10 Aprel 2025 08:20
466
SİYASƏT
A- A+
Rəsmi İrəvan sülhü oda atır

Rəsmi İrəvan sülhü oda atır


Bütün sahələrdə dərin böhran yaşayan Ermənistanda ictimai-siyasi vəziyyət gərgin olaraq qalır. Ölkədə tərəflər bir-birilərini təhdid edirlər. Artıq Ermənistanın müxtəlif şəhərlərində etirazlar keçirilir. Siyasi çəkişmələrdən yorulan əhali isə problemlərinin həllini istəyir. Ölkədə əhalinin 60 faizi işsizdir. Bu ilin ilk 6 ayında işsizliyin səviyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 24 faiz artıb.  

"4rd.am" saytı yazır ki, hazırda Ermənistanda rəsmi qeydiyyata alınan işsizlərin sayı 74 min nəfərdən çoxdur. Milli Statistika Xidmətinin ölkədə yoxsulluğun mənzərəsi və iş bazarının problemləri üzrə beşillik araşdırmalarının nəticələrinə görə, hər 100 işsizdən 40-ı gəncdir. Ümumi işsizlər arasında 20-29 yaşlı insanlar üstünlük təşkil edirlər. Ermənistanda yeni iş yerlərinin yaradılması da mümkün deyil. Çünki ölkə iqtisadiyyatı tamamilə iflasa uğrayıb. Vəziyyət o həddə çatıb ki, hətta mövsümi iş tapmaq çox çətindir.

Bütün bunların fonunda Ermənistanda keçirilən son bələdiyyə seçkiləri ölkənin daxili siyasi mənzərəsində mühüm dəyişikliklərin baş verdiyini göstərir. Gümrü və Parkar şəhərlərində hakim "Vətəndaş müqaviləsi" partiyasının məğlubiyyəti, həm də müxalifətin revanşist təmayüllü qüvvələrinin önə çıxması Ermənistanın siyasi gələcəyi üçün də riskli tendensiyaların yarandığını nümayiş etdirir.

Erməni siyasi analitiklərinin fikrincə, bu seçkilər 2026-cı ildə keçiriləcək parlament seçkiləri üçün "sınaq" rolu oynayır. Yerli seçkilərdə uduzan baş nazir Nikol Paşinyanın komandası artıq parlament çoxluğunu qorumaqda ciddi çətinliklərlə üzləşir. Ekspertlər bildirirlər ki, Paşinyanın seçki resursları və ictimai dəstəyi sürətlə tükənir.

Rəy sorğuları da bu gedişatı təsdiqləyir. 2021-ci il parlament seçkiləri ərəfəsində "Vətəndaş müqaviləsi" partiyasının reytinqi 25 faiz təşkil edirdisə, 2025-ci ilin əvvəlinə bu rəqəm cəmi 11 faizə düşüb. 

Seçkilərin nəticələri ilə diqqət çəkən daha bir məqam isə müxalifət daxilində revanşist ideologiyaların yüksəlişidir. Gümrüdə müxalifətdən ən çox səs toplamış Kommunist partiyasının nümayəndəsi Vardan Qukasyan "dənizdən-dənizə böyük Ermənistan" ideologiyasının açıq tərəfdarıdır. Bu isə regionda sabitlik və dayanıqlı sülhə əsaslı təhdid kimi qiymətləndirilir.

Üstəlik, Gümrü və Parkarda seçkilərdə qalib gəlmiş blokların əksəriyyəti keçmiş prezidentlər Robert Koçaryan və Serj Sarkisyana bağlı olan qüvvələrdir. Belə qüvvələrin parlamentdə təmsil olunması isə Ermənistanın sülh kursundan uzaqlaşması ilə nəticələnə bilər.

Bütün bunların fonunda sosial-iqtisadi sahədə gərginlik getdikcə daha da dərinləşir. Ölkədə çörək istehsalı 60 faizə qədər azalıb. Orta aylıq əməkhaqqı olduqca aşağı səviyyədədir. Paşinyan iqtidarının milli valyutanın - dramın məzənnəsini saxlamaq üçün göstərdiyi cəhdlər heç bir nəticə vermir. Çünki normal iqtisadiyyatı olmayan ölkədə inflyasiyanın həcmi gün keçdikcə bir qədər də artır. Hətta milli valyutanın məzənnəsini saxlamaq məqsədilə Ermənistan Mərkəzi Bankının indiyədək ayırdığı vəsaitlərin belə problemin yoluna qoyulmasında heç bir təsiri olmayıb. Ölkənin xarici borcu artıq ümumi daxili məhsulun 60-70 faizini üstələyir. 

Sosial-iqtisadi sahədə dərin böhran yaşayan Ermənistanda yoxsulluq həddi gündən-günə yüksəlir. Əhalinin işsizlikdən sonra üzləşdiyi ən böyük problem mənzil şəraiti ilə bağlıdır. Ekspertlər bunu inşaat sektorunda illərdir hökm sürən durğunluqla əlaqələndirirlər. Bildirilir ki, Ermənistanda əksər ailələr uşaqlarını ağır şəraitdə böyüdürlər. Ailə üzvlərinin çoxu işsizdir. Onların ümidi yalnız aldıqları cüzi pensiyayadır. Belə ağır şəraitdə yaşayan uşaqlar sağlam olmurlar. Uşaqlar normal geyimlər ala bilmədikləri üçün məktəbdən də uzaqlaşırlar. Ailələrin aylıq gəliri 40 min dramı keçmir. Bu məbləğ hətta bir nəfərin yaşaması üçün belə kifayət deyil. Əhalinin 43 faizi ya evsizdir, ya da şəraitsiz mənzillərdə yaşayır. Hökumət isə bu problemlərin həllində acizdir. Ermənistanda tikinti sektorunda illərdir durğunluq hökm sürür. Ölkədə sement istehsalı da dayandırılıb. 

Bunlar bir daha Ermənistanda bütün sahələrdə vəziyyətin qeyri-qənaətbəxş olduğunun, ölkə hakimiyyətinin hər keçən gün daha çıxılmaz vəziyyətə düşdüyünün göstəricisidir. Hadisələrin bu səpkidə inkişafı yaxın gələcəkdə Ermənistanda hakimiyyət böhranının yaşanacağından xəbər verir.

 

Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!