18 Aprel 2025 08:00
2329
SİYASƏT
A- A+
Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır

Azərbaycan Gürcüstanın əsas enerji təminatçısı, Gürcüstan Azərbaycanın Avropaya açılan qapısıdır


Prezident İlham ƏLİYEV: "Bizi birləşdirən bir çox sərmayə layihəsi böyük coğrafiya üçün önəmlidir"


Gürcüstan Prezidenti Mixeil Kavelaşvili bu vəzifəyə seçiləndən sonra ilk rəsmi səfərini Azərbaycana etdi. Qonşu və dost ölkənin Baş naziri İrakli Kobaxidzenin də seçkilərdən sonra ilk rəsmi səfəri cari  ilin yanvar ayında Azərbaycana olmuşdu. Bu da ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu  bir daha  göstərir.

İki ölkənin ali rəhbərliyi səviyyəsində təşəkkül tapmış siyasi dialoq əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi sahədə inkişafına daha böyük təkan verir. Azərbaycan Prezidenti İlham Əliyevin və Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da  mətbuata bəyanatlarında da iqtisadi məsələlərə geniş şəkildə toxunulub. Qeyd edilib ki, bizi birləşdirən bir çox sərmayə layihəsi böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft və qaz ixracı kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyır. Bunlar nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. 

Azərbaycanın nəhəng neft-qaz kəmərləri və nəqliyyat kommunikasiya xətləri dünyaya Gürcüstandan keçərək istiqamətlənir. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin 1768 kilometrlik yolunun bir hissəsi bu ölkədən keçir. Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri başlanğıcını Bakı yaxınlığındakı Səngəçal terminalından götürərək Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda BTC ilə eyni marşrut boyu uzanır. BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir. Bu kəmər Azərbaycanda 443, Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. 

Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstana 2006-cı ildə çatdırıb. Əslində, elə "Cənub qaz dəhlizi"nin təməlini də BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik məsafə boyu uzanan, üç kəmərdən ibarət olan bu dəhlizin bir seqmenti də genişləndirilmiş CQBK-dır.

Bu gün Azərbaycan 12 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana, Serbiyaya, Sloveniyaya, Xorvatiyaya, Şimali Makedoniyaya və Slovakiyaya qaz  ixrac edir. Başqa sözlə,  Gürcüstan tranziti vasitəsilə hazırda Azərbaycandan  11 ölkə təbii qaz alır. İldən-ilə ixrac artır. Keçən il bu, 25 milyard kubmetrə çatıb və bunun 10 faizi - ümumi ixracımızın 10 faizi Gürcüstanın payına düşür. Gürcüstanın istehlak etdiyi təbii qazın 80 faizdən çoxu Azərbaycan mənşəlidir.

Gürcüstanda yaradılmış münbit investisiya mühiti Azərbaycanın qonşu ölkə iqtisadiyyatına sərmayələrin yatırılmasına geniş imkan verib. Xüsusilə son illər ərzində SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) Gürcüstan iqtisadiyyatına sanballı investisiyalar yönəldib. Azərbaycanın Gürcüstanın iqtisadiyyatına qoyduğu sərmayənin xeyli hissəsi qazlaşdırmaya yatırılıb. SOCAR-ın son iki onillikdə Gürcüstanda yüzlərlə yaşayış məntəqəsini qazlaşdırması buna aydın misaldır. Ticarət dövriyyəmiz də ildən-ilə genişlənir. 

Bununla yanaşı, ölkələrimiz "yaşıl enerji" sahəsində də sıx əməkdaşlığa başlayıblar.  Bu da çox önəmli və məsuliyyətli məsələdir. Çünki indi bu enerji böyük maraq doğurur, buna bazarda böyük tələbat var. Xatırladaq ki, 2022-ci il dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında "yaşıl enerji"nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. Bu saziş çərçivəsində Gürcüstan və Rumıniya arasında min meqavatadək gücə malik 1195 kilometrlik elektrik ötürmə xəttinin çəkilməsi və rəqəmsal birləşdirici kabelin uzadılması planlaşdırılır. Kabel Azərbaycanda istehsal olunan "yaşıl enerji"nin Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya və oradan Avropanın digər hissələrinə nəqli üçün nəzərdə tutulur.

Digər sahələrdə də əməkdaşlıq və tərəfdaşlıq uğurla davam edir. Mətbuata bəyanatında dövlətimizin başçısının dediyi kimi: "Nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlər, yeni inşa edilmiş dəmir yolları, limanlar həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratmış və əslində, Orta dəhlizin ayrılmaz hissəsinə çevrilmişdir. Əgər bu gün biz Cənubi Qafqazda Orta dəhliz layihəsindən danışırıqsa, bu, Azərbaycandan və Gürcüstandan keçən dəhlizdir. İldən-ilə ölkələrimizin ərazisindən keçən yüklərin həcmi artır və bu yüklərin həcminin artırılması üçün əlavə addımlar atılır".

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili də öz bəyanatında vurğulayıb ki,  birlikdə bir sıra ümumi, qarşılıqlı faydalı layihələr həyata keçirilir. Bu da regionumuzu bütün dünya üçün daha da cəlbedici edir.

Aprelin 16-da Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə də olub. Milli Məclisin Sədri Sahibə Qafarova ilə görüşdə qeyd edilib ki, ölkələrimiz arasındakı siyasi əlaqələr bütün qonşular üçün nümunə ola bilər. İkitərəfli əməkdaşlıqla yanaşı, Azərbaycan, Gürcüstan və Türkiyə arasında bir sıra sahələri əhatə edən çox uğurlu üçtərəfli əməkdaşlıq formatı da mövcuddur.

Mixeil Kavelaşvilinin prezident seçildikdən sonra ilk rəsmi səfərini Azərbaycana etməsi həm ölkəmizdə, həm də Gürcüstanda yüksək dəyərləndirilir. Bu, iqtisadi sahədə də yeni uğurlara rəvac veriləcəyinə inam yaradır. Məsələn, gürcü politoloq Vato Şakarişvili deyib: "Biz iqtisadi inkişaf baxımından yeni, əhəmiyyətli layihələr üzərində çalışmalıyıq ki, regionumuzu gücləndirək, birlikdə yeni dünya reallığında ləyaqətli və önəmli yerimizi tutaq. Ümid edirik ki, Mixeil Kavelaşvilinin bu səfərindən sonra münasibətlərimizdə yeni səhifə açılacaq və biz daha böyük uğurlara imza atacağıq".

Bütün bunlar deməyə əsas verir ki, Gürcüstan-Azərbaycan əlaqələri bundan sonra da yüksələn xətlə inkişaf edəcək.


Flora SADIQLI,

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp: İranla razılaşma əldə etməsək nəticəsi çox travmatik olacaq  

23:38
12 Fevral

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

23:29
12 Fevral

Qahirədə WUF13-lə bağlı növbəti seminar keçirilib  

22:18
12 Fevral

Bakıda Küveytin Milli Günü qeyd olunub

21:39
12 Fevral

Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri müəyyənləşib  

21:39
12 Fevral

ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Azərbaycanın tolerantlıq modeli barədə məlumatlandırılıb  

21:13
12 Fevral

Premyer Liqa: "Neftçi" - "Qarabağ" oyunu təxirə salınıb  

20:58
12 Fevral

Azərbaycanın İsrail və ABŞ ilə iqtisadi əməkdaşlığının möhkəmləndirilməsi perspektivləri nəzərdən keçirilib  

20:49
12 Fevral

Rusiya ilə Ermənistan Azərbaycan və Türkiyəyə gedən dəmir yolu xətlərinin bərpasını müzakirə edəcək  

20:31
12 Fevral

İstanbulda COP31-ə hazırlıq üzrə ilk strateji planlama iclası keçirilib  

20:18
12 Fevral

ABŞ qüvvələri Suriyadakı hərbi bazanı tərk edib  

19:56
12 Fevral

Qədim Ordubad şəhəri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib  

19:17
12 Fevral

İsmayıllıda zəlzələ olub

19:01
12 Fevral

Gürcü politoloq: “Zəngəzur dəhlizi Orta Dəhlizə rəqibdir” deyənlər yanılırlar  

18:56
12 Fevral

Parlamentlərarası münasibətlər və əməkdaşlıq imkanları Lyublyanada müzakirə olunub  

18:49
12 Fevral

Emre Diner: TRIPP layihəsi Cənubi Qafqazda yeni iqtisadi imkanlar açır  

18:37
12 Fevral

Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət Şurasının iclaslarına hazırlıq müzakirə edilib  

18:26
12 Fevral

Türk politoloq: Cənubi Qafqazda iqtisadi inteqrasiya sülhün əsas təminatına çevrilir

18:22
12 Fevral

Bakı və Əbu-Dabi arasında şəhər nəqliyyatının inkişafı sahəsində əməkdaşlıq müzakirə olunub  

18:14
12 Fevral

Bu ay gənc əsgərlərlə görüşlər fevralın 15-i və 22-si keçiriləcək

18:02
12 Fevral

Amerikalı ekspert: Azərbaycan Cənubi Qafqazın gələcəyində həlledici rol oynayır 

17:57
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!