06 May 2026 17:59
81
DÜNYA
A- A+
Aİ ilə ticarət razılaşması Böyük Britaniyada qlifosat istifadəsini məhdudlaşdıra bilər

Aİ ilə ticarət razılaşması Böyük Britaniyada qlifosat istifadəsini məhdudlaşdıra bilər


Böyük Britaniya ilə Avropa İttifaqı (Aİ) arasında müzakirə olunan yeni ticarət razılaşması ölkədə mübahisəli herbisid olan qlifosatın istifadəsinə məhdudiyyətlər gətirə bilər.

“The Guardian” qəzetinin yaydığı məlumata görə, qlifosat kənd təsərrüfatında geniş istifadə olunur və xüsusilə buğda, yulaf və paxlalı bitkilərin yığımından əvvəl onların qurudulması üçün tətbiq edilir. Lakin bu üsul Aİ-də 2023-cü ildən etibarən insan sağlamlığına mümkün təsirlərlə bağlı narahatlıqlar səbəbindən qadağan olunub. Ətraf mühit təşkilatları Böyük Britaniya hökumətini qlifosatın yığımdan əvvəl istifadəsini dayandırmağa çağırır. Onların fikrincə, bu addım həm ictimai sağlamlığı qoruyacaq, həm də Aİ ilə ticarəti asanlaşdıracaq.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qlifosatı 2015-ci ildə “ehtimal ki, kanserogen” kimi qiymətləndirib. Son illərdə aparılan araşdırmalar da maddənin genetik zədələnmə və hormonal pozğunluqlarla əlaqəli ola biləcəyini göstərir. Buna baxmayaraq, qlifosat hələ də geniş istifadə olunur. Məlumata görə, Böyük Britaniyada sınaqdan keçirilmiş dənli bitkilərin 41 faizində, çörək nümunələrinin isə 28 faizində bu maddənin izləri aşkarlanıb. 


Təhminə VERDİYEVA

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Papa XIV Leo tənqidlərə sülh çağırışı ilə cavab verdi

18:23
06 May

Süni intellektdə uşaqların təhlükəsizliyi ilə bağlı yeni reytinqlər hazırlanır

18:13
06 May

ABŞ-nin Aİ avtomobillərinə tarif artımı dünya bazarına təsir edəcək

18:08
06 May

Aİ ilə ticarət razılaşması Böyük Britaniyada qlifosat istifadəsini məhdudlaşdıra bilər

17:59
06 May

Cəbəllütariqdə çirkab sularının dənizə axıdılması problemi davam edir

17:51
06 May

Nissan Avropada ixtisarlara başlayır

17:43
06 May

Hörmüzdə gərginlik davam edir

17:31
06 May

Azərbaycanda elektromobil və hibrid avtomobil idxalı kəskin azalıb – STATİSTİKA

17:30
06 May

Su qıtlığı və yeni çağırışlar: kənd təsərrüfatında prioritetlər açıqlandı

17:27
06 May

Aqrar sektora kreditlər 2,1 milyard manata çatıb

17:26
06 May

Süni kürünün “təbii kürü” adı ilə satılması istehlakçıların aldadılmasıdır – XƏBƏRDARLIQ

16:56
06 May

Aprel və may ayları günəş enerjisi üçün ən əlverişli dövrdür

16:49
06 May

Bakıda keçiriləcək nüfuzlu idman tədbirinin yeni tarixləri müəyyənləşib  

16:43
06 May

Bakıda 5-ci Aqrobiznesin İnkişafı Forumu keçirilib - YENİLƏNİB

16:42
06 May

Azərbaycan ilə Türkiyə arasında görüşlər iqtisadi tərəfdaşlığın dərinləşdirilməsinə mühüm töhfə verir

16:36
06 May

Tramp: İran razılaşmasa, bombardman başlayacaq

16:33
06 May

Təhsil İnstitutuna akkreditasiya haqqında şəhadətnamə təqdim edilib  

16:32
06 May

III Respublika Hüquq Olimpiadasına start verilib

16:29
06 May

Neft qiymətləri 100 dollardan aşağı enib

16:27
06 May

Xüsusi ambulator tibb məntəqələrində çalışan tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb  

16:25
06 May

AFFA İntizam Komitəsi “Sumqayıt”ın prezidenti və baş məşqçisini cəzalandırıb

16:02
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!