26 Aprel 2025 08:50
470
SİYASƏT
A- A+
Soyqırımına ermənilər yox, azərbaycanlılar məruz qalıblar

Soyqırımına ermənilər yox, azərbaycanlılar məruz qalıblar


Revanşistlər nə tarixi həqiqətlər sorağındadır, nə də sülh istəyirlər


Ermənistanın paytaxtı İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı təşkil olunan yürüşdə növbəti dəfə təxribat törədildi. Yürüş iştirakçıları Türkiyə və Azərbaycan bayraqlarını yandırdılar. Bununla da ürəkləri soyumadı. Nifrət dolu şüarlar səsləndirdilər.  Sonra da əllərində məşəllərlə yürüşə başladılar.

"Məşəl yürüşü"nü  bu il "imtina etmə" şüarı altında keçirirlər. Əslində isə, təxribatçı ermənilər "imtina etmə" söyləməkdənsə, özlərinə "yalanlardan əl çək, həqiqətləri etiraf et" deməlidirlər. Çünki tarixdən danışırlarsa, o zaman faktları ört-basdır etməyə çalışmamalıdırlar. Yüz on il qabaq keçmiş Osmanlı imperiyasında ermənilərin kütləvi şəkildə öldürüldüyünü iddia edirlərsə, arxivləri araşdırsınlar, tarixi sənədləri oxusunlar və etiraf etsinlər ki, heç zaman, heç bir ölkənin ərazisində ermənilərə qarşı soyqırımı həyata keçirilməyib.

Yurdları olmayan, özgə torpaqlarında məskən salmaq, binələnmək niyyəti onların babalarını bizim ərazilərimizə gətirib. Elə həmişə də xislətində məkr, riyakarlıq, qəddarlıq olan, dondan-dona girməyi yaxşı bacaran ermənilər sonralar öz uydurmalarına, boş xülyalara o qədər aludə olublar ki, "böyük Ermənistan" yalanını ortaya atıblar. Hər fitnəyə əl atıblar. Uydurmalarına tərəfdarlar tapmaq üçün min oyundan çıxıblar. Məqsədlərinə, planlarına görə, dövrün ab-havasına baxıb Azərbaycan xalqı ilə gah mehriban dost, gah rəhimsiz, əzazil düşmən olublar. Təxribatlar törədərək aranı qızışdırıblar, torpaqlarına sığındıqları yerli sakinlərin cəlladına çevriliblər. Silahlı hücuma keçiblər, soydaşlarımızı işgəncələr verməklə vəhşicəsinə qətlə yetiriblər, soyqırımları həyata keçiriblər.

Yüz on il qabaq baş verənlərə gəlincə də, "tarixi araşdırın, arxiv materiallarını, sənədləri, şahid ifadələrini oxuyun, əslində, kimlərin qətliama, soyqırımına məruz qaldığını, kimlərin qəddar cinayətkar, amansız qatil olduğunu görün və etiraf edin", - deyirik.  

Qardaş Türkiyə də hər zaman tarixin olduğu kimi təqdim edilməsi mövqeyindən çıxış edir. "1915-ci il hadisələri ilə bağlı tarixi faktlara və beynəlxalq hüquqa zidd olan hər hansı bəyanatı tamamilə rədd edirik. Keçmişin acılarını siyasi səbəblərdən istifadə etmək cəhdlərinin heç bir əsası yoxdur" - Türkiyə XİN-nin bu günlərdə yaydığı bəyanatda bildirilib. Türkiyə qlobal səviyyədə və öz bölgəsində hər zaman sülh, dialoq, qarşılıqlı anlaşma və ortaq rifahın inkişafının tərəfdarı olduğunu vurğulayıb. Bəyanatda bildirilib: "Ölkəmiz bu anlayışla arxivlərini açmış, 1915-ci il hadisələrini ədalətli və elmi şəkildə araşdırmaq üçün Birgə Tarix Komissiyasının yaradılmasını təklif etmişdir. Sizə xatırladırıq ki, radikal dairələrin tarixdən düşmənçilik yaratmaq cəhdlərinə təşviq edilməməlidir və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma prosesinə dəstək çağırışımızı təkrar edirik".

Lakin Ermənistanın paytaxtında törədilən son təxribat - Türkiyə və Azərbaycan bayraqlarının yandırılması bir daha göstərdi ki, revanşistlər nə tarixi həqiqətlər sorağındadırlar, nə də sülh istəyirlər.

Azərbaycan və Türkiyə bayraqlarının yandırılması erməni barbarlığının, vandalizminin bariz nümunəsidir.

Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda qondarma "erməni soyqırımı" qurbanlarının xatirəsinə həsr olunmuş "məşəl yürüşü"ndə Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını pislədi. Baş nazirin mətbuat katibi Nazeli Bağdasaryan Nikol Paşinyanın bunu təxribat adlandırdığını bildirdi: "Baş nazir Paşinyan belə praktikanı pisləyir, bunu məsuliyyətsiz və qəbuledilməz hesab edir. Beynəlxalq səviyyədə tanınmış dövlətin, xüsusən də qonşu dövlətlərin bayraqlarının yandırılmasına dövlət başçısı başqa cür baxa bilməz. Bu, təxribat və qızışdırıcı praktikadır".

Ermənistanın baş nazirinin də məsuliyyətsiz və qəbuledilməz hesab etdiyi, təxribat adlandırdığı bu hadisə Ermənistanın paytaxtında reallaşıb. Baş verənlər göstərir ki, Nikol Paşinyan yenə revanşistlərə meydan verir. Belə olmasaydı, erməni vandallarına başqa ölkənin dövlət atributlarına hörmətlə yanaşılmalı olduqları hüquq çərçivəsində izah edilər, cinayət əməllərinə görə məsuliyyətə cəlb olunaraq qanun qarşısında cavab verərlər.

Azərbaycan dövləti və xalqı sülh məramına sadiqdir. Dövlətimizin başçısı İlham Əliyevin bəyan etdiyi kimi, Ermənistan ilə Azərbaycan arasında sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan tərəfi olub. Belə ki, sülh gündəliyinin əsasını təşkil edən fundamental prinsiplər Azərbaycan tərəfindən formalaşdırılıb və təqdim olunub. Azərbaycan tərəfi həmçinin bunun əsasında sülh müqaviləsinin mətnini hazırlayıb. Dövlətimiz sülh sazişinin imzalanması istiqamətində ardıcıl və qətiyyətli addımlar atır.

XX əsrin ayrı-ayrı illərində erməni vandallarının soyqırımına məruz qalan Azərbaycan xalqıdır. Erməni cəlladlarının 1990-cı illərdə Azərbaycanın  Xocalı, Ağdaban, Meşəli, Qaradağlı, Başlıbel və daha neçə-neçə ərazisində törətdikləri qətliamların, soyqırımların şahidləri bu gün də aramızdadır. Həmin dəhşətli cinayətləri həyata keçirənlərin bəziləri bu gün qanun qarşısında cavab verir, cinayətkar olduqlarını məhkəmə prosesində özləri də etiraf edirlər. Şahidlərin ifadələri də bunu təsdiqləyir. Xatırladaq ki, Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərləri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilirlər. Azərbaycan xalqına qarşı dəhşətli  cinayətlər törətmiş şəxslərin məsuliyyətə cəlb olunmaları, qanun qarşısında cavab vermələri beynəlxalq hüquq çərçivəsindədir.

Vətən müharibəsində Qarabağ və Şərqi Zəngəzur ərazilərini Ermənistanın otuzillik işğalından azad edəndə də, antiterror əməliyyatları nəticəsində ərazi bütövlüyünü, suverenliyini bərpa edəndə də Azərbaycan gücünü, qüdrətini göstərdi. Vətənimiz naminə, üçrəngli, ay-ulduzlu bayrağımız bütün ərazilərimizdə ucalsın deyə, bu xalqın minlərlə qəhrəman övladı canından keçdi. Artıq ölkəmizin digər əraziləri kimi, Şuşada, Xankəndidə, Xocalıda, Ağdamda, Füzulidə, Qubadlıda, Laçında, Kəlbəcərdə də bayrağımız dalğalanır. Düşmən hansı təxribatlara əl atırsa, atsın, bu həqiqəti heç zaman dəyişə bilməyəcək. Bu müqəddəs  bayrağı hər zaman ucalarda görəcək. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilir YENİLƏNƏCƏK

14:05
08 Noyabr

Prezident İlham Əliyev: Bu gün Qarabağ və Şərqi Zəngəzur dirçəlir

14:04
08 Noyabr

Prezident: Enerji və nəqliyyat layihələrini uğurla həyata keçirərək, böyük coğrafiya üçün əvəzolunmaz ölkəyə çevrildik  

14:03
08 Noyabr

Azərbaycan Prezidenti: Vətənpərvərlik, mənəvi keyfiyyətlərimiz şanlı Zəfərimizin əsas amillərindən biridir  

14:02
08 Noyabr

Prezident: Bu gün Azərbaycan iqtisadi cəhətdən heç bir ölkədən asılı deyil

14:01
08 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan heç vaxt işğalla barışmaq fikrində deyildi 

14:00
08 Noyabr

Azərbaycan Prezidenti: Bu gün hərbi paradda Türkiyə hərbçilərinin iştirakı bizim birliyimizin növbəti təzahürüdür 

13:57
08 Noyabr

Prezident İlham Əliyev: Türkiyə Prezidenti İkinci Qarabağ müharibəsinin ilk saatlarından başlayaraq Azərbaycana öz dəstəyini göstərirdi 

13:57
08 Noyabr

Böyük Britaniyada son üç ayda 25 məscidə 27 hücum olub  

13:03
08 Noyabr

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərə gəlib  

12:57
08 Noyabr

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə duman olacaq

12:43
08 Noyabr

Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini Azərbaycana səfərə gəlib  

12:41
08 Noyabr

Binəli Yıldırım: Bu zəfər dünyaya inamın, qətiyyətin və qardaşlığın gücünü göstərdi  

12:40
08 Noyabr

Alimlər nəhəng hörümçək toru aşkar ediblər  

12:35
08 Noyabr

Azərbaycanın gənclər və könüllü təşkilatları Zəfər Gününün beşinci ildönümü ilə bağlı bəyanat yayıb  

12:33
08 Noyabr

Şuşada Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilir  

12:29
08 Noyabr

Qələbəyə bir neçə saat qalırdı...  

12:26
08 Noyabr

“Qalib Azərbaycan: beş ildə Zəfərdən Zirvəyə” adlı tədbir keçirilib  

12:24
08 Noyabr

Bakıda Zəfər muzeyinin açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər

12:11
08 Noyabr

Şəhidlərin xatirəsinə ehtiram

12:09
08 Noyabr

Moskvada Azərbaycanın Zəfər Günü qeyd olunub  

12:07
08 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!