04 Aprel 2025 08:10
203
SİYASƏT
A- A+
"AFR Prezidentinin ölkəmizə rəsmi səfəri siyasi əlaqələrimizi genişləndirəcək"

"AFR Prezidentinin ölkəmizə rəsmi səfəri siyasi əlaqələrimizi genişləndirəcək"


"Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca dünyanın böyük və güclü dövlətləri ölkəmizlə siyasi, iqtisadi əlaqələr qurmağa böyük maraq göstərirlər.  Avropa İttifaqına daxil olan bir çox dövlətlə Azərbaycan arasında sıx münasibətlər mövcuddur".  

Bu fikirləri "Azərbaycan" qəzetinə Bakı Dövlət Universitetinin kafedra müdiri, professor Kamilə Əliyeva deyib. O bildirib ki, Qərbi Avropa dövlətləri arasında da ölkəmizlə siyasi, iqtisadi  əlaqələr qurmaq istəyən ölkələrin sayı artmaqdadır. Almaniya Federativ Respublikası bu ölkələrdəndir. Almaniya ilə Azərbaycan arasında əlaqələrin tarixi kökləri mövcuddur. Hələ 1867-ci ildə Almaniya Azərbaycanda mis yataqlarının istehsal edilməsində, eləcə də kənd təsərrüfatının inkişaf etdirilməsində böyük rol oynayıb. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Almaniya Azərbaycanla diplomatik əlaqələr quran ilk Avropa dövlətlərindən olub. Ölkələrimiz arasında iqtisadi əlaqələr yüksək səviyyədədir. Azərbaycanla Almaniya arasında 2020-2024-cü illərdə ticarət dövriyyəsinin ən aşağı həddi bir milyard ABŞ dolları üzərində olub. "Bütün bunlara baxmayaraq, Almaniyanın Azərbaycana qarşı siyasi baxışlarında fərqlilik sezilib. Burada, əlbəttə ki, Fransa amili mühüm rol oynayıb. Almaniya ilə Fransa arasında qarşılıqlı sıx əlaqələr buna öz təsirini göstərib. Ancaq qeyd etmək lazımdır ki, Almaniya Avropa İttifaqının iqtisadi güc mənbəyi hesab olunur", - deyə o əlavə edib. 

Ekspert qeyd edib ki, Azərbaycan müasir dünyada istər siyasi, istərsə də iqtisadi cəhətdən güclü dövlət olduğu üçün Almaniya ölkəmizlə sıx əlaqələr qurmağa  təşəbbüs göstərib: "Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayerin aprelin 2-də Azərbaycana rəsmi səfəri iki ölkə arasında iqtisadi, siyasi əlaqələri yeni mərhələyə yüksəldəcək. Səfər çərçivəsində Prezident İlham Əliyev və Almaniya Prezidenti Ştaynmayer mətbuata bəyanatla çıxış etdilər. Görüşdə əsas məsələ kimi Azərbaycanla Ermənistan arasında münasibətlər, eləcə də Azərbaycanla Almaniya arasında iqtisadi, siyasi əlaqələrin gücləndirilməsi müzakirə olundu. Dövlətimizin  başçısı çıxışında həm Almaniya, həm də Avropa ictimaiyyətinin marağına səbəb olan bir sıra mesajlar verdi. Azərbaycanla Almaniya arasında ticarət dövriyyəsinin bu ilin yanvar-fevral aylarında təxminən 3 dəfə artması gələcəkdə iqtisadi əlaqələrin daha da yüksələcəyindən xəbər verir. Azərbaycanın Almaniyaya xam neft ixrac etməsinin və istehsal edilən "yaşıl enerji"nin də gələcəkdə Almaniyaya ixracını nəzərə alsaq, demək olar ki, ölkəmiz Almaniyanın enerji təhlükəsizliyində mühüm rol oynayacaq. 

Prezident İlham Əliyev Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasının təşəbbüskarının məhz Azərbaycan olduğunu Almaniya Prezidentinin nəzərinə çatdırdı. Ermənistan isə dünyaya özünü sülh tərəfdarı kimi nümayiş etdirsə də, bu prosesi uzatmaq niyyəti güdür". 

K.Əliyeva vurğulayıb ki, əgər Ermənistan sülh istəyirsə, ilk növbədə ATƏT-in Minsk qrupunun ləğv edilməsi ilə bağlı Azərbaycanın təklifini  qəbul etməli və öz konstitusiyasında dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddiası maddəsini çıxarmalıdır. Ölkəmiz BMT-nin qətnamələrinə uyğun olaraq öz torpaqlarını hərbi və siyasi yolla azad etdi ki, bu həm də beynəlxalq hüququn bərpası idi. İndi Minsk qrupunun fəaliyyətinə heç bir ehtiyac qalmayıb. 

Ekspert düşünür ki, Ştaynmayerin çıxışında hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını və Almaniya dövlətinin Qarabağı Azərbaycanın ərazisi kimi qəbul etdiyini vurğulaması ölkəmizə qarşı olan bir sıra dövlətlərə də mesaj idi. Almaniya başa düşür ki, Azərbaycan dünya üçün çox önəmli bir ölkədir. Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yaradılan nəqliyyat, logistika infrastrukturu istər Avropa, istərsə də Asiya dövlətlərinin iqtisadi inkişafına böyük töhfələr verəcək.

Kafedra müdirinin fikrincə, Almaniya da Orta dəhlizin bir hissəsi olan Zəngəzur dəhlizinin açılmasında maraqlıdır: "Zəngəzur dəhlizinin açılması Almaniyanın Asiya dövlətləri ilə iqtisadi, ticari əlaqələrinə böyük töhfələr verə bilər. Bu da son dövrlər  zəifləyən Almaniya iqtisadiyyatının güclənməsinə imkan yaradar. Bu görüş bir daha sübut etdi ki, Prezident  İlham Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyanın iqtisadi və siyasi güc mərkəzləri Azərbaycanla hesablaşır və bu siyasəti dəstəkləyirlər".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib

14:17
10 Aprel

Kommersiya qurumlarının sayı 8 faizdən çox artıb

14:16
10 Aprel

Azərbaycan Moldova ilə bərpaolunan enerji və dekarbonizasiya sahəsi üzrə fikir mübadiləsi aparıb  

14:14
10 Aprel

Qərbi azərbaycanlı qadınların müraciəti BMT-nin Baş Assambleyasının rəsmi sənədi kimi yayılıb  

13:46
10 Aprel

Yeni Azərbaycan Partiyasının nümayəndələri Türkiyəyə səfər ediblər  

13:27
10 Aprel

Rəvan Həsənov: Azərbaycanda xristian irsi yüksək səviyyədə qorunur və öyrənilir  

13:19
10 Aprel

Gecə və səhər bəzi yerlərdə arabir yağış yağacaq PROQNOZ

13:02
10 Aprel

Vəkillər Kollegiyası ilə Ədliyyə Akademiyası arasında əməkdaşlıq memorandumu imzalanıb  

12:51
10 Aprel

BMT-də “ASAN xidmət”lə bağlı plenar sessiya təşkil edilib

12:43
10 Aprel

Meksikada cinayətkar qruplaşmalar arasındakı atışmada 11 nəfər ölüb  

12:35
10 Aprel

Qəbələ-Xankəndi ultramarafonu: İlk mərhələnin qalibi bəlli olub

12:27
10 Aprel

Baş Prokurorluğun nümayəndə heyəti Argentinada işgüzar səfərdə olub

12:25
10 Aprel

Şimali Kiprin Baş naziri: Prezident İlham Əliyevə öz adımdan və Kipr türkləri adından təşəkkür edirəm  

12:02
10 Aprel

Bakı və Aktau limanları arasında qarşılıqlı elektron fəaliyyət formatı tətbiq edilir  

11:53
10 Aprel

Aprelin 13-də 51 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

11:47
10 Aprel

Prezident İlham Əliyevin “Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumdakı çıxışı Gürcüstan mətbuatının diqqət mərkəzində olub  

11:21
10 Aprel

Səudiyyə Ərəbistanı zəvvarları Həcc ziyarəti üçün qeyri-rəsmi kanallardan istifadə etməməyə çağırıb  

11:09
10 Aprel

“AzerGold” Pakistanda ölkələrarası işgüzar görüş və beynəlxalq forumda iştirak edib  

10:53
10 Aprel

Heydər Əliyev Beynəlxalq Aeroportu daha bir "Skytrax" mükafatına layiq görülüb  

10:41
10 Aprel

Azərbaycan neftinin qiyməti azalıb  

10:32
10 Aprel

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 46 nəfər saxlanılıb

10:29
10 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!