26 Aprel 2025 08:00
2014
SİYASƏT
A- A+
Milli maraqları qətiyyətlə təmin edən müstəqil siyasət

Milli maraqları qətiyyətlə təmin edən müstəqil siyasət


Bunun nəticəsidir ki, Azərbaycan nüfuzlu və ehtiram göstərilən dövlətlər sırasındadır


Dövlətin beynəlxalq münasibətlər sistemindəki yerini, rolunu və nüfuzunu şərtləndirən əsas amillərdən biri onun həyata keçirdiyi siyasi kursun məzmunudur. Bu kurs müstəqil olanda, dövlətin milli mənafelərini təmin edəndə, xarici direktivlər əsasında formalaşmayanda qlobal səviyyədə də ehtiramla qarşılanır. Başqalarının  kölgəsində və yedəyində sürünənlərin isə heç bir yerdə hörməti olmur. 


İlham ƏLİYEV:  "Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik və getməyəcəyik"


Olduqca qürurvericidir ki, Azərbaycan dünyada özünün yolu, qətiyyətli və müstəqil siyasəti, istənilən regional və qlobal məsələ ilə bağlı öz mövqeyi olan dövlət kimi tanınır.  Bu barədə çoxsaylı misallar çəkmək olar. Hələ illər öncə Azərbaycanın Xəzərdən hasil etdiyi nefti alternativ marşrutla dünya bazarlarına çıxarması müstəqil enerji siyasətinin təcəssümü idi. Bu siyasətin başqa bir göstəricisi 2020-ci ilin sonundan başlayaraq Azərbaycanın təbii qazının birbaşa Avropa bazarlarına çatdırılmasıdır. Eləcə də Azərbaycanın nəqliyyat  dəhlizləri ilə bağlı rəqabətdə qazandığı uğurlar da ölkəmizin qətiyyətli siyasətinin təzahürüdür.

Azərbaycanın 2020-ci ilin Vətən müharibəsində torpaqlarını işğaldan azad etməsi, 2023-cü ildə Qarabağda erməni separatizminə son qoyması da Azərbaycanın yürütdüyü müstəqil və qətiyyətli siyasətinin nəticəsidir. Bu siyasət yalnız işğala son qoymadı. Bu siyasət həm də Fransanın və Qərbin digər siyasi mərkəzlərinin bütün təhdid və təzyiqlərini qətiyyətlə dəf etdi, onların planlarını iflasa uğratdı. Torpaqlarımızın işğaldan azad edilməsi isə müasir müstəqillik tariximizin ən böyük, ən əlamətdar hadisəsi olmaqla yanaşı, Azərbaycanın regionda və dünyada nüfuzunu daha da yüksəltdi, mövqelərini möhkəmləndirdi. 

Prezident İlham Əliyevin bildirdiyi kimi, Azərbaycan müstəqil və ləyaqətli siyasət yürüdür: "Bizim siyasətimiz güzəştsiz siyasətdir. Biz prinsipial məsələlərlə bağlı heç kimə güzəştə getməmişik və getməyəcəyik. Müstəqil, ləyaqətli siyasət aparırıq, öz gücümüzə, xalqın dəstəyinə güvənirik. Xalq da bizim siyasətimizə öz dəstəyini göstərir".

Müstəqil siyasət həm də dövlətə rəhbərlik edən şəxsin  siyasi nüfuzunu müəyyən edən meyarlardan biridir. Təsadüfi deyil ki, Azərbaycan Prezidenti İlham Əliyev dünyanın nüfuzlu dövlət başçıları ilə bir cərgədə dayanan liderdir. Dövlətimizin başçısının qlobal və regional məsələlərə dair mövqeyi, problemlərin həlli ilə bağlı yanaşmaları hər zaman diqqət mərkəzindədir. Bu da onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət dövlətimizin və xalqımızın milli maraqlarını layiqincə təmin edərək dünya çapında da böyük ehtiramla izlənilir. Əlamətdar hadisələrlə bağlı Prezident İlham Əliyevə ünvanlanan məktubların məzmunu da dövlətimizin başçısına olan yüksək ehtiramın göstəricisidir. 


Mükəmməl xarici siyasət kursunun təntənəsi


Xarici siyasətdə də müstəqilliyin təmin olunması ölkənin beynəlxalq münasibətlərdəki yerinin və rolunun qiymətləndirilməsində əsas meyarlardan biridir. Böyük məmnunluqla qeyd etməliyik ki, Azərbaycanın xarici siyasət kursu respublikamızın  milli prioritetlərini layiqincə təmin edir. Azərbaycan dünyanın hər bir siyasi qütbü ilə yüksək əlaqələrə malikdir.  Avropa İttifaqına üzv dövlətlərin üçdəbiri ilə Azərbaycan arasında strateji tərəfdaşlığa dair sənədlər imzalanıb.

Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına etdiyi dövlət səfəri də respublikamızın yürütdüyü mükəmməl xarici siyasət kursunun və beynəlxalq münasibətlər sistemindəki güclü mövqelərinin nümayişi oldu. Prezident İlham Əliyev bundan əvvəl də Çinə dövlət, rəsmi və işgüzar səfərlər etmişdir. Öncə onu qeyd edək ki, dövlət səfəri  ölkə rəhbərlərinin səfərləri sırasında birinci yerdə dayanır. Belə ki, dövlət səfəri məzmununa görə ölkələr arasındakı əlaqələrin ən yüksək həddini ifadə edir. Bu mənada Çin Xalq Respublikası Sədri Si Cinpinin dəvəti ilə reallaşan bu ali səfər Prezident İlham Əliyevə və Azərbaycana olan yüksək ehtiramdan xəbər verir.

Qeyd edək ki, Azərbaycan-Çin münasibətləri dostluğa, qarşılıqlı etimada və çoxşaxəli tərəfdaşlığa əsaslanmaqla, yüksək inkişaf dinamikası ilə seçilir. Hər iki dövlət həmişə bir-birinin milli maraqlarına qarşılıqlı dəstək nümayiş etdiriblər. Belə ki, Azərbaycan Çinin "Vahid Çin" siyasətini hər zaman dəstəkləyib. Çin isə Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığına daim dəstək nümayiş etdirib. Çin tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsü isə ikitərəfli münasibətlərin genişləndirilməsinə və dərinləşməsinə yeni imkanlar yaradıb və Azərbaycan bu məsələdə Çinin əsas tərəfdaşlarından biridir.

Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri iki dövlət arasındakı siyasi-iqtisadi gündəliyi daha da zənginləşdirdi. Çin Xalq Respublikasının Sədri Si Cinpinin Prezident İlham Əliyevlə görüşdə səsləndirdiyi fikirlər bir daha iki dövlət və onların rəhbərləri arasındakı dostluğu nümayiş etdirdi.

Bu səfər zamanı imzalanan sənədlər iki dövlət arasındakı əlaqələrin hüquqi bazasını daha da gücləndirdi. "Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat" isə Azərbaycanla dünyanın supergüclərindən biri olan Çinin strateji tərəfdaşlığını yeni mərhələyə yüksəltdi.

Bütövlükdə bu səfər Azərbaycanın mükəmməl xarici siyasət kursunun Prezident İlham Əliyevin və müdrik diplomatiyasının təntənəsinə çevrildi. Bir daha təsdiq olundu ki, Azərbaycan beynəlxalq münasibətlərdə ən yüksək ehtiram göstərilən dövlətlərdəndir. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Qabiliyyət imtahanlarına qeydiyyat başlanır

11:30
20 May

Dünya birjalarında neft qiymətləri müxtəlif istiqamətlərdə dəyişib  

11:02
20 May

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:56
20 May

“Azeri Light” markalı neft bahalaşıb

10:55
20 May

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb  

10:54
20 May

Çaylarda müşahidə olunan faktiki vəziyyət açıqlanıb

10:54
20 May

Korrupsiyaya qarşı mübarizədə əməkdaşlıq ən güclü vasitədir

10:33
20 May

Baş prokuror: Azərbaycanda korrupsiyaya qarşı mübarizə kompleks yanaşma əsasında aparılır  

10:30
20 May

Azərbaycan-Macarıstan strateji əməkdaşlığının regional perspektivləri TƏHLİL 

09:49
20 May

Keçmiş məcburi köçkün: Ağdamı yenidən əvvəlkindən daha gözəl vəziyyətə gətirəcəyik  

09:48
20 May

Ağdam sakini: Arzu edirəm ki, bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsın  

09:47
20 May

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb  

09:45
20 May

Azərbaycan və Türkiyə Şimali Qafqaz investisiya layihələrinə maraq göstərir

09:44
20 May

Putin Tramp ilə danışıqları məzmunlu və faydalı adlandırıb

09:42
20 May

Zelenski: Ukrayna Rusiyanın istədiyi kimi qoşunlarını öz ərazisindən çıxarmayacaq  

09:41
20 May

Bir tərəfdən də aclıq...

09:20
20 May

Elektron siqaretin zərəri daha çoxdur

09:15
20 May

Əbədiyyət yolçusu

09:10
20 May

MƏN TORPAĞAM

09:07
20 May

Neftçalada maarifləndirici tədbir təşkil olunmuşdur

09:05
20 May

Ürəyini sənətə, övladını Vətənə qurban verib

09:00
20 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!