26 Aprel 2025 08:45
613
SİYASƏT
A- A+
Əsl erməni xisləti

Əsl erməni xisləti


İrəvanda bayrağımızın yandırılması daxildə kök salmış düşmənçiliyin təzahürüdür


"Ermənistanda Azərbaycan bayrağının yandırılması bütövlükdə ölkədə hökm sürən siyasi, ictimai ideoloji atmosferin təzahürüdür. Hadisə simvolik olaraq bir millətin, dövlətin, xalqın şəxsiyyətinə qarşı yönəlmiş hücumdur. Əlbəttə ki, heç bir halda ifadə azadlığı qiymətləndirilməməlidir".

Bu fikirləri "Azərbaycan" qəzetinə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev deyib. O bildirib ki, bu kimi hadisələr, eyni zamanda, sülh prosesinə qarşı açıq və qəsdən törədilmiş təxribat aktı olmaqla yanaşı, ümumilikdə, regionda formalaşmağa başlayan yeni təhlükəsizlik arxitekturasına qarşı da yönəlmiş sabotaj cəhdi kimi qəbul edilməlidir. Azərbaycan və Türkiyə bayraqlarının yandırılması Ermənistanın daxilində, xüsusilə də siyasi və ictimai çevrələrdə kök salmış düşmənçilik atmosferini və revanşist əhvali-ruhiyyəni bir daha üzə çıxardı. "Eyni zamanda Azərbaycan xalqına, ümumiyyətlə, türk millətinə qarşı köklü düşmənçiliyin nə qədər dərinə getdiyini əyani şəkildə nümayiş etdirdi. Təbii ki, bu, Ermənistan cəmiyyətinin hələ də sülhə hazır olmadığını və regionda dinc birgə yaşayış ideyasından kənarda dayandığını göstərir. Fikrimcə, bir cəmiyyətdə sülhə çağırış əvəzinə təhqir, aqressiya və rəmzi zorakılıq normal qarşılanırsa, deməli, orada sülh mədəniyyəti hələ də formalaşmayıb. Ermənistanda faktiki olaraq bu, belədir. Digər tərəfdən, bu hadisə Ermənistan daxilində fəaliyyət göstərən radikal qüvvələrin sülh prosesinə məqsədyönlü şəkildə zərbə vurmaq cəhdlərinin tərkib hissəsi kimi də qiymətləndirilməlidir. Çünki radikal qüvvələr bu hadisələrdən istifadə edirlər. Onlar uzun illərdir Ermənistan xalqı arasında revanşist düşüncələrini təbliğ edirlər. İndi də Azərbaycanla hər hansı sülh razılaşmasını "xəyanət" kimi əhaliyə tirajlayırlar. Əslində, onların məqsədi Ermənistanın regionda sabitlik və əməkdaşlıq platformasına çevrilməsinə imkan verməməkdir. Ölkəni davamlı olaraq qeyri-sabitlik içində saxlamaq, bu yolla həm daxili siyasi təsir güclərini qorumaq, həm də bəzi xarici dairələrin dəstəyini itirməməkdir", - deyə ekspert əlavə edib.

F.Abdullayev vurğulayıb ki,  baş vermiş hadisə Ermənistanda sülh gündəliyinə münasibətdə hakimiyyətlə ictimaiyyət arasında mövcud yanaşmanın nə qədər fərqli olduğunu göstərir. Ermənistan hakimiyyət nümayəndələrinin beynəlxalq platformalarda manipulyasiya məqsədilə mütəmadi olaraq sülhə hazır olduqlarına dair səsləndirdikləri bəyanatlarının ritorikadan başqa bir şey olmadığını bütün dünya görür. Azərbaycan rəsmiləri Ermənistan hakimiyyətinə əhalisini sülhə hazırlamaqla bağlı  dəfələrlə  çağırışlar edib. 

Ekspert qeyd edib ki, bütün bunlar  Ermənistanda yalnız siyasi elitanın deyil, eyni zamanda cəmiyyətin bir hissəsinin real sülh prosesinə hazır olmadığını deməyə əsas verir: "Revanşizm, nifrət hələ də ermənilərin ictimai şüurunda dominant mövqedədir. Bu isə sülh danışıqlarının yalnız texniki bir prosesə deyil, həm də dərin ictimai transformasiyaya ehtiyac duyan mürəkkəb bir çağırış olduğunu deməyə əsas verir. Çünki Ermənistan cəmiyyəti daxilində bu cür radikal yanaşmanın populyarlaşması, nifrətin açıq ifadəsi, həmçinin son vaxtlar şərti sərhəddə törədilən təxribatlar gələcəkdə dinc birgəyaşayışa maneə yaradır. Bir ölkənin ictimai rəyində sülh deyil, düşmənçilik dominantdırsa, əlbəttə ki, orada sülh müqaviləsi formal sənəddən o yana keçə bilməz. Azərbaycan sazişi formal şəkildə imzalamaq istəmir. Regionun sabitliyi və rifahı qarşılıqlı hörmət və sülh əsasında mümkündür. Bu isə təkcə dövlətlər arasında danışıqlarla deyil, eyni zamanda cəmiyyətlərin davranışı, ictimai  rəyin formalaşması və qarşı tərəfə münasibətlə müəyyən olunmalıdır. Fikrimcə, Ermənistanın ictimaiyyəti və siyasi dairələri anlamalıdırlar ki, XXI əsrdə regionun təhlükəsizliyi nifrətlə və ya revanşist ambisiyalarla qurula  bilməz".

Siyasi şərhçi bildirib ki, cəmiyyətin sülhə hazırlanmasına yalnız beynəlxalq danışıqlarla deyil, siyasi iradə, təhsil, media və ictimai resursların iş birliyi ilə nail olmaq lazımdır. O düşünür ki, əgər Ermənistan hakimiyyəti real, davamlı sülh istəyirsə, ilk növbədə, öz daxilində nifrət ritorikasına son qoymalı, məsələyə hüquqi qiymət verməli və təbliğat vasitəsilə cəmiyyətində tolerantlıq və qarşılıqlı hörmət prinsiplərini təşviq etməlidir. Ermənistanda gənc nəsildə barışa deyil, kin və intiqam hissinə zəmin yaradılır. Azərbaycan xalqı və dövləti bu kimi təxribatlara qarşı ayıqdır. Sülhün yalnız bərabərlik, qarşılıqlı hörmət və əməkdaşlıq şəraitində mümkün olduğunu hər zaman bəyan edir.


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında

00:42
13 Mart

"Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında

00:40
13 Mart

DLƏR “Azərbaycan Respublikası Мüdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2025-ci il 25 aprel tarixli 138 nömrəli Qərarında dəyişiklik edilməsi barədə 

00:38
13 Mart

“İnzibati cərimələrin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında

00:37
13 Mart

“Ozon qatını dağıdan maddələr üzrə Monreal Protokolu” ilə müəyyən olunmuş tənzimlənən ozondağıdıcı maddələrin siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 12 sentyabr tarixli 203 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

00:36
13 Mart

“Bələdiyyələrin vahid informasiya sisteminə ötürüləcək və həmin sistemdən əldə ediləcək məlumatların dairəsi”nin təsdiq edilməsi haqqında

00:33
13 Mart

“Azərbaycan Respublikasının kişi cinsli vətəndaşlarının ilkin hərbi qeydiyyata alınması Qaydası”nın təsdiq edilməsi haqqında

00:32
13 Mart

Beynəlxalq Kanoe federasiyalarının prezidentləri Sərsəng su anbarının potensial imkanlarını dəyərləndiriblər  

23:50
12 Mart

İsveçrəli nazir: İrandan atılan dron hücumu ilə bağlı Azərbaycanla həmrəyik

23:18
12 Mart

Ağdam sakini Xocavənddə minaya düşərək həlak olub – BİRGƏ MƏLUMAT  

22:32
12 Mart

Vayra Vike-Freyberqa: Qlobal Bakı Forumu beynəlxalq əməkdaşlığın daha da artması üçün imkanlar yaradır  

22:12
12 Mart

İrandan təxliyə davam edir: Bir neçə ölkə vətəndaşı Azərbaycan ərazisinə daxil olub  

21:29
12 Mart

Türkiyə Prezidenti BMT Baş katibinə Atatürk Beynəlxalq Sülh Mükafatını təqdim edib  

20:47
12 Mart

Rusiyanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib - YENİLƏNİB  

20:38
12 Mart

Türkiyə Prezidenti Ankarada BMT-nin Baş katibini qəbul edib

20:28
12 Mart

Ceyhun Cəlilov: Daxili Qoşunların şəxsi heyəti ölkəmizin sabitliyi və vətəndaşların təhlükəsizliyi naminə əzmkarlıq nümayiş etdirir  

20:24
12 Mart

Sabiq Prezident: Əminəm ki, Bakıda mühüm mesajlar veriləcək  

20:14
12 Mart

XIII Qlobal Bakı Forumunda BMT sistemində islahat və qlobal əməkdaşlıq mövzusu diqqət mərkəzində saxlanılıb 

19:49
12 Mart

Hakan Fidan: Ankara İranda vətəndaş müharibəsinin əleyhinədir  

19:28
12 Mart

ITU rəsmisi: BMT sistemində süni intellekt və qlobal əməkdaşlıq üçün vahid yanaşma vacibdir  

19:14
12 Mart

Pedro Manuel Moreno: BMT-nin əsas məqsədi təşkilatı müasir qlobal çağırışlara uyğunlaşdırmaqdır  

19:04
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!