06 May 2026 16:56
339
CƏMİYYƏT
A- A+
Süni kürünün “təbii kürü” adı ilə satılması istehlakçıların aldadılmasıdır – XƏBƏRDARLIQ

Süni kürünün “təbii kürü” adı ilə satılması istehlakçıların aldadılmasıdır – XƏBƏRDARLIQ


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri zamanı ticarət, ictimai iaşə, o cümlədən şadlıq evlərində “təbii kürü” adı ilə süni kürü məhsullarının istehlakçılara təqdim olunduğu aşkarlanıb. Həmçinin məhsulların etiketlənmədiyi, müşayiətedici sənədlərinin olmadığı və yararlılıq müddətinin bitdiyi müəyyən edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə AQTA-nın yaydığı xəbərdarlıqda qeyd olunub.

Agentlik ticarət, ictimai iaşə obyektlərinin sahiblərinə xəbərdarlıq edərək bildirib ki, istehlakçıların aldadılması qanun pozuntusu hesab olunur və inzibati məsuliyyət yaradır. İstehlakçılara təqdim olunan bütün qida məhsulları, o cümlədən kürü məhsulları etiketlənməli, məhsul barədə dolğun məlumat verilməli, “təbii kürü” adı altında süni məhsulların təqdim edilməsinə yol verilməməli, məhsulların mənşəyini təsdiq edən sənədləri mövcud olmalıdır:”Süni kürü müxtəlif qatqı maddələri ilə hazırlanır və təbii balıq kürüsündən fərqli xüsusiyyətlərə malikdir. Onun hazırlanmasında jelatin, yosun ekstraktı olan alginat, agar-agar, nişasta, boya maddələri, bitki yağları, aromatizatorlar və dadlandırıcılar istifadə edilərək kürü formasına salınır. Əsas fərqlərdən biri odur ki, süni kürü qızdırıldıqda yumşalır, əriyir və axıcı hala gəlir. Bu xüsusiyyət onu təbii kürüdən ayıran əsas göstəricilərdən biridir. Təbii kürü balıq yumurtası olduğu üçün formasını saxlayır, qızdırıldıqda ərimir və axıcı hala gəlmir”.

İstehlakçılara tövsiyə edilib ki, ictimai iaşə obyektlərində təqdim olunan kürülərin mənşəyi ilə maraqlansınlar, məhsulun keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlərini tələb etsinlər və şübhəli hallarla qarşılaşdıqda agentliyin “1003 - Çağrı Mərkəzi”nə müraciət etsinlər.

“AQTA tərəfindən nəzarət tədbirləri davam etdirilir, qanunvericiliyin tələblərini pozan şəxslər barəsində müvafiq tədbirlər görüləcək”, - deyə xəbərdarlıqda vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İyun ayının ilk günündə hava necə olacaq?

13:08
31 May

İsrail ordusu Livanın cənubundakı Bofor qalası üzərində bayraq qaldırıb

12:56
31 May

Şahdağa qar yağıb - Faktiki hava

12:17
31 May

NATO rəsmisi: Alyans üzvləri zəruri şərait yaranarsa, Hörmüz boğazının açılmasına dəstək verə bilər  

11:16
31 May

Türkiyədə sərnişin avtobusunun yanması nəticəsində 8 nəfər ölüb, 33-ü yaralanıb

10:37
31 May

Media: ABŞ-nin pilotsuz uçuş aparatı İranın ərazi suları üzərində vurulub

10:23
31 May

Nigeriyada vəbadan ölənlərin sayı 37-yə çatıb

10:09
31 May

Donald Tramp: İran nüvə silahı hazırlamamağa və ya əldə etməməyə razılaşıb

09:42
31 May

Ebola virusunun yayılması ilə bağlı xəbərdarlıq edilib

09:26
31 May

Media: ABŞ dondurulmuş İran aktivlərinin 12 milyard dollarına çıxış vədi verib

09:08
31 May

Fransada baş verən iğtişaşlar zamanı saxlanılanların sayı 416-ya çatıb, yaralılar var

08:10
31 May

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!