13 Dekabr 2025 11:23
536
SİYASƏT
A- A+
TÜRKPA-nın Baş katibi Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb  

TÜRKPA-nın Baş katibi Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb  

TÜRKPA-nın Baş katibi səfir Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistan Respublikası Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Tənzilə Narbayeva Ramil Həsəni TÜRKPA-nın Baş katibi seçilməsi münasibətilə təbrik edib və onun rəhbərliyi altında TÜRKPA Beynəlxalq Katibliyinə uğurlar arzulayıb.

Türk dövlətlərini birləşdirən ortaq dəyərlər, mədəniyyət və ənənələrə toxunan Senat sədri bu birgə mirasın bütün sahələr üzrə əməkdaşlığın daha da genişlənməsi üçün təbii zəmin yaratdığını bildirib və Özbəkistanın Türk dünyası ailəsində birliyin gücləndirilməsinə sadiqliyini bir daha təsdiqləyib. O, həmçinin qeyd edib ki, Türk dünyası mütləq şəkildə birliyini qoruyub saxlamalıdır, çünki davamlı nailiyyətlər yalnız həmrəylik sayəsində mümkündür.

Baş katib xanım Narbayevaya TÜRKPA nümayəndə heyətinə göstərilən səmimi və yüksək səviyyəli qəbul üçün təşəkkürünü bildirərək Özbəkistan ilə Türk dünyasının əsrlərdən bəri möhkəm bağlarla birləşdiyini vurğulayıb. O, TÜRKPA üzv dövlətlərinin parlament sədrlərinin salamlarını da Senat sədrinə çatdırıb.

ATƏT Parlament Assambleyasının 23-cü Payız Sessiyası çərçivəsində TÜRKPA-nın koordinasiya iclasının uğurla keçirildiyini vurğulayan Baş katib Özbəkistan nümayəndə heyətinin iştirakına görə minnətdarlığını bildirib.

Baş katib Senat sədrinə parlament sədrlərinin illik qeyri-rəsmi görüşlərinin keçirilməsi təşəbbüsü barədə də məlumat verib. O bildirib ki, dövlət başçılarının qeyri-rəsmi zirvə görüşlərinin uğurlu təcrübəsinə əsaslanaraq TÜRKPA sədrlərinin ilk qeyri-rəsmi görüşü 2026-cı ilin aprel ayında İstanbulda keçiriləcək PAİ-nin 152-ci Assambleyası çərçivəsində təşkil ediləcək.

Tənzilə Narbayeva bu təşəbbüsü yüksək qiymətləndirərək, parlament sədrlərinin yalnız ildə bir dəfə deyil, bir neçə dəfə qeyri-rəsmi formatda görüşməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, bu cür qarşılıqlı təmaslar təkcə TÜRKPA-nın ən fəaliyyətinin möhkəmləndirilməsinə deyil, həm də bir sıra aktual məsələlərin vaxtında və səmərəli həllinə mühüm töhfə verəcək.

Senat sədri TÜRKPA+ formatı ilə bağlı Baş katibin təşəbbüsünü dəstəklədiyini də bildirərək TÜRKPA-nın Avropa İttifaqı, ATƏT Parlament Assambleyası, MDB Parlamentlərarası Assambleyası və digər qurumlarla əməkdaşlıq platformalarının daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb və bununla da parlament diplomatiyasının əhəmiyyətinin ön plana çıxacağını qeyd edib.

Görüşün yekununda Türk dövlətləri parlamentləri arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, həmçinin TÜRKPA çərçivəsində keçirilən tədbirlərdə fəal iştirakın təmin edilməsi barədə razılıq əldə edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Apple”dan iPhone istifadəçilərinə 250 milyon dollarlıq təzminat

18:30
06 May

Papa XIV Leo tənqidlərə sülh çağırışı ilə cavab verdi

18:23
06 May

Süni intellektdə uşaqların təhlükəsizliyi ilə bağlı yeni reytinqlər hazırlanır

18:13
06 May

ABŞ-nin Aİ avtomobillərinə tarif artımı dünya bazarına təsir edəcək

18:08
06 May

Aİ ilə ticarət razılaşması Böyük Britaniyada qlifosat istifadəsini məhdudlaşdıra bilər

17:59
06 May

Cəbəllütariqdə çirkab sularının dənizə axıdılması problemi davam edir

17:51
06 May

Nissan Avropada ixtisarlara başlayır

17:43
06 May

Hörmüzdə gərginlik davam edir

17:31
06 May

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

17:30
06 May

Su qıtlığı və yeni çağırışlar: kənd təsərrüfatında prioritetlər açıqlandı

17:27
06 May

Aqrar sektora kreditlər 2,1 milyard manata çatıb

17:26
06 May

Süni kürünün “təbii kürü” adı ilə satılması istehlakçıların aldadılmasıdır – XƏBƏRDARLIQ

16:56
06 May

Aprel və may ayları günəş enerjisi üçün ən əlverişli dövrdür

16:49
06 May

Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri müəyyənləşib  

16:43
06 May

Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib - YENİLƏNİB

16:42
06 May

Azərbaycan ilə Türkiyə arasında görüşlər iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir

16:36
06 May

Tramp: İran razılaşmasa, bombardman başlayacaq

16:33
06 May

Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib  

16:32
06 May

III Respublika Hüquq Olimpiadasına start verilib

16:29
06 May

Neft qiymətləri 100 dollardan aşağı enib

16:27
06 May

Xüsusi ambulator tibb məntəqələrində çalışan tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb  

16:25
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!