04 Aprel 2025 09:25
278
SİYASƏT
A- A+
Almaniya prezidenti Ermənistanın törətdiyi təxribatlarla bağlı narahatlıq bildirməli idi

Almaniya prezidenti Ermənistanın törətdiyi təxribatlarla bağlı narahatlıq bildirməli idi


Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı hörmət əsasında, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında münasibətlər qurub. Almaniya ilə əlaqələrdə də bu prinsiplər üstünlük təşkil edir. Bütün dövlətlər kimi Azərbaycan üçün də ərazi büvütövlüyü və suverenliyə hörmətlə yanaşılması əsas prioritetdir. Bu məsələ Almaniya Prezidentinin ölkəmizə səfəri zamanı bir daha aktuallaşdı. Səfərdən öncə öz rəsmi sosial şəbəkədəki səhifəsində yol verdiyi siyasi səhvin cavabı ən yüksək səviyyədə verildi. 

Ümumiyyətlə, Almaniyanın Cənubi Qafqaz siyasətində müəyyən boşluqlar müşahidə olunur. Hər nə qədər Ştayenmayer Qarabağı Azərbaycanın tərkib hissəsində tanıdığını etiraf etsə də bu ölkənin Ermənistana yanaşması, atılan bəzi qərəzli addımlar təəssüf doğurur. Berlinin ən böyük səhvi işğalçı ilə işğala məruz qalan arasında fərq qoymamasıdır. Hələ ki, Almaniya Fransa kimi Ermənistana öldürücü silahlar ötürməsə də “balansı qorumaq” ritorikası da qəbuledilən deyil. Belə yanaşmalar Ermənistanı arxayınlaşdırır, sülh ətrafında manipulyasiyanı davam etdirməsinə zəmin yaradır. Almaniya tərəfi sərhədyanı bölgələrdə Ermənistanın törətdiyi təxribatlarla bağlı narahatlıq ifadə edə bilərdi, irəli sürülən şərtlərin yerinə yetirilməsini  tələb etməsə də tövsiyə edə bilərdi. Amma bunun əksinə olaraq, qondarma rejimin “bayrağı” virtual olaraq nümayiş olunur, alman telekanalında tarixi faktları təhrif edən film nümayiş etdirilir və s. Bu yanaşma heç bir halda ədalətə söykənmir.  

Cənab Prezident Almaniya başda olmaqla bəzi bəlli Qərb dairələrinə növbəti dəfə xəbərdarlıq etdi. Dövlət başçımız bəyan etdi ki, Ermənistanın baş nazirindən sülh göyərçini düzəltməyə ehtiyac yoxdur. İkinci Qarabağ savaşından sonra regionda ilk sülh təşəbbüsünün müəllifi Azərbaycandır. Bu gün Azərbaycanın irəli sürdüyü şərtlər yenilik deyil. Ermənistanın bu şərtləri yerinə yetirməsi üçün heç bir maneə yoxdur. ATƏT-in Minsk Qrupunun ləğvi, Ermənistanın Konstitusiyasında dəyişiklik labüddür. Bu, dayanıqlı sülhün təminatıdır.


Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb

11:22
14 Aprel

Təyyarə qəzasında həlak olan ekipaj heyəti və sərnişinlərin xatirəsi əbədiləşdirilib  

11:19
14 Aprel

DİN: Ötən iki gündə vətəndaşların bank kartlarından 41 min manat oğurlanıb

10:34
14 Aprel

Nobel mükafatı laureatı Mario Varqas Lyosa vəfat edib

10:33
14 Aprel

Prezident İlham Əliyev Beynəlxalq Əmək Təşkilatının Baş direktorunu qəbul edib YENİLƏNƏCƏK

10:16
14 Aprel

DSX: PUA ilə ölkə ərazisinə narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

09:36
14 Aprel

Xankəndidə “Heydər Əliyev və Suveren Azərbaycan” mövzusunda konfrans keçirilir  

09:34
14 Aprel

Zelenski Trampı Ukraynaya dəvət edib

09:32
14 Aprel

Gəncədə yəhudilərin Pesax bayramı qeyd olunub

22:11
13 Aprel

Azərbaycanın iki güləşçisi Avropa çempionu olub  

20:59
13 Aprel

Gimnaziada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıdıblar  

20:27
13 Aprel

Hulusi Akar: Kayseri ilə Şuşa şəhərləri arasında olan münasibətlər bizi qürurlandırır  

19:42
13 Aprel

Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib  

19:09
13 Aprel

Türkiyənin Kayseri şəhərinin nümayəndə heyəti Şuşaya səfər edib

18:59
13 Aprel

Şəhid polkovnik-leytenant Murad Mirzəyevin xatirəsi anılıb

18:47
13 Aprel

“Bizim həyət” layihəsi çərçivəsində yenilənmiş növbəti həyət sakinlərin istifadəsinə verilib  

18:32
13 Aprel

Xəbərdarlıq: Qarşıdakı günlərdə Azərbaycanın bəzi rayonlarında yağıntılar intensivləşəcək  

18:13
13 Aprel

Qəbələ-Xankəndi ultramarafonunun qalibi: Azərbaycandan gələn dəvəti məmnuniyyətlə qəbul etdim  

18:03
13 Aprel

Cavid Qurbanov: Ultramarafonun finiş nöqtəsi kimi Xankəndinin seçilməsi təsadüfi deyil  

17:39
13 Aprel

Fərid Qayıbov: Ultramarafonun yüksək səviyyədə təşkili bir daha doğru yolda olduğumuzu sübut edir  

17:16
13 Aprel

“Ekspo 2025”də Azərbaycan milli pavilyonunun açılışı olub 

16:21
13 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!