13 Mart 2026 23:18
550
SİYASƏT
A- A+
Azərbaycan-Aİ münasibətləri hazırda fəal tərəfdaşlıq mərhələsindədir  

Azərbaycan-Aİ münasibətləri hazırda fəal tərəfdaşlıq mərhələsindədir  


 Prezident İlham Əliyev tərəfindən martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri zamanı səsləndirilən fikirlər ölkəmizin Avropa ilə münasibətlərinin strateji məzmununu və yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirir.

Cənab Prezidentin bəyanatında vurğulandığı kimi, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər hazırda müxtəlif səviyyələrdə fəal tərəfdaşlıq mərhələsindədir. Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsinin Avropa İttifaqı ilə bağlı olması bu əməkdaşlığın iqtisadi baxımdan da möhkəm əsaslara söykəndiyini göstərir. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olması ölkəmizin beynəlxalq iqtisadi sistemdə artan rolunun və etibarlı tərəfdaş kimi mövqeyinin bariz göstəricisidir.

Enerji əməkdaşlığı Azərbaycan–Avropa münasibətlərinin əsas sütunlarından biri olaraq qalmaqdadır. 2022-ci ildə Azərbaycan ilə Avropa Komissiyası arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq sənədi bu istiqamətdə yeni imkanlar açmışdır. Bu gün Avropa İttifaqının artıq 10 üzv dövləti Azərbaycan qazından istifadə edir və ümumilikdə 16 ölkəyə qaz ixracı həyata keçirilir. Bu fakt Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan etibarlı tərəfdaş olduğunu bir daha təsdiqləyir.

Eyni zamanda, ölkəmizin bərpaolunan enerji sahəsində böyük potensiala malik olması gələcək əməkdaşlıq üçün geniş perspektivlər yaradır. Günəş, külək və su enerjisi üzrə həyata keçirilən iri layihələr Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də “yaşıl enerji” sahəsində regional mərkəzə çevrilmək niyyətini ortaya qoyur. Bu baxımdan Avropa ilə enerji infrastrukturu, ötürücü xətlər və dəniz dibi kabelləri üzrə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır.

Cənab Prezident İlham Əliyevin çıxışında regionda formalaşan yeni siyasi reallıqlara da xüsusi diqqət yetirilib. Ermənistanla əldə olunmuş sülh razılaşması Cənubi Qafqazda sabitlik və əməkdaşlıq üçün mühüm imkanlar yaradır. Azərbaycanın atdığı addımlar, o cümlədən tranzit məhdudiyyətlərinin aradan qaldırılması və iqtisadi əlaqələrin təşviqi ölkəmizin sülhə sadiqliyinin praktik nümunəsidir.

Bu gün Azərbaycan regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqi istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirir. Dövlətimizin başçısının rəhbərliyi ilə yürüdülən siyasət nəticəsində Azərbaycan həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-logistika sahələrində qlobal əhəmiyyətli tərəfdaşa çevrilmişdir.

Əminliklə demək olar ki, Antonio Koştanın Azərbaycana səfəri və keçirilən yüksək səviyyəli görüşlər Azərbaycan ilə Avropa İttifaqı arasında strateji əməkdaşlığın daha da dərinləşməsinə, yeni iqtisadi və enerji layihələrinin reallaşmasına mühüm töhfə verəcək. Bu isə ölkəmizin beynəlxalq mövqelərinin daha da möhkəmlənməsinə xidmət edəcək.


Fatma YILDIRIM,

Milli Məclisin deputatı


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident Ərdoğan: Türkiyə Rusiya-Ukrayna danışıqlarına dəstəyini davam etdirəcək

21:12
04 Aprel

İraqla İran arasındakı sərhəd-keçid məntəqəsinə hava zərbəsi endirilib, ölən var

20:17
04 Aprel

Media: İraqın cənubundakı neft yatağına PUA hücumu olub, 3 nəfər yaralanıb

19:42
04 Aprel

Tramp: İrana verilən vaxt bitmək üzrədir

18:29
04 Aprel

Azərbaycanın gənclər və idman naziri Türkiyəyə səfər edib

18:06
04 Aprel

İstanbulda təşkil olunan "Heydər Əliyev Kuboku" uğrunda futbol yarışmasının qalibi müəyyənləşib

17:12
04 Aprel

Azərbaycan yelkənçiləri Sloveniyada mübarizəni davam etdirirlər

16:29
04 Aprel

Bankların depozit portfeli 41,3 milyard manat təşkil edib

15:59
04 Aprel

Ukrayna Prezidenti Türkiyəyə işgüzar səfər edib

15:53
04 Aprel

Nazirlər Kabinetində müşavirə: Aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müvafiq tapşırıqlar verilib

15:31
04 Aprel

Rusiya ordusunun Nikopola dron hücumu: 5 nəfər həlak olub

15:09
04 Aprel

Azərbaycanın sədrliyi ilə UNESCO-da G-77 və Çin Qrupunun iclası: Sessiyaöncəsi koordinasiya gücləndirilir

14:57
04 Aprel

Növbəti humanitar yardım “Cənub-Astara” buraxılış məntəqəsindən İrana yola salınıb

14:42
04 Aprel

İrana göndərilən növbəti humanitar yardım “Cənub-Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə daxil olub

14:12
04 Aprel

Sabah Azərbaycanda bəzi yerlərində intensiv yağış, dağlıq ərazilərdə isə qar yağacaq

14:02
04 Aprel

Türkiyədəki vətəndaşlarımız üçün səyyar “ASAN xidmət” təşkil edilib

13:51
04 Aprel

Daha 85 müharibə veteranı özünüməşğulluq proqramına qoşulub

13:41
04 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

12:48
04 Aprel

Hulusi Kılıç: Prezident İlham Əliyevin TDT-nin inkişafına dair sözləri Türk dünyasında böyük əks-səda doğurub  

12:08
04 Aprel

Türkiyənin Van vilayətində 5,1 maqnitudalı zəlzələ

12:01
04 Aprel

Müharibə vəziyyətində olan Ukraynada minatəmizləmə təcrübəsi  

11:42
04 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!