12 Aprel 2025 08:10
576
SİYASƏT
A- A+
Yeni dünya nizamına Azərbaycanın töhfəsi

Yeni dünya nizamına Azərbaycanın töhfəsi


ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum Azərbaycanın geostrateji mövqeyi, bölgədə sülhün təminatçısı olması, yeni nəqliyyat və energetika xəritəsi yaratması, Asiya ilə Avropanı birləşdirməsi və əvəzolunmaz ölkəyə çevrilməsi, yeni dünya nizamında öz xüsusi çəkisi olan dövlət kimi qəbul edilməsi ölkəmizin bölgədə tamamilə yeni reallıqlar yaratdığını bir daha dünya ictimaiyyətinə çatdırmaq baxımından xüsusi əhəmiyyətə malikdir. 

Ən böyük reallıq, əlbəttə ki, torpaqlarımızın azad edilməsi, Ermənistanın işğalçı siyasətinə son qoyulmasıdır. Yeni reallıqlar zəminində qarşıda duran digər məsələlər bölgədə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, sülhün təmin olunmasıdır. Azərbaycan sübut etdi ki, Cənubi Qafqazda sülhün və sabitliyin davamlı dövlət siyasətinə çevrilməsi hər bir dövlətin qarşısında zəruri məsələ kimi dayanmalıdır.

Azərbaycan faktiki olaraq bu gün regionu əməkdaşlıq və təhlükəsizlik müstəvisinə çıxardı. Bununla da Vətən müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət tamamilə dəyişdi. Uzun illər ərzində qlobal geosiyasətin ən həssas məkanlarından birinə çevrilən Qafqaz regionunda sabitlik bərpa olundu. Bütün bunların davamı kimi hazırda Azərbaycan regionda yeni əməkdaşlıq formatlarının təşəbbüskarı kimi çıxış edir. Region dövlətləri arasında mövcud olan çoxtərəfli əməkdaşlıq formatları da Cənubi Qafqazda yeni geosiyasi reallığın əsasının qoyulduğunun əyani sübutudur.

Bu gün Cənubi Qafqazın lider dövləti olan Azərbaycan mövcud olduğu regionun inkişafında mühüm rol oynamaqdadır. Belə ki, reallaşması bilavasitə Azərbaycanın iştirakından asılı olan transmilli layihələr dünya miqyasında Cənubi Qafqaza diqqətin artması ilə yanaşı, onun geosiyasi əhəmiyyətini artırmaqda, iqtisadi inkişafını sürətləndirməkdədir. Azərbaycan Cənubi Qafqazda yeni geosiyasi reallıq yaradıb. Cənubi Qafqazın dünya siyasi və iqtisadi məkanına inteqrasiya prosesində artıq söz Azərbaycanındır. Azərbaycanın Cənubi Qafqazada söz sahibinə çevrilməsi, ədalətli və qətiyyətli mövqeyi, ölkə Prezidentinin qlobal miqyasda nüfuzlu Lider olmasının nəticəsidir.

Forumda cənab Prezidentin qeyd etdiyi - "Hesab edirəm ki, Xəzər dənizinin o tayındakı və Azərbaycanın cənubundakı qonşularımızla, xüsusilə Yaxın Şərq ölkələri ilə çox güclü münasibətlər qurmuşuq. Avropa ölkələri ilə uzunmüddətli əməkdaşlığa gəldikdə, bu ölkələrin bir çoxu ilə Azərbaycan strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb və ya qəbul edib. Beləliklə, artıq qurulmuş bu platforma Mərkəzi Asiya və Avropa regionu arasında coğrafi, siyasi, iqtisadi və nəqliyyat körpüsü olaraq önəmli rol oynamağa imkan verir. İndi istər Avropa İttifaqı və ya Amerika Birləşmiş Ştatları olsun, istərsə də digər beynəlxalq təşkilatlar olsun, Qərbdən Mərkəzi Asiyaya və əlbəttə ki, həmin regionla uzunmüddətli əməkdaşlığın qurulmasının planlaşdırılmasına böyük marağın olduğunu bilirik. Azərbaycanın nəzərə alınmamasının mümkünsüz olduğunu anlamaq üçün, sadəcə, xəritəyə nəzər salmaq kifayət edər"- fikirləri bir daha ölkəmizin güc və nüfuzunun əyani təzahürünü göstərir. 

Azərbaycan nəinki regionun, həm də təmsil və rəhbərlik etdiyi beynəlxalq təşkilatların da kifayət qədər tanınmasında böyük səylər göstərib. Qətiyyətlə demək olar ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bu qurumun dünya miqyasında tanınması baxımından müstəsna əhəmiyyət kəsb etdi. Ölkəmizin mövcud müstəvidə gördüyü işlər, irəli sürdüyü təşəbbüslər Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun yüksəlməsi reallığını doğurdu. Təşkilatın üzvlərinin 2023-cü ildə Azərbaycanın sədrliyinin bir il uzadılması ilə bağlı qərarı da bundan qaynaqlandı. Deməli, ölkəmiz yüksək etimadı layiqincə doğrultdu və nəticədə Qoşulmama Hərəkatına sədrliyi daha bir il də uzadıldı. 

Bu bir reallıqdır ki, Azərbaycan bərpaolunan enerji mənbələri üzrə də yüksək potensiala malik olan ölkələrdən biridir. Cənab İlham Əliyevin 2021-ci ilin 2 fevral tarixli sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan 2030: Sosial-iqtisadi inkişafın Milli Prioritetləri" əsasında ölkədə bərpaolunan enerji istehsalı siyasətinin strateji təməli də qoyuldu. 5 Milli Prioritetdən biri "təmiz ətraf mühit" və "yaşıl artım"la bağlı sənəd qəbul edildi. Bu isə "yaşıl iqtisadiyyat"a keçidlə bağlı qarşıya yeni hədəflər qoydu. Həmin hədəfləri uğurla icra edən Azərbaycan ötən dövrdə ən böyük  layihələrə evsahibliyi etdi. Onlardan biri də ötən il ölkəmizin böyük beynəlxalq tədbirə evsahibliyi etməsidir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının - COP29-un - sözügedən nüfuzlu, qlobal xarakterli tədbirin məhz Bakıda keçirilməsinə dair qərar bütün dünya ölkələri tərəfindən qəbul edilmişdir. 

Prezident İlham Əliyev beynəlxalq forumda Azərbaycanın türk dünyası dövlətləri arasında əməkdaşlığa hər zaman öz dəstəyini verdiyini də bildirib: "Bizi tarix, etnik köklər birləşdirir. Dillərimiz arasında oxşarlıqlar var, mədəniyyətlərimiz, adət-ənənələrimiz kifayət qədər oxşardır", - deyən dövlətimizin başçısı əlavə edib: "İstərdik ki, bu təşkilat, yəni Türk Dövlətləri Təşkilatı daha güclü olsun və nəticələrə köklənsin. Bu baxımdan Azərbaycan hər zaman əlindən gələni edib". 

Türk Dövlətləri Təşkilatının 2009-cu ildə Naxçıvan şəhərində keçirilən Zirvə görüşündən indiyədək qurum səmərəli inkişaf yolu keçib. Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatı ölkələri ilə bütün sahələrdə əlaqələrin möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri elan edib.

Azərbaycan bu gün regionda "yaşıl enerji" lideri kimi, bir sıra dövlətlərlə sıx əməkdaşlıq edir. Onlardan biri də Çindir. Prezident İlham Əliyevin forumda respublikamızın bu ölkə şirkətləri ilə sözügedən istiqamətdə fəal əməkdaşlıq qurması barədə fikirləri də diqqət çəkir: "Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik və onları müxtəlif sahələrdə, xüsusilə "yaşıl enerji" sahəsində bizimlə strateji tərəfdaş olmağa dəvət edirik. Onların şirkətləri "yaşıl" ictimai nəqliyyat vasitələrinin istehsalında bizim tərəfdaşdırlar. Artıq bu il yeni avtobuslar istifadəyə veriləcəkdir və Günəş panelləri də Azərbaycanda quraşdırılır, onlar Çin istehsalıdır. Eyni zamanda biz bəzi Çin şirkətləri ilə də danışıqlar aparırıq ki, bilavasitə "yaşıl enerji" sahəsinə yatırımlar qoyulsun".

Təbii ki, Çin şirkətlərinin ölkəmizə olan böyük marağı təsadüfi deyil. Çünki son illər ərzində Azərbaycan resursdan asılı iqtisadiyyatdan innovasiya, sahibkarlıq və biliyə əsaslanan sənaye üzərində inkişaf edən iqtisadiyyata uğurla keçid edib. Tətbiq edilən vergi güzəştləri, sərfəli kreditlər, hökumət təşəbbüsləri ilə dəstəklənən əlverişli investisiya mühiti və dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi diqqətdə saxlanılıb.

Bu gün Azərbaycan beynəlxalq proseslərə istiqamət verən, yeni və uğurlu təşəbbüslərlə çıxış edən, beynəlxalq aləmdə öz sözünü deyən ölkəyə çevrilib. Azərbaycanın artıq beynəlxalq tədbirlərə evsahibliyi etmək sahəsində böyük təcrübəsi var və bu da ölkəmizə yetərincə müsbət imic qazandırıb. Ölkəmizin mövqeyi hər zaman bir olub - dövlətlərin suverenliyinə, müstəqilliyinə xələl gətirəcək siyasətdən imtina edilməli, bir-birinin işlərinə qarışmamaq, müxtəlif bəhanələrlə ölkələrin daxili vəziyyətini gərginləşdirməmək siyasəti əsas götürülməlidir. Azərbaycanın bu mövqeyi müstəqil siyasət yürütdüyünü nümayiş etdirir və özünə dünyada nüfuz qazandırır.

Dövrün çağırışlarını özündə ehtiva edərək, ənənəvi olaraq keçirilən bu forumlar Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin müxtəlif dövlətlərlə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin yüksək səviyyədə qurulmasına və yeni istiqamətlər üzrə inkişaf etdirilməsinə əhəmiyyətli töhfədir.


Arzu ABDULLAYEV,

Naxçıvan Ali Məclisinin Sədr müavini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!