26 Aprel 2025 08:15
1125
Məktublar
A- A+
"Sahibkarlar günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransın iştirakçılarının müraciəti

"Sahibkarlar günü"nə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransın iştirakçılarının müraciəti


Möhtərəm cənab Prezident!

Azərbaycanın iqtisadi dirçəliş tarixi, sabit və dayanıqlı inkişafı, milli sahibkarlığın təşəkkül tapması və dünyada tanınması Ulu Öndər Heydər Əliyevin uzagörən siyasətinin bəhrəsidir. Sizin rəhbərliyinizlə bu strateji xətt yeni dinamizm qazanmış, dövlətin bu sahəyə göstərdiyi yüksək diqqət və qayğı sahibkarlığı mühüm hərəkətverici qüvvəyə çevirmişdir.

Zati-alinizin müdrik baxışı özəl sektorun inkişafına olan diqqəti dolğun şəkildə ifadə edir: "Sahibkarlığın inkişafı bizim üçün prioritet məsələlərdən biridir." Bu fikirlər sahibkarlara yalnız istiqamət vermir, həm də ruhlandırıcı çağırışdır - dövlətin güvəninə və dəstəyinə arxalanaraq daha böyük hədəflərə yürüməyə sövq edir.

Bu il Azərbaycanın çoxəsrlik tarixində dönüş nöqtəsi hesab olunan mühüm əlamətdar hadisə ilə yadda qalır: Konstitusiyamızın qəbulunun 30 illiyi və şanlı Vətən müharibəsində qazandığımız Qələbənin 5-ci ildönümü. Bu mühüm tarixi mərhələlərdə Azərbaycan sahibkarları da fəal iştirakçıya çevrilmiş və iqtisadi dirçəlişin önündə addımlamışdır.

Ölkəmizdə 25 Aprel - "Sahibkarlar Günü" kimi qeyd olunması artıq on ildir ki, özəl sektorun əhəmiyyətinin yüksək qiymətləndirildiyini simvolizə edir. Bu məqsədlə "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" konfransının təşkil olunması dövlətimizin strateji prioritetlərini - o cümlədən azad edilmiş ərazilərin yenidən qurulması və dayanıqlı inkişafın təmini istiqamətində sahibkarların rolunu önə çıxarır.

Sizin Ali Baş Komandanlığınız altında işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan irimiqyaslı bərpa-quruculuq işləri müasir inkişafın təməlidir. Hər bir sahibkar bu uğurlu quruculuq fəaliyyətində iştirak etməyi yalnız vətəndaşlıq borcu deyil, həm də tarixi missiya kimi dəyərləndirir.

Ölkəmizdə vüsət almış genişmiqyaslı islahatlar, "yaşıl iqtisadiyyat" və innovativ texnologiyalar sahəsində təqdim olunan təşviqlər sahibkarlar üçün yeni fəaliyyət istiqamətləri və investisiya imkanları formalaşdırır. Ötən il uğurla keçirilmiş COP29 kimi qlobal əhəmiyyətli tədbir eyni zamanda yerli sahibkarlar üçün "yaşıl biznes" modelləri qurmaq, beynəlxalq tərəfdaşlarla əməkdaşlıq etmək və ekolojiyönümlü məhsul və xidmətlər bazarına çıxmaq baxımından unikal fürsətlər yaradır.

Möhtərəm cənab Prezident!

Sizin həyata keçirdiyiniz islahatlar, şəffaf və rəqabətədavamlı biznes mühitin formalaşdırılması, habelə dövlət-özəl tərəfdaşlığının inkişafına sistemli yanaşmanız nəticəsində bu gün özəl sektor güclü, təşəbbüskar və milli maraqlara sadiq bir qüvvə kimi formalaşmışdır.

 Biz - "Konstitusiya və suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı" mövzusunda konfransın iştirakçıları olaraq, bir daha bəyan edirik ki, milli iqtisadiyyatımızın inkişafı, ərazi bütövlüyümüzün möhkəmləndirilməsi, Böyük qayıdışın uğurla təmini, habelə Azərbaycanın beynəlxalq nüfuzunun daha da artırılması yolunda irəli sürdüyünüz strateji məqsədlərə çatmaq üçün bütün potensialımızla hazırıq və Sizin ətrafınızda sıx birləşmişik.

Azərbaycan sahibkarları adından Zati-alinizə dərin təşəkkürümüzü bildirir, Sizə möhkəm cansağlığı, ölkəmizin tərəqqisi naminə yorulmaz fəaliyyətinizdə davamlı nailiyyətlər arzu edirik!


Bakı şəhəri, 25 aprel 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!