12 Aprel 2025 08:50
2642
Səhiyyə
A- A+
Ürəyinizi qoruyun

Ürəyinizi qoruyun


Son illər qəfil ölümlər bütün dünyada ciddi problemə çevrilib. Statistik rəqəmlərə nəzər saldıqda ani ölümlərin bütün ölümlərin 10-12 faizini təşkil etdiyi müşahidə olunur.

Qəfil ölüm dedikdə, döş qəfəsində ağrı, ürək döyüntüsü, başgicəllənmə və ya hər hansı bir şikayətlə ölüm arasında 1 saatdan az vaxt olduğu itkilər nəzərdə tutulur. Ani ölümlər təkcə yaşlılarda deyil, böyüklərdə, yeniyetmələrdə və hətta uşaqlarda da müşahidə olunan təhlükədir. Gözlənilməyən bir yaşda, məkanda və ya zamanda ani ölüm nəticəsində itirdiyimiz insanların sayı artır və təəssüf ki, bu ölümlər əhəmiyyətli dərəcədə "cavanlaşır". Gənc və ortayaşlı insanlarda ən çox rast gəlinən ölüm səbəblərindən biri ani ürək dayanmasıdır.

Mütəxəssislər bildirirlər ki, bu ölümlərin 80 faizi ürəyin koronar arteriyalarındakı problemlərdən qaynaqlanır. Ürək çox böyük enerji tələb edən qeyri-adi əzələ topudur. İnsan ürəyi çox güclü olsa da, oksigen və qida ehtiyacları kifayət qədər ödənilmədikdə, ritmi sürətlə pozulur, "nasos gücü" azalır və sonra qəfil dayanır. Orqanizmin ümumi oksigen istehlakının, təxminən, dörddəbirini təşkil edən ürək bunu qanda olan oksigen və onu qidalandıran damarlardan keçərək əldə edir. Ürəyi qidalandıran damarlarda kritik daralma və ya tıxanma baş verdikdə isə bu, xəstələrin 20 faizində ani ölüm ilə nəticələnir.

Ürək damarlarında əmələ gələn laxtalanmalar nəticəsində ürəyin ehtiyac duyduğu qan miqdarının ödənilmədiyi zaman ortaya çıxan ilk problem ürək ritminin pozulmasıdır. Tədqiqatlar göstərir ki, qəfil ölümlərin 80 faizi ürəyi qidalandıran damarların tıxanması nəticəsində baş verir. 

Sürətlə artan digər bir sağlamlıq problemi isə insulin müqavimətidir. Son dərəcə məkrli olan bu narahatlıq ürək və beyin damarlarının da amansız və gizli düşmənidir. İnsulin müqaviməti gənclər və orta yaşlılar arasında daha çox yayılır. Araşdırmalara görə, insulin müqavimətindən əziyyət çəkən hər dörd gəncdən və hər üç orta yaşlıdan biri ya ürək-damar xəstəsidir, ya da ona namizəddir. 

Onu da qeyd edək ki, qəfil ölümlərin qarşısının alınmasında defibilyator cihazından vaxtında istifadə olunması mühüm rol oynayır. Əldə daşına bilən bu cihazlar elektrik şokunu istənilən yerə çatdırmaq üçün istifadə olunur. Mütəxəssislər bildirirlər ki, bu cihazı istifadə etmək düşünüləndən daha asandır. Əgər əvvəlcədən belə bir təlim almamısınızsa belə, cihazın qabını açdıqda etməli olduğumuz şeylər üzərində yazılır. Cihazın pedləri döş qəfəsinə qoyulduqda o cihaz əvvəlcə xəstənin ürək ritmini təhlil edir və şokla düzəldilə bilən aritmiya varsa, "Şok ver!" kimi səsli xəbərdarlıqla istifadəni aktivləşdirir. Bu zaman nəzərə alınmalı olan ən vacib detal şok verilərkən başqa heç kimin xəstəyə toxunmamasıdır.

Ürək sağlamlığına diqqət etməklə ani ölümlərin çoxunun qarşısını almaq mümkündür. Ailəsində erkən ölüm müşahidə edən, ata tərəfində 50 yaşından, ana tərəfində 60 yaşından əvvəl infarkt keçirənlərin olduğu şəxslər, ürəklə bağlı heç bir problemləri olmadığını düşünsələr belə,  hər il müntəzəm olaraq ürək müayinəsindən keçməlidirlər. Kardioloqlar bildirirlər ki, zamanında müdaxilə edilsə, qəfil ölümlərin qarşısı alına bilər.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!