12 Aprel 2025 08:15
455
SİYASƏT
A- A+
USAID-in ölkəmizdəki qanunsuz fəaliyyəti araşdırılır

USAID-in ölkəmizdəki qanunsuz fəaliyyəti araşdırılır


Təkzibedilməz faktlar üzə çıxarılır və  sənədlər hazır olan kimi Tramp administrasiyasına təqdim ediləcək


"Bu ilin yanvarına qədər ABŞ-də hakimiyyətdə olmuş demokratlar iqtidarı Qafqaz siyasətini birmənalı şəkildə bölgədə ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, ölkəmizə qarşı ayrı-seçkilik etmək, ölkəmiz haqqında şayiələr yaymaq cəhdləri üzərində qurmuşdu. ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda möhtərəm Prezidentin də ifadə etdiyi kimi, "Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların "Washington Post", "New York Times", "Politico" və sair kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın "feyk xəbərlər" adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi saxladı".

Bu fikirləri qəzetimizə açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov deyib. Onun sözlərinə görə, Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bizim üçün sirr deyildi ki, bu tip məqalələrin mənbəyi Dövlət Departamentidir. Eyni situasiya USAID-lə bağlı da qüvvədə idi. Daha doğrusu, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi Soros iqtidarının əsas alətlərindən birinə çevrilmişdi. Ötən əsrin ortalarında Marşal planı çərçivəsində yaradılmış, əslində, uzunmüddətli iqtisadi və sosial inkişafa yönəlməli olan ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiya, humanitar yardıma dəstək adı altında dövlətlərin asılılıq altına salınması istiqamətində çoxsaylı proqramlar reallaşdırıb. Açıq Cəmiyyət İnstitutunun yetirməsi olan və Sorosun dəstəyi ilə karyera qurmuş Samanta Pauerin USAID-ə rəhbər təyin olunması isə təsisatın fəaliyyətini daha da radikallaşdırmış, xüsusən islam və türk dünyasına, ələlxüsus Azərbaycana münasibətdə hücumlar intensivləşmişdi. Vətən müharibəsi və antiterror tədbirləri dövründə isə USAID açıq formada tərəf kimi davranmışdır. 

Deputat qeyd edib ki, antiterror tədbirlərinin ardınca Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən yaxalanan separatçı rejimin keçmiş "lider"lərinin istintaqa verdiyi ifadələr USAID-in həm də korrupsiyalaşmış mexanizmə çevrilməsi reallığını meydana çıxarır: "Təsadüfi deyil ki, separatçı "lider"lərin saxlanmasının ardınca Samanta Pauer böyük həyəcanla Ermənistana səfər etmiş və Azərbaycan-Ermənistan şərti sərhədində jurnalistlərə müsahibəsində Azərbaycanı açıq şəkildə ittiham etmiş, Ermənistanın isə işğal və təcavüz siyasətini müdafiə etmişdi. Ötən dövr ərzində ABŞ Dövlət Departamentindən aldığı tezislər əsasında USAID imkanlarını səfərbər edərək, beynəlxalq ictimai rəydə ölkəmiz əleyhinə qərəzli fon formalaşdırması, həmçinin Azərbaycan daxilində süni qarşıdurma yaradılması istiqamətində çoxşaxəli fəaliyyətlərə start verib. USAID-in Ermənistana 5 illik yardım paketini 2 dəfə artırması da məhz bu çərçivədə qiymətləndirilməli idi".

B.Məhərrəmov bildirib ki, xüsusən son 5 ildə Bayden-Blinken administrasiyasının regionda sabit, təhlükəsiz mühitin qurulmasını arzulamadığı və Beynəlxalq İnkişaf Agentliyinin də bu prosesdə ənənəvi olaraq mexanizm kimi çıxış etməsi açıq-aydın görünüb. Lakin ozamankı Vaşinqton administrasiyasının yanlış hesabladığı bir məqam var idi ki, Azərbaycanı digər coğrafiyalarla eyniləşdirmək olmaz. Cənab İlham Əliyev hələ 15 il öncədən bölgədə artıq elə bir reallıq yaratmağa başlamışdı ki, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin proseslərə hər hansı formada köklü təsir etmək imkanı minimuma enmişdi. Xüsusən Gürcüstan, Ermənistan, Ukrayna kimi dövlətlərdən fərqli olaraq 2010-cu ildən etibarən Azərbaycan vətəndaş cəmiyyəti institutlarında həyata keçirilən şəffaflaşma və sağlamlaşma fonunda bu təxribatçı təsisatın da, digər Soros törəmələrinin də Azərbaycan cəmiyyətinə təsirini mümkünsüz etmişdi. Bu baxımdan, ötən dövr ərzində USAID daha çox gücü Ermənistan daxilində fəaliyyətə, o cümlədən bu ölkəyə Azərbaycan əleyhinə təcavüzkar məqsədlərin dəstəklənməsi üçün əlavə yardımlar ayrılmasına yönəltmişdi. Bu məqamda ortaya başqa bir sual çıxırdı: Sorosun təlimatları ilə davranan Bayden-Blinken cütlüyü, o cümlədən USAID-nin təxribatçı cəhdləri ABŞ-yə dünyada, həmçinin Cənubi Qafqazda hansısa üstünlük qazandıra bildimi? Əminliklə deyə bilərik ki, ən azı Cənubi Qafqazda məğlub dövlətə "siyasi yatırım" etməklə Vaşinqton ciddi nüfuz itkisinə məruz qalmış, Azərbaycanla münasibətləri faktiki sıfırlamaqla milli maraqlarını Soros maraqlarının kölgəsinə keçirmiş olmuşdu. 

Deputat vurğulayıb ki, Bayden iqtidarı məsələni görməzdən gəlməyə, hətta daha irəli getməyə çalışsa da, Trampın hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişib, proseslərə  daha sağlam baxış bucağı müşahidə olunmağa başlayıb: "Prinsipial siyasətçi olaraq Tramp Vaşinqtonun fayda əmsalını doğru qiymətləndirməyi bacararaq artıq soyuq müharibə qaydaları ilə oynamağın kimsəyə fayda verməyəcəyini və "Azadlıq radiosu", "Amerikanın səsi" kimi xaç yürüşü alətlərinə çevrilmiş muzdlu media alətlərinin əlavə yükə çevrildiyini dərk etdi. Bu isə, əslində, Azərbaycanın və cənab İlham Əliyevin illərdir irəli sürdüyü tezis və əsaslandığı arqumentlərin özünü doğrultması, daha doğrusu, Vaşinqtonun bu reallıqları qəbul etməsi demək idi. Hazırda ABŞ-də bu istiqamətdə başlanan araşdırmalar, cənab Trampın bu sahədə qəti mövqeyi fonunda Azərbaycanın da bu prosesə öz araşdırmaları ilə yardım etməsi ümumbəşəri dəyərlərə töhfə kimi qiymətləndirilməlidir. Çünki USAID uzun illərdir beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplərə, beləliklə, ümumbəşəri dəyərlərə zidd davranışlar sərgiləyib. Prezident İlham Əliyevin ADA Universitetində "Yeni dünya nizamına doğru" mövzusunda keçirilən beynəlxalq forumda ifadə etdiyi kimi, Azərbaycanın Baş Prokurorluğu USAID-in qanunsuz fəaliyyətini araşdırır, anti-Azərbaycan fəaliyyətinin miqyasını, hökumətimizə xələl gətirmək, daxili işlərimizə müdaxilə etmək və qarışmaq səyləri ilə bağlı təkzibedilməz faktlar üzə çıxarılır və  sənədlər hazır olan kimi Tramp administrasiyasına təqdim ediləcək. Heç şübhəsiz ki, bu, korrupsiyaya uğramış USAID və onun korrupsiyalaşmış rəhbərləri barəsində ciddi tədbirlər görülməsi üçün önəmli, bəlkə də, ən effektiv və köklü dəlillərdən biri kimi çıxış edəcək".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!