla başlayırdı.
Azərbaycan da yaxşı bilirdi ki, müstəqillik uğrunda mübarizədə təkcə üzdə olan satellit Ermənistana qarşı deyil, onun arxasındakı güclərə qarşı da döyüşməli, "birləşmiş qüvvələr" üzərində qələbə çalmalıdır.
Bu isə heç də asan məsələ deyildi.
Ancaq Heydər Əliyev siyasi kursu ilə inamla irəliləyən Azərbaycan Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi sayəsində bu möcüzəvi qələbəyə imza atmağı bacardı!
Həm də tam və birmənalı qələbəyə!
Prezident İlham Əliyevin Ağdərənin Suqovuşan kəndinin sakinləri ilə görüşündə söylədiyi maraqlı və dəyərli bir fikrə diqqət çəkmək istəyirik:
"İndi dünyada müharibələr, qanlı toqquşmalar kifayət qədər geniş vüsət alır. İndi internet dövründə, informasiya azadlığı dövründə hər kəs hər şeyi bilir, görür və izləyə bilir. Görürük ki, heç də hər bir ölkə öz maraqlarını, ədalətli maraqlarını özü təmin edə bilmir, ya da öz ərazi bütövlüyü uğrunda mübarizə aparır, amma nəticəyə çata bilmir, ya da ki, hər hansı bir kiçikhəcmli hərbi uğura nail olur, amma tam qələbə əldə edə bilmir. Yəni, sadəcə olaraq, bu gün dünyada gedən toqquşmalara, münaqişələrə, müharibələrə nəzər salsaq, son tarixin müharibələrinə nəzər salsaq, hətta deyə bilərəm ki, İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb. Ya yarımçıq qalıb, ya natamam qalıb, ya da ki, hər hansı bir başqa formada müharibə öz mahiyyətini dəyişməyərək modifikasiya olunub, başqa formalara keçib. Bizim Qələbəmiz isə tamdır və bu, həm dövlətimizin, Silahlı Qüvvələrimizin gücünü, həm də xalqımızın iradəsini göstərir".
Belə bir möhtəşəm qələbəyə nail olmaq üçün müstəqil yaşamaq, müstəqil siyasət yürütmək, kimsədən asılı olmayaraq heç kəsin qarşısından geri çəkilməmək lazım gəlirdi!
Müstəqil siyasət yürüdərək kimsədən qorxub çəkinməmək üçün isə güclənməli, güclü iqtisadiyyat quraraq zəruri maliyyə imkanlarına sahib olmalı idin!
İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bütün bu çətinliklərin öhdəsindən kimsədən kömək ummadan və almadan gəlməyi bacardı!
***
Şəxsi maraqlarını hər şeydən üstün tutan AXC-Müsavat cütlüyü Azərbaycan xalqına xəyanət edərək təkcə torpaqların işğalına şərait yaratmamışdı.
Bu naşılar və səriştəsizlər həm də ölkə iqtisadiyyatını bərbad vəziyyətə gətirmiş, Azərbaycanı iflas məqamına çatdırmışdılar.
Ulu Öndər Heydər Əliyevin böyük siyasi məharəti və ölkənin milli maraqlarını öndə tutması sayəsində imzalanan "Əsrin müqaviləsi" müstəqil Azərbaycanın iqtisadi yüksəlişinin təməli oldu.
Çox böyük çətinliklər bahasına olsa da, Azərbaycan ilk dəfə öz neftini qeyri-ənənəvi marşrutla dünya bazarına çıxardı.
"Əsrin müqaviləsi"ndən gələn vəsait Azərbaycan iqtisadiyyatı üçün lokomotiv rolunu oynadı.
Onun ardınca yeni beynəlxalq transmilli layihələr həyata vəsiqə aldı.
Həm də bu layihələr təkcə Azərbaycana deyil, digər dövlətlərə də fayda gətirir, qarşılıqlı maraqları təmin edirdi.
Baxmayaraq ki, beynəlxalq qurumlar onların reallaşmasına dəstək vermədilər, amma Azərbaycan bunu öz vəsaiti və imkanları hesabına reallaşdırmağı bacardı!
Bakı-Tbilisi-Ərzurum (BTƏ) təbii qaz boru kəməri işə salındı.
Sonradan cənab İlham Əliyevin müdrikliyi və uzaqgörənliyi sayəsində Azərbaycan qazının ixrac marşrutu möhtəşəm TANAP və TAP kəmərləri ilə uzadıldı.
Belə ki, BTƏ-nin Azərbaycandan və Gürcüstandan keçən hissəsinin - CQBK-nın (Cənubi Qafqaz Boru Kəməri) genişləndirilməsi, TANAP və TAP-la birləşdirilməsi "Cənub qaz dəhlizi"ni yaratdı. Hazırda Azərbaycan 10-u Avropa dövləti olmaqla 12 ölkəyə təbii qaz çatdırır.
Bakı-Tbilisi-Qars dəmir yolunu da beynəlxalq banklar maliyyələşdirməkdən imtina etdilər...
Azərbaycan bunu da öz imkanları hesabına gerçəkləşdirdi!
Hazırda Orta dəhlizin əsas seqmentlərindən birinə çevrilib.
Dünya okeanına çıxışı olmayan Azərbaycan bu gün beynəlxalq logistika mərkəzlərindən birinə çevrilmişdir.
Öz ərazisindən keçən yükdaşımaların həcmini ilbəil daha da artırır, bu məqsədlə öz imkanları hesabına yeni layihələrə həyat vəsiqəsi qazandırır.
Azərbaycan daim müstəqil, qarşılıqlı maraqları təmin edən siyasət yürüdür.
Bu siyasətin başlıca və dəyişməz prinsipi isə milli maraqların və dövləti mənafeyin təminidir.
Belə bir yanaşma ölkəmizin beynəlxalq nüfuzunu və siyasi çəkisini durmadan yüksəldir.
Cənab İlham Əliyevin BMT-nin Təhlükəsizlik Şurasının iclaslarına sədrliyi, Qoşulmama Hərəkatına rəhbərliyi və həmin dövrdə verdiyi səmərəli və gərəkli təkliflər, üçüncü dünya ölkələrinə göstərilən yardım və verilən dəstək, habelə I Avropa Oyunlarını, IV İslam Həmrəyliyi Oyunlarını yüksək səviyyədə keçirməsi, daim sülhü və əməkdaşlığı müdafiə edərək bu istiqamətdə görülən işlərə sanballı töhfələr verməsi ölkəmizin də, onun rəhbəri İlham Əliyevin də nüfuzunu daim artırır.
Azərbaycanın müstəqil və öz maraqlarına xidmət edən siyasət yürütməsi bəzilərini qane etməsə də, bütövlükdə ölkəmizi dünyada sayılan, özünəməxsus yeri və sanbalı olan dövlətlərdən birinə çevirmişdir!
***
Azərbaycanın özünün baş problemi saydığı "Qarabağ problemi"ni də öz gücü və imkanları sayəsində, həm də qısa müddətdə həll etməsi onun siyasi çəkisini daha da artırdı.
Münaqişənin sülh danışıqları yolu ilə həll olunması üçün yaradılan ATƏT-in Minsk qrupu və onun həmsədr dövlətləri məsələni həll etmək deyil, işğalı əbədiliyə çevirmək yolunu tutmuşdular.
Həmsədr dövlətlərin hər biri özlüyündə müxtəlif formada - siyasi, hərbi, maliyyə və digər şəkildə Ermənistana dəstək göstərirdilər.
Lakin güclü dövlətlərin ikiüzlü əməlləri Azərbaycanı öz yolundan döndərə bilmədi.
Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün lazım olan hər şeyi öz gücü və imkanları ilə həll etdi:
* Tarixinin ən qüdrətli dövlətini yaratdı;
* Yeni gənclər nəsli yetişdirərək onların iştirakı ilə müasir ordu qurdu;
* Ordunu ən yeni texnologiyalara əsaslanan silah-sursatla təchiz etdi;
* Azərbaycan xalqının indiyədək görünməmiş milli birliyinə nail oldu;
* XXI əsrin müharibələr tarixində yeni səhifə açaraq hərbi əməliyyatlar zamanı ən yeni taktika və strategiyadan istifadə etdi;
* Ən az itkilərlə ən yüksək nəticə qazandı!
Bu məqamda İlham Əliyevdən daha bir iqtibas gətiririk:
"İkinci Qarabağ müharibəsi başlayanda bilinmirdi kim özünü necə aparacaq. Mən böyük gücləri nəzərdə tuturam. Belə bir ağır siyasi mühitdə, belə bir ağır relyefdə, belə bir ağır istehkamlarla dolu olan ərazilərdə cəmi 44 gün ərzində düşməni böyrü üstə qoymaq xalqımızın gücünü göstərir. Ancaq o vaxt da biz bilirdik, əminəm ki, siz də bilirdiniz, bütün xalq bilirdi ki, bu, necə deyərlər, işimizin hələ tam başa çatması deyil. Çünki müəyyən səbəblərə görə separatçılar hələ ki, bizim torpaqlarımızda öz yuvalarını saxlamışdılar, sülhməramlı qüvvələr bölgəmizə gətirilmişdi və bu da separatçılara, necə deyərlər, əlavə ürək-dirək verirdi. Onlar da hesab edirdilər ki, belə olan vəziyyətdə o separatçılıq davam edəcək və digər müxtəlif hadisələr baş vermişdir. Ancaq onlar bir şeyi hesablaya bilməmişdilər, o da Azərbaycan xalqının və dövlətinin iradəsi, qətiyyəti, cəsarəti, öz gücünə əminliyi idi. Onlar bunu hesablaya bilməmişdilər".
Hərb meydanında qazanılan möhtəşəm Zəfər, həm də Azərbaycanın müstəqil siyasətinin qələbəsi idi!
***
Müstəqil siyasət yürüdən hər bir dövlət başçısı kimlərəsə "yox" deməyi bacarmalıdır!
Sözünün imzası qədər dəyəri olan Azərbaycan Prezidenti İlham Əliyev həm də dünyada dediyini edən lider kimi şöhrət tapmışdır!
İlham Əliyev Azərbaycanın maraqlarının nəzərə alınmayan məqamlarında ucadan yox deməyi və milli maraqlarımızı ustalıqla təmin etməyi də məharətlə bacarır.
Bu prinsipial məqamda kimsə onu mövqeyindən döndərə bilməz!
* 1994-cü ildə Azərbaycan KTMT-yə üzv olmuşdu, lakin ümidlər doğrulmadı. Prezident İlham Əliyev torpaqlarımızı işğal etmiş bir dövlətlə eyni təşkilatda təmsil olmanın mümkünsüzlüyünü əsas gətirərək qurumdakı fəaliyyətimizə son qoydu!
* ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri dəfələrlə Azərbaycana təsir və təzyiq göstərərək onu ərazi güzəştlərinə məcbur etməyə çalışsalar da, İlham Əliyev belə təklifləri mənasız saymış, ölkəmizin bir qarış torpağının belə, düşmənə güzəştə gedilməyəcəyini və Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmasına yol verilməyəcəyini açıq şəkildə bəyan etmişdir!
* İkili standartlarla işləyən AŞPA ermənipərəst mövqe tutaraq Azərbaycanın bu qurumda səsvermə hüququnu dondurmaq istərkən ölkəmizin nümayəndə heyəti bu qərəzli mövqeyi ifşa edərək oradakı fəaliyyətini müvəqqəti olaraq özü dayandırdı!
* Avropa İttifaqı, o cümlədən Fransa Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında vasitəçilik etməyə çalışarkən Azərbaycan onların birtərəfli mövqeyini qəbul etmədiyini bildirərək belə vasitəçilikdən imtina etdi!
* İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın biabırçı məğlubiyyətə uğradığını görən ona dost dövlətlərin başçıları dönə-dönə zəng edərək xahişlə, bəzən hətta təhdidlə hərbi əməliyyatların dayandırılmasını istəsələr də, Azərbaycan Prezidenti İlham Əliyev irəli sürdüyü şərtin - Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən çıxarılması qrafiki təqdim olunmayanadək heç kəsə güzəştə getməyib hücum əməliyyatlarını dayandırmadı!
Azərbaycan dostlarını özü seçir, kiminlə dostluq və əməkdaşlıq edəcəyini özü müəyyənləşdirir.
Bu gün Azərbaycan TDT-nin işində fəallıq göstərir, təşkilatın fəaliyyətinin daha səmərəli alınmasına və hər bir üzvünün fayda götürməsinə şərait yaradan addımlar atır.
Azərbaycan başqalarının fikrinə ciddi önəm vermədən və heç kəslə məsləhətləşmədən D8-ə üzv olmuşdur.
"Xristian evi"nə çevrilmiş Avropa İttifaqına üzvlüyü isə ağlının ucundan belə keçirmir!
Bu gün hamı yaxşı bilir ki, Azərbaycanla təhdid dilində danışmaq yersiz və mənasızdır, ölkəmizlə yalnız bərabərhüquqlu və maraqların qarşılıqlı təmininə imkan yaradan əməkdaşlıq mümkündür!
***
30 illik işğal dövründə Ermənistan barbar simasını olduğu kimi göstərmiş, Azərbaycan ərazilərində daşı daş üstə qoymamışdır.
Bu murdar xislətlilərin törətdikləri urbisid, ekosid və kulturosidin nəticələrinin aradan qaldırılmasına on illərlə vaxt lazımdır.
Lakin Azərbaycan kimsədən kömək gözləmədən, kimsəyə əl açmadan Qarabağda və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərini daxili imkanları hesabına aparır.
Bu sahədə də möcüzələr yaradır!
Müasir "ağıllı" tipli yaşayış məntəqələri inşa olunur, yeni infrastruktur qurulur, sənaye məhəllələri salınır, keçmiş məcburi köçkünlərin rahat və təhlükəsiz yaşamalarına hər bir şərait yaradılır.
Bütün bu sürətli quruculuğa və möhtəşəm qayıdışa şəxsən dövlət başçısı cənab İlham Əliyev özü rəhbərlik edir, dalbadal və intensiv şəkildə Qarabağa və Şərqi Zəngəzura səfərlər edərək yeni obyektlərin açılışını, təməlqoyma mərasimlərini həyata keçirir.
30 illik erməni işğalına "dəmir yumruğ"u ilə son qoyan, Azərbaycanın ərazi bütövlüyünü və Konstitusiya əsaslarını təmin edən Müzəffər Ali Baş Komandan İlham Əliyev murdar düşmən üzərində bütün parametrlərdə tam qələbə, mütləq qələbə və birmənalı qələbə qazanaraq bu gün Qarabağı və Şərqi Zəngəzuru, sözün əsl mənasında, cənnətə çevirir!
Uzun illər vətən həsrəti çəkən, ağır şəraitdə yaşayaraq hər möhnətə dözən, amma bir an belə geri dönəcəklərinə ümidlərini itirməyən, məcburi köçkünə çevrilən günahsız insanların xoşbəxt və firavan yaşayacaqları məkana çevirir.
Əsl siyasət budur!
Müstəqil siyasət budur!
Müdrik və uzaqgörən siyasət budur!
İlham Əliyev siyasətinin mahiyyəti də budur!
Bəxtiyar SADIQOV
“ChatGPT” vasitəsilə şəkillərdəki məkanları təyin etmək mümkündür
“Tarixi abidələrin qorunması, bərpası ənənəsinin davamı” mövzusunda tədbir keçirilib
Diplomatik korpusun nümayəndələri Şuşa şəhəri ilə tanış olublar
Tacikistan səfiri: İstəyirik ki, yerli əhali və əcnəbilər Qarabağın yeni simasını görə bilsin
Türk dünyası məktəbliləri İzmirdə görüşüblər
Beynəlxalq Xalça Festivalının rəsmi saytı istifadəyə verilib
Prezident İlham Əliyev Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Almaniya silahlı qüvvələrində xidmət etmək istəyənlərin sayı artır
Azərbaycanın pravoslav xristian icmasına
Milli Məclisin sədri MDB PA-nın Şura və 58-ci plenar iclaslarında iştirak edib
Yaponiya Ukraynaya təqribən 3 milyard dollar kredit verəcək
“New York Times”: ABŞ yüzlərlə əsgərini Suriyadan çıxarır
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar YENİLƏNƏCƏK
Dünya mediası: Azərbaycanda nadir tapıntı aşkarlanıb
Diplomatik korpusun nümayəndələri Şuşa şəhərinə gəliblər
Türkiyə Prezidenti: Su ehtiyatlarının idarə edilməsi və mühafizəsi milli təhlükəsizlik məsələsidir
Məhkəmədə zərərçəkmiş şəxs Madat Babayanı tanıdı: O, “sən türksən” deyib məni təpiklədi
Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Münasib Mehdiyev Samuxda dəfn olunub
ADY: Horadiz-Ağbənd dəmir yolunda tikinti-quraşdırma işlərinin 63 faizi tamamlanıb
Ukrayna iqtisadi tərəfdaşlıq üzrə ABŞ ilə imzalanacaq Memorandumun mətnini dərc edib
Birol Akgün: Biz qardaş ölkə kimi Azərbaycanın uğurlarını, Qarabağdakı inkişafı görməkdən çox şadıq
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!