10 Aprel 2025 08:30
436
SİYASƏT
A- A+
Rəsmi İrəvan mina terroruna son qoymalıdır

Rəsmi İrəvan mina terroruna son qoymalıdır


Ermənistanın işğalçılıq siyasəti Azərbaycan xalqının faciələrinə səbəb olub. Tarixin ayrı-ayrı dövrlərində ictimai-siyasi vəziyyətin qarışdığını görən, əllərinə fürsət düşdüyünü düşünən qəsbkar ermənilər aranı qızışdırıb, münaqişələr yaradıb, qırğınlar, soyqırımları törədiblər. Məqsədlərinə özlərinə Azərbaycan torpaqlarında dövlət qurmaqla çatsalar da, məkrli iddiaları bitməyib.

XX əsrin sonlarında da məqsəd eyni idi. Hamisi olmuş, sayəsində Azərbaycanın bir sıra ərazilərini ələ keçirmiş sovet hökumətinin süquta uğradığı vaxtlarda Ermənistan müstəqillik yolunda addımlarını atan, sosial-iqtisadi böhranın girdabına düşmüş, ordusu hələ yaranıb formalaşmamış respublikamıza qarşı yenidən hücuma keçdi. Erməni quldurları başlanğıcda pərakəndə kimi görünən bütün təxribat, terror və qətl hadisələrini, əslində, çoxdan qurulmuş plana uyğun şəkildə həyata keçirirdilər. Ermənistanı azərbaycanlılarsız qoymaq üçün Qərbi Azərbaycanda törətdikləri faciələr də, Qarabağda, Şərqi Zəngəzurda təşkil etdikləri hücumlar da ermənilərin "böyük Ermənistan" xülyalarını uydurmadan həqiqətə çevirmək istəkləri idi.

Ötən yüzilliyin axırlarında Ermənistan himayədarlarından aldığı silah-sursatla hərbi gücü zəif olan Azərbaycanın iyirmi faiz ərazisini qəsb edə bildi. Həmin torpaqları otuz ilə yaxın işğal altında saxladı. Ancaq ölkəmizin bütün sahələrdə gündən-günə güclənməkdə olduğunu gördükcə Ermənistan rəhbərlərinin canına qorxu düşürdü. Bununla belə işğalçılıq siyasətindən də əl çəkmirdilər. Azərbaycanın münaqişəni ədalətlə, sülh yolu ilə həlli təklifləri və səyləri nəticəsiz qalırdı.

1994-cü il mayın 12-də imzalanmış atəşkəs sazişinə əməl etməyən Ermənistanın silahlı qüvvələri həm Azərbaycan Ordusunun mövqelərini, həm də mülki vətəndaşlarımızın yaşayış yerlərini intensiv olaraq atəşə tuturdular. Nəticədə əsgər və zabitlərimiz, mülkü şəxslərimiz şəhid olurdular. Həmin illərdə işğalçı ölkənin Azərbaycana qarşı həyata keçirdiyi ən dəhşətli cinayətlərdən biri də qəsb etdiyi Qarabağ və Şərqi Zəngəzur ərazilərimizdə mina terroru həyata keçirməsi idi.

Ermənistan və ona havadarlıq edənlər, əslində, işğalı, terroru dəstəkləyən bir sıra dövlətlər və beynəlxalq təşkilatlar məqsədlərinə çatmadılar. 2020-ci ildə baş verən Vətən müharibəsində Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlub edərək Qarabağı və Şərqi Zəngəzuru azad etdi. 2023-cü ildə ordumuzun apardığı lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi tam bərpa olundu. 

Böyük Zəfərindən sonra da Azərbaycan sülhün, sabitliyin bərqərar olmasına çalışır. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasını ləngidən rəsmi İrəvanın ikili oyunlarıdır.

Təəssüf doğuran məsələlərdən biri də Ermənistanın Azərbaycana qarşı mina terrorunun hələ də ciddi bir problem olaraq qalmasıdır. Ermənistan rəhbərliyinin Qarabağda və Şərqi Zəngəzurda basdırdıqları minaların dəqiq xəritəsini verməməsi Azərbaycan vətəndaşlarının faciələrinə səbəb olur.

Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü münasibətilə "Envoy" jurnalına müsahibəsində bildirdi ki, Ermənistanın Azərbaycana təqdim etdiyi mina xəritələrinin dəqiqliyi 25 faiz idi: "Beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin 55 faizdən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib".

Ayxan Hacızadə qeyd edib ki, Ermənistanın xəritələri Azərbaycan ərazilərində təxminən 400 000 minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır. Xarici İşlər Nazirliyinin mətbuat katibi diqqətə çatdırıb ki, Ermənistanın mina təhlükəsinə münasibətdə bu cür davranışı regionda münaqişədən sonrakı dövrdə sülh və etimadın möhkəmləndirilməsi istiqamətində atılan tədbirlərə daha bir geri addımdır: "Bu baxımdan beynəlxalq ictimaiyyətin Ermənistandan gələn mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməsini son dərəcə vacib hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyirik. Məcburi köçkünlərin təhlükəsiz qayıdışını və zərər çəkmiş regionların bərpasını təmin etmək üçün Ermənistanın bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsi son dərəcə vacibdir".

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə bağlı təşkil olunmuş oyundan sonra jurnalistlərə açıqlamasında bildirdi ki, mina təhlükəsi qlobal problemdir: "2020-ci ildən bu günədək 191 555 hektar ərazi minadan təmizlənib. Bu təmizləmə əməliyyatları nəticəsində 36 mindən çox piyada əleyhinə, 21 mindən çox tank əleyhinə mina, 133 mindən çox partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib".

Azərbaycan minalardan ən çox əziyyət çəkən ölkələrdən biridir. Təəssüf ki, minadan zərər çəkən, həyatını və ya sağlamlığını itirən vətəndaşlarımızın sayı artmaqda davam edir.

Aprelin 6-da işğaldan azad edilmiş Ağdam rayonunun Qalayçılar kəndi ərazisində mina hadisəsi baş verdi. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN), Baş Prokurorluğun və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri birgə məlumat yayıb. Partlayışda bir ailənin üç üzvü - Qalayçılar kənd sakini Məmmədov Səbuhi Elman oğlu, onun 2012-ci il təvəllüdlü qızı və 2014-cü il təvəllüdlü oğlu xəsarət alıblar.

TƏBİB-dən açıqlandı ki, yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: "1983-cü il təvəllüdlü (kişi cinsli) şəxsə sağ aşıq baldır oynağının travmatik amputasiyası diaqnozu ilə əməliyyat təyin edilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. 2012-ci il təvəllüdlü şəxsə (qadın cinsli) hər iki aşağı ətraf və döş qəfəsinin qəlpə yaraları, 2014-cü il təvəllüdlü (kişi cinsli) şəxsə isə hər iki aşağı ətrafın və qarnın ön səthinin və sol yuxarı ətrafın qəlpə yaraları diaqnozları təyin edilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri stabildir".

Həmin gün işğaldan azad edilmiş daha bir ərazidə - Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində də mina hadisəsi baş verdi. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) bildirildi ki, agentliyin əməkdaşı 1991-ci il təvəllüdlü Xankişiyev Heydər Əli oğlu xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı olub. Hadisə nəticəsində sağ ayağın topuq nahiyyəsi amputasiya edilib. Xəsarət alan əməkdaş rayon xəstəxanasına yerləşdirilib.

Onu da qeyd edək ki, xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşən ANAMA-nın əməkdaşı şəhid oğludur. Onun atası polis baş çavuşu Əli Xankişiyev Birinci Qarabağ müharibəsində, 1991-ci ilin noyabrında Cəbrayıl rayonunun müdafiəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Aprelin 6-da Azərbaycanın Xarici İşlər Nazirliyi mina partlayışı ilə əlaqədar beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırdı. Bildirildi ki, bu gün növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. Diqqətə çatdırıldı ki, 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb.

Təəssüf ki, bunlar da son olmadı. Növbəti gün daha bir faciə baş verdi. Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Nicat oğlu Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak oldu.

Göründüyü kimi, Ermənistanın davam edən mina terroru Azərbaycan vətəndaşlarının həyatına son qoyur, sağlamlıqlarını itirilmələrinə səbəb olur. Ermənistan hökumətinin minaların dəqiq xəritəsini verməməsi həm də rəsmi İrəvanın regionda sabitliyin bərqərar olmasında maraqlı olmadığını göstərir.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!