18 Aprel 2025 01:21
1636
Fərmanlar
A- A+
"Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

"Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

"Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 2, maddə 149) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bəndə "Qanununun" sözündən sonra "1.1.2-1-ci," sözləri əlavə edilsin, həmin bənddən "1.1.68-ci,", "17.1-ci, 17.4-cü," sözləri çıxarılsın və həmin bənddə "17.7-17.10-cu, 18.2-ci" sözləri "17.7-ci, 17.9-cu, 17.10-cu" sözləri ilə əvəz edilsin.

2. 1.3-cü bəndə "Qanunun" sözündən sonra "1.1.2-1-ci," sözləri, "12.3-cü maddəsinin ikinci cümləsində," sözlərindən sonra "13.3-cü (birinci halda)," sözləri əlavə edilsin və həmin bənddə "17.1-ci" sözləri "16.3-cü" sözləri ilə əvəz edilsin.

3. 1.5-ci bənddə "6.3-cü (mülki aviasiyaya münasibətdə) maddəsində" sözləri "6.3-cü (mülki eksperimental və mülki aviasiyaya münasibətdə), 8.2-ci (ikinci halda) (Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin rəyi nəzərə alınmaqla) maddələrində" sözləri ilə, "və 55.1-ci (mülki aviasiyaya münasibətdə) maddəsində" sözləri ", 55.1-ci (mülki aviasiyaya münasibətdə), 60.12-ci və 62.3-cü maddələrində" sözləri ilə əvəz edilsin.

4. 1.6-cı bənd aşağıdakı redaksiyada verilsin:

"1.6. həmin Qanunun 6.3-cü (dövlət eksperimental və dövlət aviasiyasına münasibətdə), 7.4-cü, 8.1-ci, 11.3-cü (hərbi aerodromlara münasibətdə), 11.4-cü (birinci halda) (hərbi aerodromlara münasibətdə), 11.6-cı (hərbi aerodromlara münasibətdə), 13.3-cü (ikinci halda) (hərbi hava limanlarına, aerodromlara və helikopter meydançalarına münasibətdə) maddələrində, 47.6-cı maddəsinin birinci cümləsində (ikinci halda) (dövlət eksperimental aviasiyasına münasibətdə), 55.1-ci (dövlət aviasiyasına münasibətdə), 56.1-ci (dövlət aviasiyasına münasibətdə), 57.3-cü (birinci halda), 57.4-cü maddələrində, 57.6-cı maddəsinin birinci cümləsində (dövlət aviasiyasına münasibətdə) "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi nəzərdə tutulur;".

5. 1.8-ci bənddə "və 54.1-ci" sözləri ", 54.1-ci və 63.2-ci" sözləri ilə əvəz edilsin.

6. Aşağıdakı məzmunda 1.9-1-ci, 1.10-1 - 1.10-5-ci, 1.11-1-ci və 1.11-2-ci bəndlər əlavə edilsin:

"1.9-1. həmin Qanunun 10.9-cu maddəsində "orqan (qurum)" dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;";

"1.10-1. həmin Qanunun 12.3-cü maddəsinin birinci cümləsində "orqan (qurum)" dedikdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzərdə tutulur;

1.10-2. həmin Qanunun 13.1-ci maddəsində (birinci halda) "orqan (qurum)" dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi,  Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bu Fərmanın 1.10-3-cü bəndi nəzərə alınmaqla), yerli icra hakimiyyəti orqanları (bu Fərmanın 1.10-3-cü bəndi nəzərə alınmaqla) və Şuşa şəhərinin ərazisində Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi nəzərdə tutulur;  

1.10-3. həmin Qanunun 13.1-ci maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; 

1.10-4. həmin Qanunun 16.1-ci və 16.2-ci maddələrində "orqan (qurum)" dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur; 

1.10-5. həmin Qanunun 17.9-cu və 17.10-cu maddələrində "orqan (qurum)" dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur;";

"1.11-1. həmin Qanunun 55.2-ci maddəsinin birinci cümləsində (ikinci halda) "orqan (qurum)" dedikdə, fəaliyyət istiqamətlərinə uyğun olaraq, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti və Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi nəzərdə tutulur;

1.11-2. həmin Qanunun 62.1-ci maddəsində (ikinci halda) "orqan (qurum)" dedikdə daimi coğrafi zonalara münasibətdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, müvəqqəti coğrafi zonalara münasibətdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti ilə birlikdə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;".

7. 1.12-ci bənd aşağıdakı redaksiyada verilsin:

"1.12. həmin Qanunun 1.1.4-cü (ikinci halda), 1.1.6-cı, 1.1.64-cü, 1.1.75-ci, 1.1.80-ci, 1.1.81-ci, 7.1-ci maddələrində, 7.2-ci və 7.5-ci maddələrinin birinci cümlələrində, 7.6-cı, 8.4-cü, 10.10-cu, 11.3-cü (mülki aerodromlara münasibətdə), 11.4-cü (birinci halda) (mülki aerodromlara münasibətdə), 11.6-cı (mülki aerodromlara münasibətdə), 12.1-ci, 13.3-cü (ikinci halda) (mülki hava limanlarına, aerodromlara və helikopter meydançalarına münasibətdə), 14.1-ci, 16.4-cü, 18.6-cı, 21.3-cü maddələrində, 21.5-ci maddəsinin birinci cümləsində, 23.2-ci, 23.4-cü (birinci halda), 23.5-ci, 24.2-ci, 25.6-cı (hər iki halda), 28.4.2-ci (ikinci halda), 28.4.3-cü maddələrində, 29.1-29.4-cü maddələrinin ikinci cümlələrində (ikinci halda), 29.6-cı maddəsində, 31.1-ci və 31.2-ci maddələrinin birinci cümlələrində, 32.1-ci (ikinci halda), 32.2-ci, 33.1-ci, 33.2-ci (ikinci halda), 33.3-cü maddələrində, 35.1-ci maddəsinin birinci abzasında, 35.1.8-ci, 37.1-ci, 41.2-ci, 43.4-cü, 43.7-ci (birinci halda), 44.2-44.4-cü, 44.6-cı (birinci halda), 45.4-cü, 47.1-ci, 47.2-ci maddələrində, 47.6-cı maddəsinin birinci cümləsində (ikinci halda) (mülki eksperimental və mülki aviasiyaya münasibətdə), 47.11-ci maddəsində, 55.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 56.1-ci (mülki aviasiyaya münasibətdə), 57.3-cü (ikinci halda), 57.5-ci maddələrində, 57.6-cı maddəsinin birinci cümləsində (mülki aviasiyaya münasibətdə), 58.4-cü maddəsində, 58.5-ci maddəsinin birinci və ikinci cümlələrində, 58.6-cı, 58.7-ci (hər iki halda), 60.2-ci (ikinci halda), 60.7-60.9-cu, 61.1-ci və 61.2-ci maddələrində "orqan (qurum)" dedikdə Dövlət Mülki Aviasiya Agentliyi qismində Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi nəzərdə tutulur;".

8. Aşağıdakı məzmunda 1.13-cü bənd əlavə edilsin:

"1.13. həmin Qanunun 1.1.66-cı, 60.10-cu və 60.11-ci maddələrində "orqan (qurum)" dedikdə "Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyəti nəzərdə tutulur.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ağ Ev İranda planlaşdırılan 800 edamın dayandırıldığını açıqlayıb  

23:37
15 Yanvar

Heydər Əliyev Sarayında Rəşid Behbudovun 110 illiyinə həsr olunan yaradıcılıq gecəsi keçirilib  

22:47
15 Yanvar

İsrail hava qüvvələri Livanın üç bölgəsində “Hizbullah”ın bazalarına zərbələr endirib  

21:49
15 Yanvar

Pentaqon Latın Amerikasının Rusiya və Çinlə əlaqələrini məhdudlaşdırmaq niyyətində olduğunu açıqlayıb  

21:27
15 Yanvar

“mygov” platforması adından yayılan saxta elanlarla bağlı XƏBƏRDARLIQ  

21:07
15 Yanvar

ABŞ İran rəsmilərinə qarşı yeni sanksiyalar tətbiq edib  

20:54
15 Yanvar

Avstraliyada 5 milyona yaxın hesab deaktiv edilib

19:51
15 Yanvar

Oğuzda palıd ağaclarını kəsməkdə şübhəli bilinən şəxs saxlanılıb  

19:41
15 Yanvar

Ukraynada komendant saatının ləğvi məsələsinə aydınlıq gətirilib  

19:03
15 Yanvar

Qış depressiyasını necə aradan qaldırmaq olar?  

18:36
15 Yanvar

NATO Almaniyada genişmiqyaslı hərbi təlimlərə başlayıb

18:24
15 Yanvar

İslam İnkişaf Bankı Qrupunun Bakıda keçiriləcək İllik Toplantısına hazırlıq məsələləri müzakirə edilib

18:17
15 Yanvar

Koronavirusla mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin vaxtı uzadılıb

18:05
15 Yanvar

Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi potensialının reallaşdırılması üçün geniş imkanlar açır 

18:04
15 Yanvar

Kiyevdə Rusiyanın enerji obyektlərinə endirdiyi zərbələrin nəticələrinin aradan qaldırılması üzrə qərargah yaradılıb  

18:02
15 Yanvar

Pakistanın Baş naziri: “ASAN xidmət”in yaradılması Prezident İlham Əliyevin dəstəyi sayəsində mümkün olub  

18:01
15 Yanvar

Donald Trampın bəyanatının neftin qiymətinə təsiri  

18:00
15 Yanvar

Digi24: Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat bağlantısının təmini Qərb investisiyalarının Cənubi Qafqaza daxil olmasına şərait yarada bilər  

17:49
15 Yanvar

Ekspert: Orta Dəhlizin cəlbediciliyi üçün vahid rəqəmsal platforma vacibdir  

17:41
15 Yanvar

Azərbaycan və Pakistan parlamentarilərinin onlayn görüşü keçirilib

17:33
15 Yanvar

“Qarabağ” - “Ayntraxt” oyununun biletləri sabah satışa çıxarılacaq  

17:24
15 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!