11 Aprel 2025 08:05
1261
SİYASƏT
A- A+
İlham Əliyev Ermənistana növbəti xəbərdarlıq etdi

İlham Əliyev Ermənistana növbəti xəbərdarlıq etdi


Sülh yalnız Azərbaycanın şərtlərinin qəbulu ilə mümkündür 


"Biz təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən "böyük Ermənistan" xəyallarını unutmamalıyıq. Qarabağın yenidən geri alınmasını xəyal etməyən bir erməni siyasətçisini demək olar ki, tapa bilməzsiniz. Bu, reallıqdır".

Aprelin 9-da ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumun iştirakçılarının suallarını cavablandıran zaman Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın qətiyyəti sayəsində son beş ildə Cənubi Qafqazda dayanıqlı sülh əldə olunması üçün mühüm zəmin formalaşmasına baxmayaraq, məhz Ermənistanın hələ də ölkəmizə qarşı ərazi iddialarından əl çəkməməsi,  yəni "böyük Ermənistan" kimi xəstə xülya ilə yaşaması səbəbindən buna nail olunmayıb. 

Bu cəfəng ideyanın arxasınca sürüklənərək özünü dalan ölkəyə çevirən Ermənistan xarici dəstəkçilərinin qızışdırması, siyasi, hərbi dəstəyi ilə xam xəyallara qapılaraq ərazilərimizin yenidən işğalıyla bağlı planlar qurur.  

Diqqət edin, sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşdığı mühüm mərhələdə Ermənistan bir sonrakı addımı ataraq barış müqaviləsinin imzalanması üçün ölkəmizin beynəlxalq hüquqla tələb etdiyi şərtləri yerinə yetməkdənsə, hərbi eskalasiyanı artırmağı, sərhədlərimizi mütəmadi atəşə tutmağı daha məqsədəuyğun sayır. 

Beynəlxalq forumun iştirakçılarının suallarını cavablandıran zaman dövlətimizin başçısı söylədi ki, postmüharibə vəziyyətinin necə inkişaf edəcəyi əsasən Ermənistandan asılıdır: "Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni sadəcə nəzərə almayacağımız demək deyil". Ölkəmizin rəhbəri onu da dedi ki, biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik: "Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik".

 

Sülhün təşəbbüskarı Azərbaycandır


Torpaqlarının işğal altında olduğu illərdə də hər zaman münaqişənin danışıqlar yolu ilə həll olunmasını istəyən Azərbaycan, BMT TŞ-nin qətnamələrini hərb yolu ilə özü yerinə yetirərək ərazilərini azad etdikdən sonra da bölgədə normallaşma, sülh istiqamətində qətiyyətli addımlar atmağa başladı.

İkinci Qarabağ müharibəsi başa çatandan sonra da məhz ölkəmiz, şəxsən Prezident İlham Əliyev sülh danışıqlarının başlanmasının təşəbbüskarı oldu.

Ermənistana təkmil sülh modeli təklif edən Bakının səylərinin nəticəsi kimi xüsusilə 2024-cü ildən etibarən bu istiqamətdə müsbət nəticələr əldə olundu. Ermənistan ilə Azərbaycan arasında sərhədlərin demarkasiya və delimitasiyasına başlanılması, bir güllə atılmadan, bir itki verilmədən Qazaxın dörd kəndinin azad edilməsi, eləcə də sülh sazişi layihəsi ilə bağlı danışıqlar prosesinin yekunlaşması müsbət nümunələrdir. Bu nailiyyətlər həm də onun göstəricisidir ki, iki ölkə arasında razılaşmaların əldə olunması üçün kənar qüvvələrə heç bir ehtiyac yoxdur. Lakin Ermənistan tərəfi ölkəmizə qarşı ərazi iddialarından vaz keçə bilmədiyi üçün başda Cənubi Qafqazı da koloniyasına çevirmək istəyən Fransa olmaqla, Qərb havadarlarının mənfur məsləhətləri ilə oturub-durmağa, onların əli ilə silahlanmağa, revanşa hazırlaşmağa üstünlük verir. İrəvan birbaşa sülhə zərbə vuran davranışlar sərgiləyir, Bakının tamamilə beynəlxalq hüquqa dayanan şərtlərinə əməl etməkdən yayınır. 

Ermənistan Konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddiaları yer alır. Buna görə də birmənalı olaraq Ermənistan Konstitusiyası dəyişdirilməlidir. 

Həmçinin ATƏT-in keçmiş Minsk qrupu de-yure ləğv edilməlidir. Hüquqi prosedurlara görə bunun üçün iki ölkə birgə müraciət etməlidir. Sözügedən qrupun yarıtmaz həmsədrləri münaqişəni danışıqlar yolu ilə həll etmək əvəzinə üç onilliyə yaxın dövr ərzində bölgəyə turist səfərləri etməklə vəzifələrini bitmiş hesab ediblər.  Problemi nə danışıqlar, nə də müharibə yolu ilə çözməyin mümkün olmadığını iddia edən həmsədrlər riyakarlıqla münaqişənin Ermənistanın xeyrinə dondurulmasının tərəfdarı olublar. Uzun sürən nəticəsiz danışıqlardan təngə gələn Azərbaycanın torpaqlarını öz gücünə işğaldan azad edərək suverenliyini bərpa etməsi ilə düyünə çevrilən Qarabağ münaqişəsi artıq tarixin arxivinə göndərilib. Ortada daha bu adlı münaqişə olmadığı üçün fəaliyyəti de-fakto sona çatan bu qrupun tezliklə hüquqi cəhətdən ləğvi də mütləqdir. 


"Top Ermənistandadır"


Ancaq bölgədə yeni müharibə planlaşdıran Ermənistan tərəfimizdən irəli sürülən iki şərti yerinə yetirmir. Bununla sülh müqaviləsinə qol qoymaq istəmədiyini açıq şəkildə ortaya qoyur. 

Bu isə o deməkdir ki, Ermənistan yenə də cəfəng ideyalarının arxasınca sürünərək gələcək inkişafı üçün Azərbaycan tərəfindən açılan qapıları bağlayır və bununla özünü sözün əsl mənasında məhvə məhkum edir. 

Forum iştirakçılarının suallarını cavablandıran zaman Ermənistanın işğal və təcavüz nəticəsində özünü Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdiyini deyən Prezident İlham Əliyev vurğuladı ki, gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, "böyük Ermənistan" arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir.

Dövlət başçısı əlavə etdi ki, Azərbaycan və Ermənistan arasında saziş imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq: "Mən bir çox hallarda Ermənistandan ərazi bütövlüyümüz və onların konstitusiyası ilə bağlı gözlədiklərimizi dəfələrlə açıq şəkildə bildirmişəm. Bunlar məlumdur. Beləliklə, bütün bu işlər tamamlanan və sülh sazişi imzalanan kimi Cənubi Qafqazı inteqrasiya olunmuş regiona çevirməyə cəhd etmək üçün heç bir maneə qalmayacaq".

Göründüyü kimi, Azərbaycanın sülh səylərinin nəticələri elə Ermənistanın özünün yaşadığı hərtərəfli böhrandan çıxması üçün həyati anlama gəlir. Bakının şərtlərinə əməl edərək bu tarixi şansdan yararlanıb-yararlanmamaq isə Ermənistanın öz seçimidir. 

Yəni Prezident İlham Əliyevin sözügedən forumda da bəyan etdiyi kimi, top Ermənistandadır. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Fərid Qayıbov idman federasiyalarının nümayəndələri ilə görüşüb  

19:46
17 Yanvar

Fövqəladə Hallar Nazirliyi hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib  

19:33
17 Yanvar

Serdar Ünsal: Azərbaycan xalqı müstəqilliyin əldə olunmasında iradə nümayiş etdirib  

19:25
17 Yanvar

ABŞ konqresmenləri Danimarka və Qrenlandiyaya dəstək verdiklərini bəyan ediblər  

19:03
17 Yanvar

Sabah Səudiyyə Ərəbistanında çoxmillətli hərbi təlimlərə start verilir  

18:51
17 Yanvar

Alman mediası Azərbaycan qazının Almaniya və Avstriya bazarına ixracına geniş yer verib  

18:27
17 Yanvar

Pediatr: Antibiotiklərin səbəbsiz istifadəsi uşağın immun sisteminə mənfi təsir göstərir  

18:13
17 Yanvar

Vitali Kliçko: Kiyevdə 6000 evin istilik problemi həll edilib  

17:49
17 Yanvar

CAR mətbuatında “Azərbaycan 20 Yanvar faciəsinin 36-cı ildönümünü qeyd edir” adlı məqalə dərc edilib  

17:43
17 Yanvar

Suriyanın Əl-Məşrəfa kəndi qaçaqmalçılıq mərkəzindən turizm məkanına çevrilib  

17:01
17 Yanvar

ABŞ Prezidenti Türkiyə Prezidentini Qəzza Sülh Şurasında təsisçi üzv olmağa dəvət edib  

16:23
17 Yanvar

Afrikanın cənubunda daşqınlar nəticəsində 200-dən çox insan ölüb  

15:49
17 Yanvar

Suriya ordusu Hələbin şərqindəki Deyr Hafir şəhərini nəzarətə alıb  

15:11
17 Yanvar

Nizami rayonunda hüquqi yardım aksiyası keçirilib

14:45
17 Yanvar

Səudiyyə Ərəbistanının nüfuzlu “əl-Cəzirə” qəzetində 20 Yanvar faciəsi barədə məqalə dərc olunub  

14:38
17 Yanvar

WUF13 tədbiri üzrə media nümayəndələrinin akkreditasiyasına start verilib  

14:31
17 Yanvar

Mütəxəssis: Qarın yağması taxıl əkinləri üçün çox əhəmiyyətlidir  

13:42
17 Yanvar

Bakıda sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacaq - PROQNOZ  

13:25
17 Yanvar

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb  

12:07
17 Yanvar

DİN: Cinayət törətməkdə şübhəli bilinən 53 nəfər saxlanılıb  

11:39
17 Yanvar

BDYPİ gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib  

11:15
17 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!