13 Aprel 2025 08:55
721
Səhiyyə
A- A+
İkinci həyat

İkinci həyat


Ölümdən sonra orqan bağışlanması neçə-neçə xəstəyə yaşamaq şansı verir


- Salam, Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi harada yerləşir?

- Salam, zəhmət olmasa, dördüncü mərtəbə, 429-cu otağa yaxınlaşın.

Dördüncü mərtəbəyə qalxırıq. Elə bu andaca səhiyyə naziri Teymur Musayevlə jurnalistlər arasında üç il əvvəl baş verən dialoq yadıma düşür. O zaman "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanunun qüvvəyə minməsinə az qalmışdı, Səhiyyə Nazirliyinin təşkil etdiyi mətbuat konfransında orqan transplantasiyası, yeni qanundan gözləntilər haqda ünvanladığım sualı cavablayan nazir jurnalistlərə qanun qüvvəyə mindiyi halda "kim ölümündən sonra orqanlarını bağışlayacaq?" deyə sual ünvanlamışdı. Pandemiya səbəbindən mətbuat konfransında çox sayda jurnalist iştirak etməsə də, orada olanlardan bəziləri əlini qaldıraraq buna hazır olduğunu bildirmişdi. Nazir isə buna sevinərək belə insanların çox olacağı halda qanunun icrası, gözləntiləri ilə bağlı ümidini ifadə etmişdi.

Bu günün işini sabaha qoymaq bəlkə də ən pis vərdişlərimizdəndir. "Sabah, sabah" deyə-deyə bir də görürsən ki, uzun zaman keçib. Biz geciksək də, sonunda yolumuzu Bakı Sağlamlıq Mərkəzinə (BSM) sala bilmişdik. Məqsədimiz BSM-də yerləşən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə baş çəkmək idi. 

Beləliklə, 429-cu otağa yaxınlaşıb qapını döyərək orqan bağışlamaq üçün gəldiyimizi bildirdik və növbəmizi gözlədik. Biz növbə gözləməkdə idik, digərləri isə donor axtarmağa gələnlər, orqan köçürülməsi üçün növbəyə yazılanlar idi. Kimisi böyrək transplantasiyası, kimisi qaraciyər, kimisi sümük iliyi üçün müraciət etməyə gəlmişdi.

Bəzən atdığımız kiçik bir addım bilmədiyimiz zamanda böyük hadisələrə vəsilə ola bilir. "Qurani-Kərim"in Maidə surəsinin 32-ci ayəsində deyilir: "Bir insana həyat bağışlamaq bütün insanlara həyat bağışlamağa bərabər savabdır". 


Ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı azdır


Mərkəzin yaradılmasından iki ildən çox vaxt keçməsinə baxmayaraq, ölümündən sonra donor olmaq istəyənlərin sayı hələ də çox deyil. Koordinasiya Mərkəzindən verilən məlumata əsasən, son iki il ərzində ölümündən sonra orqanlarını bağışlamaq istəyənlərin sayı təxminən 100-ə yaxın olub. Amma maarifləndirmə və təbliğat işlərinin genişləndirilməsi sayəsində daha çox insanın donorluğa könüllü şəkildə qoşulması gözlənilir. 

Fikrimizcə, maarifləndirmə tədbirlərinin yetərincə olmaması bu məsələni müəyyən qədər arxa plana salıb. Hətta belə mərkəzin fəaliyyət göstərdiyini və sağlığında orqan bağışlamağın mümkün olduğunu da çox az adamın bildiyi müşahidə edilir. O üzdən bu sahədə ardıcıl və planlı təşviqat işlərinin aparılması vacib görünür. 

Elə maarifləndirmə işləri ilə bağlı hansı tədbirlərin nəzərdə tutulduğunu da bu arada öyrəndik. Qeyd edildi ki, son illər Azərbaycanda orqan transplantasiyası sahəsində mühüm addımlar atılıb. Cəmiyyətin donorluqla bağlı məlumatlandırılması məqsədilə ODTKM tərəfindən müxtəlif layihələr həyata keçirilir. Bu çərçivədə sosial media vasitəsilə maarifləndirmə kampaniyaları aparılır, universitetlərdə mütəxəssislər tərəfindən seminarlar təşkil edilir, kütləvi informasiya vasitələrində donorluğun əhəmiyyəti izah olunur, ictimai aksiyalar keçirilir. 

Bununla belə donorluq hələ də cəmiyyətimizdə kifayət qədər təşviq olunmur. İnsanların məlumatı azdır və bu səbəbdən insanlar məsələyə ehtiyatla yanaşırlar. Halbuki orqan donorluğu təkcə bir insanın həyatını xilas etmir, eyni zamanda bir neçə ailəyə ümid bəxş edir və cəmiyyətin humanist dəyərlərini gücləndirir. Ona görə də gələcəkdə bu təşəbbüslərin daha da genişləndirilməsi, insanları məlumatlandırmaq və könüllü donorluğu təşviq etmək əsas hədəflərdəndir.

Xatırladaq ki, "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" qanun 2022-ci il yanvarın 1-dən qüvvəyə minib. Qanun Azərbaycanda həm canlı donordan, həm də meyitdən donor orqan köçürülməsinə icazə verir. Qanuna əsasən, canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələr götürülə bilər. Meyit donordan isə ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, mədə, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi, gözün buynuz qişası və kök hüceyrələri götürülə bilər.

Canlı donor yalnız yaxın qohumlarına orqan və ya toxuma bağışlaya bilər. Donorluq üçün müraciət edən şəxsin sağlamlıq vəziyyəti həkim komissiyası tərəfindən qiymətləndirilir. Əgər donor olmaq istəyən şəxs yaxın qohum deyilsə, sözügedən sənədlər Etika Komissiyasına göndərilir və şəxsin donor olmasına yalnız həmin komissiya qərar verə bilir.


Orqan köçürülməsi yeni mərhələyə qədəm qoyub


Bir az gözlədikdən sonra otağa daxil olduq. Qapının üzərində videokamera ilə çəkiliş aparıldığı yazılmışdı. Daxil olub əyləşdikdən sonra dolduracağımız ərizə forması təqdim olundu. Bununla yanaşı, mərkəzin əməkdaşı proses barədə məlumat verərək orqanların yalnız beyin ölümü gerçəkləşdiyi halda götürüldüyünü, eyni zamanda  ailənin bu qərardan xəbərdar olub-olmadığını soruşdu. 

Ərizəni doldurmağa başladım. Sadə məlumatlar - ad, soyad, ünvan, əlaqə vasitələri, şəxsiyyət vəsiqəsinin məlumatlarını qeyd etdikdən sonra siyahıda yazılmış, bağışlamaq istədiyiniz orqanların qarşısına işarə qoydum. Sonra yaxın bir şəxsin məlumatlarını - əlaqə nömrəsini yazaraq ərizəni imzaladım. Qeyd olunan orqanlardan ürək, ağciyər (ürək-ağciyər kompleksi), böyrəklər, qaraciyər, mədəaltı vəzi, bağırsaqlar, uşaqlıq, yuxarı və aşağı ətraflar, sümüklər, dəri-fassiya-əzələ kompleksi və onların seqmentləri, sümük iliyi yalnız reanimasiya şəraitində beyin ölümü gerçəkləşdiyi halda, gözün buynuz qişası isə hər bir meyitdən, kök hüceyrələr isə canlıdan da götürülə bilir. 

Koordinasiya Mərkəzindən bildirildi ki, Azərbaycanda beyin ölümü diaqnozu qoyulmuş şəxslərdən orqan köçürülməsi yeni mərhələyə qədəm qoyub. Belə ki, 2024-cü ildən etibarən ölkədə beyin ölümü diaqnostikası üzrə təlimlərə başlanılıb və artıq bu sahədə ilk uğurlu nəticələr əldə olunub. Bu ilin əvvəlində meyit donordan ilk transplantasiya prosesi həyata keçirilib. Nəticədə bir xəstəyə qaraciyər, iki xəstəyə isə gözün buynuz qişası uğurla köçürülüb. Beyin ölümü iki dəfə təsdiqləndikdən sonra mərkəzin mütəxəssisi həmin şəxsin ailəsi ilə görüşərək onların razılığını alıb. Məlumat üçün bildirək ki, Qafqaz regionunda meyitdən orqan köçürülməsi ilk dəfə Azərbaycanda həyata keçirilib.


Ölkəmizdə Kök Hüceyrə Bankı yaradılacaq


Azərbaycanda Kök Hüceyrə Bankının (Mərkəzin) da yaradılması planlaşdırılır. Mərkəz yaradıldıqdan sonra canlı donorlardan götürülən kök hüceyrələr ehtiyac olan şəxslərə köçürülə biləcək. Bildirildi ki, Kök Hüceyrə Bankının yaradılması istiqamətində işlər aktiv şəkildə davam edir. O da qeyd olundu ki, mərkəzin fəaliyyətə başlaması üçün əsas şərt genişhəcmli toxuma tipləmə laboratoriyasının yaradılmasıdır. Azərbaycan vətəndaşları yalnız 50 yaşınadək kök hüceyrə donoru ola bilərlər. Donorun sağlamlıq və genetik uyğunluq vəziyyətinin dəqiq müəyyən edilməsi üçün genetik analizlər icra olunmalıdır.

 Qanunla 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədi ilə orqan və toxumaların götürülməsi qadağandır. Yalnız sümük iliyi və kök hüceyrələrin götürülməsinə valideynlərin razılığı ilə yol verilir.

Ümumilikdə ölümündən sonra orqanlarını bağışlamaq üçün rəsmi yaş məhdudiyyəti mövcud deyil. Əsas meyar orqanların funksional və sağlam olmasıdır: "Dünyada ən yaşlı orqan donoru 100 yaşında olub. Bu, orqanların funksional vəziyyətinin yaşdan daha önəmli olduğunu göstərir. Bununla belə, Azərbaycanda orqan donorluğu ilə bağlı qanunvericiliyə əsasən, yetkinlik yaşına çatmış və tam fəaliyyət qabiliyyətli şəxslər sağlığında ölümündən sonra orqanlarının götürülməsinə razılıq verə bilərlər", - deyə qeyd olundu.

Beyin ölümünün reanimasiya şəraitində gerçəkləşdiyi zaman orqanların götürülməsi mümkün olduğundan hazırda mərkəz tərəfindən xəstəxanalarla əlaqələrin necə olduğu və ümumilikdə respublikanın klinikalarında reanimasiya şəraitinin bu kimi hallara uyğun olub-olmaması da məsələnin əsas tərəfidir. Biz də bu sahədə vəziyyətin necə olduğunu öyrənməyə çalışdıq. Qeyd olundu ki, Orqan Donorlouğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi xəstəxanalarla sıx əməkdaşlıq çərçivəsində ağır xəstələr haqqında məlumatlar toplayır və onların mütəmadi monitorinqini keçirir. Bu məlumatlar həm donorların axtarışında, həm də transplantasiya proseslərinin idarə olunmasında əsas rol oynayır. Məlumat mübadiləsi və koordinasiya sistemləri daimi olaraq təkmilləşdirilir ki, transplantasiya prosesləri daha şəffaf və effektiv şəkildə həyata keçirilə bilsin. Reanimasiya şəraitində baş verən ölümlə bağlı məlumatların koordinasiyası təmin edilir. Hər gün müxtəlif dövlət və özəl klinikalardan, o cümlədən Bakıda yerləşən xəstəxanalardan məlumatlar toplanır. Koordinasiya Mərkəzi xəstəxanalarda beyin ölümü diaqnozunun dəqiqliyini artırmaq üçün mütəmadi olaraq təlimlər keçirir. İlin sonunda aparılan audit zamanı müxtəlif müəssisələrdə reallaşdırılan ölümlər və beyin ölümü diaqnozunun qoyulması ilə bağlı statistik göstəricilər qiymətləndirilir. Bu tədbirlər Koordinasiya Mərkəzinin məlumat dəqiqliyini və əməkdaşlığın effektivliyini artırmaq üçün mühüm addımlardır.


Ümid sonda həmişə ölmür


Bu gün dəyərli zamanımızdan ayırdığımız 10-15 dəqiqə həsrətlə sağlamlığına qovuşmağı gözləyən neçə-neçə xəstəyə çarə ola bilər. Heç kəs hansı şəkildə həyatdan köçəcəyini bilmir. Hansı şəkildə ölməyimizdən asılı olmayaraq, kiminsə dünya işığına  qovuşmasına vəsilə ola bilərik. Siyahıda olan və olmayan yüzlərlə xəstənin cansız bədəndəki canlı orqanlara ehtiyacı var.

Mərkəzin məlumatına görə, bu gün gözləmə siyahısında böyrək transplantasiyası üçün qeydiyyata alınmış 500-dən çox xəstə var. Lakin ölkədə 4 minə yaxın vətəndaş dializ müalicəsi alır. Onların yaxın qohum donoru olmadığı üçün və meyit donora ümidləri olmadığından gözləmə siyahısına daxil olmayıblar. Eyni zamanda təxminən 500 nəfər sümük iliyi, 100 nəfər qaraciyər transplantasiyası üçün qeydiyyatdadır.

Bilmədiyimiz bir anda kiminsə ümidi ola bilərik... 

Həyata bir dəfə gəlsək də, kiminsə ikinci həyatı ola bilərik. 


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:23
18 Aprel

"Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:22
18 Aprel

"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 7 mart tarixli 152-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:22
18 Aprel

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:21
18 Aprel

"Aviasiya haqqında" Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1058-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 15 fevral tarixli 1 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

01:21
18 Aprel

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə" 2000-ci il 30 avqust tarixli 393 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında" 2017-ci il 6 noyabr tarixli 1665 nömrəli, "Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında" 2020-ci il 5 noyabr tarixli 1174 nömrəli fərmanlarında və "Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "Azərbaycan alüminiumu" ("Azəralüminium") Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2021-ci il 9 aprel tarixli 2570 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiqi və Azərbaycan Respublikası Prezidentinin "N.Ə.Əmirovun "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilməsi haqqında" 2017-ci il 6 noyabr tarixli 3348 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" 2019-cu il 10 iyun tarixli 1226 nömrəli, "Azərbaycan Sənaye Korporasiyası" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurası üzvlərinin təyin edilməsi haqqında" 2020-ci il 16 aprel tarixli 1989 nömrəli sərəncamlarının ləğv edilməsi barədə" 2021-ci il 4 dekabr tarixli 3025 nömrəli sərəncamlarında dəyişiklik edilməsi haqqında

01:20
18 Aprel

"Aviasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 142-VIIQD nömrəli Qanununun tətbiqi haqqında

01:19
18 Aprel

"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:18
18 Aprel

"Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 160-VIIQD nömrəli Qanununun tətbiqi və "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanununda və "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 14 may tarixli 126 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə

01:18
18 Aprel

"Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Latviya Respublikasının Dövlət Gəlirlər Xidməti arasında məlumat mübadiləsi və vergi tələblərinin alınmasında yardım haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

01:17
18 Aprel

“Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normaları”nın təsdiq edilməsi haqqında

01:16
18 Aprel

Yaşıl Kart Sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçılar barədə ELAN

01:15
18 Aprel

Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetində müşavirə keçirilib  

22:51
17 Aprel

Azərbaycanla Gürcüstanın strateji tərəfdaşlığı möhkəm təməllərə söykənir

22:48
17 Aprel

Zərərçəkmiş şəxs: Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar MƏHKƏMƏ

22:41
17 Aprel

Azərbaycan və Belarusun hərbi təhsil üzrə mütəxəssislərinin işçi görüşü keçirilib  

22:35
17 Aprel

Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb  

22:33
17 Aprel

Ermənilərin Cənubi Qafqaz və Anadoluda cinayətləri mövzusu Ankarada geniş müzakirə edilib  

22:32
17 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova MDB PA-nın Şura iclasında iştirak edib  

22:30
17 Aprel

Ali Məclisin komitə iclasında hökumətin hesabatı müzakirə olunub

22:29
17 Aprel

Azərbaycan və Bolqarıstan arasında hərbi təhsil sahəsində əməkdaşlıq imkanları müzakirə edilib  

22:26
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!