26 Aprel 2025 09:00
587
İQTİSADİYYAT
A- A+
Əhalinin sosial güvənliyinin təminatı prioritet istiqamət olaraq qalır

Əhalinin sosial güvənliyinin təminatı prioritet istiqamət olaraq qalır


Azərbaycanda son illər əməkhaqları, pensiya təminatı sahəsində aparılan ciddi islahatlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar, sərəncamlar cəmiyyətin rifah halını xeyli yaxşılaşdırmışdır. 

Ötən ilin dekabrında Prezident İlham Əliyevin imzaladığı "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncamı isə aparılan sosial islahatların uğurla davam etdiyini göstərir. Həmin sərəncamla bu il yanvarın 1-dən əməkhaqları və pensiyalarda növbəti artımlar olmuşdur. Belə ki, minimum aylıq əməkhaqqı 400, minimum təqaüd 320 manata çatdırılmış və pensiyalar indeksləşdirilmişdir. Bununla 2018-ci ilin əvvəlindən minimum aylıq əməkhaqqında 3,1, minimum pensiyada 3, orta aylıq pensiyada 2,6 dəfə artıma nail olunmuşdur. Qeyd edək ki, indiyə kimi Azərbaycanda 4 milyon insanı əhatə edən 5 sosial islahat paketi icra olunub ki, bu da sosial ödəniş artımlarına illik əlavə 7,6 milyard manat ayrılması deməkdir. O cümlədən müavinət və təqaüd ödənişləri üzrə son 7 ildə 5 dəfə artım olmuşdur. Qeyd edək ki, bu il də həmin ödənişlərdə artımın davam etməsi gözlənilir. 

Məşğulluq sahəsində də işlər uğurla davam edir. Rəsmi statistikaya görə, cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Məşğulluq Agentliyinə (DMA) 84,7 min şəxs aktiv məşğulluq tədbirlərinə cəlb olunub. Onlardan 27,2 min şəxsin münasib işlərlə təmin edilməsi, 1200-dək şəxsin kiçik ailə təsərrüfatlarını yaratmaq üçün özünüməşğulluq proqramına cəlb olunması məşğulluğun genişləndirilməsi üçün atılan addımların göstəricisidir. Ümumiyyətlə, DMA bu ilin sonunadək 420 mindən çox şəxsi aktiv məşğulluq proqramlarına cəlb etməyi hədəfləyib. Bu proqram çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda artıq 266 şəxsin öz doğma torpaqlarında kiçik təsərrüfatlarını qurmasına dəstək verilib. 

Sosial-iqtisadi həyatın canlanmasında önəmli rol oynayan əmək yarmarkalarının, peşə kurslarının təşkili də işğaldan azad edilmiş ərazilərimizdə sakinlərin işlə təminatına dəstək verən amillərdəndir. Bundan əlavə, ƏƏSMN tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən "Məşğulluğa dəstək layihəsi" özünüməşğulluq proqramının genişləndirilməsinə, həssas əhali qruplarına aid şəxslərin kiçik biznesə çıxışına mühüm dəstəkdir. Layihə üzrə həssas qruplara aid artıq 24 min işsiz şəxs üçün istehsal və xidmət sahələri üzrə kiçik bizneslər yaradılıb. 22 min işsiz şəxsi əhatə edən bu layihənin icrasının nəticəsi olaraq, iştirakçıların sayı artmaqda davam edir. 

Məlumdur ki, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) mərkəzlərində xidmətlərin çevikliyinin təmin olunması daim diqqətdə saxlanılır. Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri "bir pəncərə"dən, müasir və çevik, şəffaf mexanizmlərlə, vətəndaş məmnunluğuna uyğun təqdim edilir. Təkcə bu ilin 3 ayında 213 min vətəndaş DOST mərkəzlərinin xidmətlərindən faydalanıb. Onu da qeyd edək ki, bu xidmətlərin sayı getdikcə artır. Belə ki, Prezident İlham Əliyevin 12 mart 2025-ci il tarixli fərmanı ilə DOST Agentliyinin Nizamnaməsi və DOST mərkəzlərində göstərilən xidmətlərin siyahısı təkmilləşdirilib. Siyahıda bir sıra yeni xidmət istiqamətləri də əksini tapıb. Beləliklə də DOST mərkəzlərində göstərilən xidmətlərin sayı 156-dan 161-ə çatdırılıb.

Nazirliyin reabilitasiya mərkəzlərinin fəaliyyəti də əhalinin əlilliyi olan təbəqəsi tərəfindən razılıqla qarşılanır. Yalnız bu ilin ilk üç ayında həmin mərkəzlərdə əlilliyi olan 27,9 min şəxsə reabilitasiya xidmətləri göstərilib, 4500 əlil şəxsə 29,4 min reabilitasiya vasitəsi verilib. ƏƏSMN tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin reabilitasiya mərkəzlərində ənənəvi üsullarla paralel olaraq, 2018-ci ildən ötən dövrdə qabaqcıl dünya təcrübəsinə uyğun olaraq robotik reabilitasiya, sosial-psixoloji reabilitasiya, yoqa, ippoterapiya, dance ability (rəqs terapiyası) və s. kimi reabilitasiya üsullarının da tətbiqinə başlanılıb. Həmçinin stasionar və ambulator xidmətlərlə yanaşı, son illər icma əsaslı, telereabilitasiya, səyyar formalarda da reabilitasiya xidmətləri göstərilir. 


Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!