13 Aprel 2025 08:10
358
SİYASƏT
A- A+
Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaq istəklərini Ermənistan qəribçiliyə salmasın

Qərbi azərbaycanlıların doğma yurdlarına qayıtmaq istəklərini Ermənistan qəribçiliyə salmasın


Gec-tez biz bu ədaləti də bərpa edəcəyik 


Qərbi Azərbaycan İcması beynəlxalq hüquqa söykənən haqlı tələbləri ilə fəaliyyətə başladığı ilk gündən nəinki Azərbaycanda, dünyanın bir çox ölkəsində yaşayan qərbi azərbaycanlıların hüquqlarının müdafiəsi və onların sülh yolu ilə təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmaları üçün geniş iş aparır. İcmanın inkarolunmaz faktları özündə ehtiva edən müraciətlərinin BMT-nin rəsmi sənədi kimi yayılması ilə 190-dan çox ölkə bu məsələ barədə məlumatlandırılıb. 

Ötən il icma tərəfindən 120 bəyanat, mətbuat üçün 25 məlumat dərc olunub. İki dəfə UNESCO-ya müraciət ünvanlanıb. Müraciətdə UNESCO-dan Ermənistan ərazisinə faktaraşdırıcı missiya göndərilməsi istənilib. UNESCO məsələni nəzərdə saxlayacağını bildirsə də, Ermənistan tərəfi hələ də buna icazə vermir. Üstəlik icma tərəfindən Ermənistana edilən müraciətlər də cavabsız qalıb. Əksinə, erməni tərəfi diqqəti yayındırmaq, məsuliyyətdən qaçmaq üçün uydurma iddialar irəli sürür. Çox təəssüflər olsun ki, öz maraqları dairəsində Ermənistanın bu yalan və reallıqdan kənar uydurmalarını dəstəkləyənlər də var. 

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli Milli Məclisin iclasında bildirmişdir: "Dünyanın ABŞ, Rusiya və Fransa kimi nəhəng ölkələrinin və ən böyük beynəlxalq təşkilatların 30 il ərzində həll edə bilmədiyi bir problemi Azərbaycan öz gücü ilə 44 gündə həll edəndən sonra çoxlarının maskası yırtıldı və əsl siması ortaya çıxdı. Məlum oldu ki, həm Ermənistan, həm də Azərbaycan tərəfdən milyonlarla insanın əzab-əziyyəti, on minlərlə insanın ölümü, şikəstliyi ilə nəticələnən bu münaqişəyə səbəb olan da, 30 il ərzində onun bitməyini istəməyən də və bu gün bölgəni yenidən müharibə meydanına çevirməyə çalışan da elə həmin dövlətlər, həmin təşkilatlar və onların yerlərdəki əlaltılarıdır.

ABŞ-nin, Qərbin imperialist təfəkkürlü ölkələri, siyasətçiləri və təşkilatları bu 30 ildə Azərbaycan torpaqları Ermənistan tərəfindən işğal edilməmiş kimi, Azərbaycanın bir milyon insanı yurd-yuvasından qovulmamış kimi, işğal altında olan yüzlərlə kənd və şəhərimiz ermənilər tərəfindən yer üzündən silinməmiş kimi, minlərlə tarixi-mədəni abidəmiz ermənilər tərəfindən məhv edilməmiş kimi, utanmadan, qızarmadan Azərbaycanı ittiham etməyə, Ermənistanı sülh göyərçini kimi göstərməyə çalışırlar".

Ə.Ələkbərli daha sonra rəsmi İrəvana mesajını da çatdırmışdır: "Ermənistanı öz imperialist maraqlarına alət edənlər, erməni xalqını bu yolda zəlil, erməni zehniyyətini əlil edənlər birdəfəlik anlamalıdırlar ki, Şərqi Avropada və Yaxın Şərqdə oynadıqları oyunlara Azərbaycan xalqının və Azərbaycan dövlətinin qarnı toxdur. Biz 30 ildə kimin kim olduğunu gördük. Bu günlərdə mədəni və dini irsin vəziyyəti ilə bağlı Azərbaycana hansısa beynəlxalq müşahidəçilər göndərilməsi tələbini irəli sürən ABŞ-nin Dini Azadlıq Komissiyasına xatırlatmaq istərdik ki, belə bir missiyanı öz dini tolerantlığı ilə dünyaya örnək olan Azərbaycana deyil, etnik və dini mənsubiyyətinə - azərbaycanlı və müsəlman olduğuna görə Qərbi Azərbaycandakı ata-baba yurdlarından sonuncu nəfərinə qədər qovulub çıxarılan indiki Ermənistana göndərmək lazımdır. Və "Dini Azadlıq" pərdəsi arxasında gizlənmiş bu qurum yaxşı olar ki, hesabat verəndə son 35 il ərzində indiki Ermənistanda dağıdılmış 300-ə yaxın müsəlman məscidi, 500-dən artıq müsəlman qəbiristanlığı barədə də hesabat versin".

Ölkəmizdə rəsmi dairələrdə, ictimaiyyətlə görüşlərində, eləcə də xarici səfərləri zamanı mötəbər məclislərdə çıxışlarında Qərbi Azərbaycan İcmasının beynəlxalq müstəvidə fəaliyyətinin vacibliyini vurğulayan Prezident İlham Əliyev deyib ki, biz Qarabağ həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdığımız kimi, bu həqiqətləri də çatdırmalıyıq: "Faktiki olaraq biz 1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. İnformasiya müharibəsi və İkinci Qarabağ müharibəsi onu göstərdi ki, bu, az əhəmiyyət kəsb etmir. Ona görə burada da icmanın xaricdəki fəaliyyəti xüsusi önəm daşımalıdır. Sərgilər, təqdimatlar, beynəlxalq konfranslar keçirilməlidir. Azərbaycan diaspor təşkilatları ilə birlikdə aksiyalar keçirilməlidir. Xarici ölkələrin siyasi dairələri, mətbuat və qanunvericilik orqanları ilə təmaslar qurulmalıdır. Yəni biz haqlı olaraq öz hüququmuzu tələb etməliyik. Bu, bütün beynəlxalq konvensiyalarda təsbit edilmiş hüquqdur".

Azərbaycan Prezidentinin bu istiqamətdə tapşırıq və tövsiyələrini özlərinin proqram sənədi kimi qəbul edən icma rəhbərliyi və üzvləri fəaliyyət dairələrini və əlaqələrini daha da genişləndirir, ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış qərbi azərbaycanlılarla əlaqələr qurur, şəhər, rayon, qəsəbə və kəndlərdə, eləcə də xarici ölkələrdə ofisini yaradır, nümayəndəlik təşkil edir, görüşlər keçirir. Qərbi Azərbaycan İcması Ağsaqqallar Şurasının sədr müavini, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski deyir ki, Qərbi Azərbaycana Qayıdış Konsepsiyası icmamızın fəaliyyətinin çərçivə sənədidir və bu sənəddə bizim qayıdış uğrunda mübarizəmizin və qayıdışımızın bütün detalları dünya ictimaiyyətinə açıqlanıb: "Xatırladım ki, icmanın Nizamnaməsində respublikamızın bölgələrində olduğu kimi, xarici ölkələrdə də ofis və nümayəndəliyin yaradılması, bu istiqamətdə mütəmadi olaraq tədbirlər və görüşlər keçirilməsi öz əksini tapıb. Qayıdış Konsepsiyasının tələbləri çərçivəsində beynəlxalq əlaqələrin qurulması da icma üçün son dərəcə vacibdir. Ona görə ki, bizim qayıdışımız ilk növbədə beynəlxalq hüquqa əsaslanır. Problemi beynəlxalq hüququn predmetinə çevirmək üçün isə əlimizdə kifayət qədər hüquqi əsas olmalıdır və bu əsas Qərbi Azərbaycan həqiqətləridir. Deməli, Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq müstəviyə daşınması bizim üçün prioritet məsələdir. Bu isə aydındır ki, beynəlxalq əlaqələrin qurulmasını tələb edir. Elə Qərbi Azərbaycan İcmasının, qeyd etdiyimiz kimi, Nizamnaməsində də xarici ölkələrdə nümayəndəliklərimizin yaradılması məsələsi özünə yer alıb. Başqa istiqamətlərdə olduğu kimi, bu istiqamətdə də icmamız ilk gündən fəaliyyət coğrafiyasını genişləndirməyə çalışır. Artıq bir sıra ölkələrdə nümayəndəliklərimiz və ofislərimiz açılıb. İcmanın artıq Fransa və Niderlandda nümayəndəlikləri fəaliyyət göstərir. Qonşu və qardaş ölkə Türkiyədə bu gün çoxlu sayda qərbi azərbaycanlı yaşayır. İcmanın ideya xəttini və fəaliyyətini dəstəkləyən Türkiyənin İzmir şəhərində Qərbi Azərbaycan İcmasının Türkiyə ofisinin açılışı olub. Ötən ilin oktyabrında "Özbəkistanda yaşayan qərbi azərbaycanlılar" İctimai Birliyi fəaliyyətə başlayıb. Birliyə əslən Qərbi Azərbaycanın Basarkeçər rayonunun Bala Məzrə kəndindən olan İlham Abdullayev rəhbərlik edir. Özbəkistanda yaşayan, əslən Qərbi Azərbaycandan olan Vidadi Qurbanov, İlham Abdullayev, Qalib Müslümov və digərləri Prezident İlham Əliyevin Qərbi Azərbaycan siyasətini tam dəstəkləyirlər, onların dünyanın harasında yaşamasından asılı olmayaraq, öz ata-baba torpaqlarına qayıtmaq amalı ətrafında sıx birləşmələrinin vacibliyini yüksək dəyərləndirirlər. Onu da bildirim ki,  ildə bir dəfə Azərbaycanda keçirilən beynəlxalq konfransda bizim xarici ölkələrdəki ofis və nümayəndəliklərimizlə yanaşı, çoxlu sayda əcnəbi mütəxəssis, hüquqşünas, ekspert, siyasət adamları iştirak və çıxış edirlər. Hər il müxtəlif xarici ölkələrdə neçə-neçə konfrans və sərgi keçirilir. Tədbirlərimizə xarici ölkələrin Azərbaycandakı diplomatik korpusu dəvət olunur. Elə təkcə bu il icmamızın xətti ilə üç böyük beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulub. Yeri gəlmişkən, son iki ildə icmamızın 9 sənədi BMT-nin rəsmi sənədi kimi yayılıb. Təəccüb doğuran odur ki, qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıdışını bütün dünyanın tərəqqipərvər insanları, tanınmış insan hüquqları təşkilatları dəstəkləsə də, Ermənistan bunu həzm edə bilmir, sülhü, ədaləti və deyilənləri qəbul etməkdən yana, üzünü gah sağa, gah sola tutur. Nəzərə alsaq ki, icmamız fəaliyyətinin ilkin mərhələsindədir, demək, görüləcək işlər hələ çoxdur və qarşı tərəf yeni-yeni sürprizlərə hazır olmalıdır".


 Rəhman SALMANLI, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Əhalinin sosial güvənliyinin təminatı prioritet istiqamət olaraq qalır

09:00
26 Aprel

Çin Azərbaycanın "yaşıl" partnyoruna çevrilir

08:55
26 Aprel

Soyqırımına ermənilər yox, azərbaycanlılar məruz qalıblar

08:50
26 Aprel

Əsl erməni xisləti

08:45
26 Aprel

Kanada ikiüzlü siyasəti ilə sülhə qarşı çıxır

08:40
26 Aprel

Qərbi Azərbaycan: tarix saxtakarlıq götürmür

08:35
26 Aprel

"Həmkardan həmkara qayğı ilə" sosial layihəsi Şabran rayonunda davam etdirilib

08:30
26 Aprel

Unudulmaz müəllimim - Mir Cəlal Paşayev

08:25
26 Aprel

Əqli mülkiyyət hamı üçündür

08:20
26 Aprel

"Sahibkarlar günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransın iştirakçılarının müraciəti

08:15
26 Aprel

Milli təəssübkeşlik, Vətən və xalq sevgisi

08:10
26 Aprel

İkitərəfli əlaqələr yeni müstəviyə keçir

08:05
26 Aprel

Milli maraqları qətiyyətlə təmin edən müstəqil siyasət

08:00
26 Aprel

Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında

01:15
26 Aprel

Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında" Əsasnamədə dəyişiklik edilməsi barədə

01:14
26 Aprel

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasının (WUF13) milli koordinatorunun təyin edilməsi haqqında

01:13
26 Aprel

Müstəqil Dövlətlər Birliyinin Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şurasında Azərbaycan Respublikasının səlahiyyətli qurumunun müəyyən edilməsi haqqında

01:12
26 Aprel

"Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:11
26 Aprel

"Nəqliyyat haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 1 aprel tarixli 162-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında

01:08
26 Aprel

“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə

01:05
26 Aprel

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci maddəsində nəzərdə tutulan Azərbaycan Respublikasının dövlət orqanlarının aidiyyəti sahələr üzrə diplomatik nümayəndəliklərə və konsulluqlara, beynəlxalq təşkilatlara, diplomatik nümayəndəliklərin tabeliyində yaradılan təşkilatlara təyin etdikləri, diplomatik nümayəndəliklərin və konsulluqların mövcud olmadığı dövlətlərdə isə ayrıca fəaliyyət göstərən xarici dövlətlərdəki nümayəndələrinə və onların (aparatlarının) işçilərinə təminat və kompensasiyaların verilməsi Qaydaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

01:03
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!