Vətən müharibəsində qazandığımız Zəfər Azərbaycan tarixinin ən parlaq, şanlı səhifəsinə çevrildi. Qarabağ və Şərqi Zəngəzur ərazilərimizin Ermənistanın otuz ilə yaxın davam edən işğalından azad edilməsi həm də ədalətin qələbəsi idi. 2020-ci ilin payızında baş verən 44 günlük Vətən müharibəsinin nəticələri işğalçıların aqibətinin məğlubiyyət olduğunun, gec-tez haqqın, hüququn və ləyaqətin qalib gələcəyini bütün dünyaya göstərdi.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini otuz ilə yaxın icra etməyən Ermənistan 2020-ci il noyabrın 10-da üçtərəfli Bəyanatı imzalamaqla Vətən müharibəsində məğlubiyyətini, 1990-cı illərdə işğal etdiyi Azərbaycanın iyirmi faiz torpaqlarında davam etdirdiyi işğalının bitdiyini rəsmən təsdiqlədi.
Təəssüf ki, siyasətində riyakarlığı, yalanı, qərəzi daha çox ön planda saxlayan işğalçı ölkə kapitulyasiya aktını imzalayandan sonra da məkrindən əl çəkmədi. İşğaldan azad olunmuş ərazilərimizdə təbii sərvətlərimizi talamaqda davam etdi. Eyni zamanda Qarabağda qalmış Ermənistan silahlı qüvvələrinin tör-töküntüləri və seperatçılar təxribatlar, terrorlar törədirdilər. Həmin cinayətkarlara ən gözəl cavabı Azərbaycan Ordusu 2023-cü ilin sentyabrında həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı zamanı verdi. Budəfəki Zəfərimiz Azərbaycanın suverenliyinin tam bərpası ilə nəticələndi. Üçrəngli, aylı, ulduzlu bayrağımız ölkəmizin bütün ərazilərində ucaldıldı.
Vətən müharibəsindən sonra Azərbaycan sülhün təşəbbüskarı oldu, sabitliyin yaranması üçün qətiyyətli addımlar atdı. Ermənistan hökumətinin ikili oyunlarına baxmayaraq rəsmi Bakı sülh sazişinin imzalanması istiqamətində səylərini davam etdirməkdədi.
Müharibənin başa çatmasından beş ilə yaxın vaxt keçir. Azərbaycan böyük vəsait hesabına Ermənistanın işğal dövründə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzur ərazilərini bərpa edir. Erməni vandalları tərəfindən yurdundan, evindən qovulmuş keçmiş məcburi köçkünlər tədricən geri qayıdırlar.
Aprelin 9-da ADA Universitetində Prezident İlham Əliyevin iştirakı ilə keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda bir məqam da vurğulandı ki, Ermənistan-Azərbaycan müharibəsi 2023-cü ilin antiterror əməliyyatı da daxil olmaqla sona çatmış yeganə müharibədir. Forum iştirakçılarının suallarını cavablandıran dövlətimizin başçısı bildirdi ki, biz intiqam almadıq: "Lakin xüsusilə Qarabağa qayıdanda və barbarlığı, vəhşiliyi gördükdə bizim işğal illərində hansı hissləri keçirdiyimizi təsəvvürünüzə gətirə bilərsiniz. Beləliklə biz dedik ki, - və mən bunu dəfələrlə demişəm, - intiqamımızı döyüş meydanında alacağıq. Biz normal insan davranışından və özümüzün sadiq olduğumuz müharibə qaydalarından kənara çıxan bir hərəkət etməyəcəyik. Bu, belə də oldu. Biz müharibəni bütün beynəlxalq qaydalara və dəyərlərə dair anlayışımıza uyğun apardıq. Bu, 44 günlük müharibənin hər bir gününü diqqətlə nəzərdən keçirən bütün ekspertlər tərəfindən yüksək qiymətləndirildi".
Prezident İlham Əliyev diqqətə çatdırdı ki, əslində, 2020-ci il noyabrın 10-da Ermənistan kapitulyasiya aktına imza atdı və tarixdən hamımız bilirik, bir ölkə kapitulyasiya edəndə onun başına nə gəlir: "Lakin bu baş vermədi. Beləliklə, Ermənistan sanki Azərbaycan xalqının 30 illik işğal iztirabı olmamış, 44 günlük müharibə olmamış kimi davranmağa davam etdi və öz dırnaqarası dostlarından pis məsləhətlər aldı. Yeri gəlmişkən, bu proses hələ də davam edir. Baxmayaraq, biz dəfələrlə onlara xəbərdarlıq etmişik ki, onlar istər köhnə, istərsə də yeni dostları hesab etdikləri dairələrə bel bağlamamalıdırlar. Çünki onlar burada bizimlə üz-üzə qalacaqlar". Ölkəmizin rəhbəri bəyan etdi ki, bizim maraqlarımızı, beynəlxalq arenada olan siyasi maraqlarımızı müdafiə etmək üçün kifayət qədər siyasi iradəmiz var və bizi siyasətimizdən döndərəcək hər hansı bir beynəlxalq təzyiqə məruz qoymaq mümkün deyil: "Beləliklə, hərbi nöqteyi-nəzərdən istər İkinci Qarabağ müharibəsi olsun, istərsə də 2023-cü ilin sentyabrında keçirilmiş antiterror əməliyyatı olsun, bundan sonra hərbi potensialımızı gücləndirmək üçün etdiklərimiz tamamilə anlaşılandır. Xüsusilə həqiqi sülhə və sabitliyə gətirib çıxarmayacaq, Ermənistanda geniş vüsət almış militarizasiya prosesini, Ermənistanın yeni dostları tərəfindən təchiz edilmiş ölümcül silahları nəzərə alaraq. Bu yalnız gələcəkdə potensial gərginliyə aparıb çıxaracaqdır".
Dövlətimizin başçısı nəzərə çatdırdı ki, biz Ermənistanda kifayət qədər güclü revanşist qrupların olduğunu bilirik: "Mən onları iki qrupa bölərdim: 30 illik işğala görə məsuliyyət daşıyan fəal revanşistlər və guya konstruktiv yanaşma sərgiləməyə cəhd göstərən, lakin, əslində, eyni revanş və intiqam hissi ilə yaşayan bugünkü hökumət olan passiv revanşistlər. Onların ölümcül silahları almasının səbəbi də budur".
Ermənistan bir sıra ölkələrdən bəzi silahları pulsuz alır. Prezident İlham Əliyev vurğuladı ki, bu, onların Azərbaycana qarşı yeni hərbi əməliyyatları planlaşdırmalarının səbəbidir. Dövlətimizin başçısı onların ATƏT-in Minsk qrupunun buraxılmasına dair bizim legitim təklifimizi qəbul etmək istəmədiklərinin də bu səbəbdən olduğunu bildirdi. Xatırlatdı ki, Minsk qrupu Qarabağ münaqişəsi ilə bağlı olan məsələləri həll etmək üçün yaradılmışdır. Diqqətə çatdırdı ki, əgər Ermənistan hökuməti bəyan etdikləri kimi münaqişənin bitdiyini və Qarabağın Azərbaycanın bir hissəsi olduğunu hesab edirsə, Minsk qrupunun hüquqi olaraq buraxılmaması üçün heç bir səbəb yoxdur: "De-fakto olaraq qrup fəaliyyət göstərmir, lakin rəsmi olaraq Minsk qrupunun buraxılması üçün Azərbaycanla birlikdə birgə müraciəti imzalamaqdan imtina etmək onların öz vaxtını gözləməsinə işarə edir. Ola bilsin onlar bəzi dəyişiklikləri, onlara üstünlüklər verən müəyyən beynəlxalq vəziyyəti gözləyirlər".
Amerikada seçkilərdən sonra demokratların administrasiyada qalacaqlarına çox güvəndiklərini, lakin Prezident Donald Trampın qələbəsinin onları çox məyus etdiyini bildirən Prezident İlham Əliyev dedi ki, buna baxmayaraq, Ermənistanın siyasi isteblişmenti Azərbaycan məsələsində parçalanmayıb. Onlar konsolidasiyalı mövqeyə malikdirlər. Bu, sadəcə, terminologiya, davranış və taktikadan asılı olan bir məsələdir. Beləliklə, biz buna hazır olmalıyıq, həm hərbi nöqteyi-nəzərdən, həm də siyasi nöqteyi-nəzərdən. Beləliklə, sülh sazişi imzalanana və Ermənistan da onların konstitusiyasında hələ də mövcud olan Azərbaycana qarşı bütün ərazi iddialarından imtina edənə və Azərbaycanla münasibətlərin normallaşması üçün səmimi davranış sərgiləyənə qədər onlar həmişə yeni hərbi qarşıdurma təhlükəsini törədəcəklər".
Azərbaycan hər zaman sülh yoluna üstünlük verib. İndi də niyyəti müharibə deyil, sülh, əmin-amanlıqdır. Lakin Ermənistanın xarici havadarlarının çaldıqları havaya oynaması, onların verdikləri silah-sursatdan dördəlli yapışması çirkin planlarından xəbər verir. Prezident İlham Əliyev real vəziyyəti nəzərə alaraq bildirdi ki, ayıq-sayıq olmalı, 30 illik işğalı, təkcə diasporda, Fransa və Amerika Birləşmiş Ştatlarında yox, Ermənistan hökumətində və bütün siyasi dairələrdə hələ də dövriyyə edən "böyük Ermənistan" xəyallarını unutmamalıyıq: "Biz tamamilə legitim olanları etmişik. Biz ərazi bütövlüyümüzü, suverenliyimizi bərpa etmişik, separatizmə son qoymuşuq və sərhədlərimizi nəzarətimiz altına almışıq. Bizim üçün bu məsələ bitib. Lakin bu, bizim potensial təhdidləri və potensial təhlükəni, sadəcə, nəzərə almayacağımız demək deyil. Biz həmişə onları yerinə otuzdurmağa hazır olmalıyıq. Bu səbəbdən biz ordu quruculuğuna külli miqdarda vəsait xərcləməyə davam edirik. Bu, bizim dırnaqarası təcavüzü planlaşdırdığımız üçün deyil. Bu onun üçündür ki, biz təcavüzün qurbanı olaraq özümüzü müdafiə etmək və bir də bizə ziyan verməyə qərarlaşdırdığı halda Ermənistanı cəzalandırmaq iqtidarında olmaq istəyirik".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"
Fransada kriminal gərginlik
Naftalandan iki xəbər
Paşinyanın sözləri ilə hərəkətləri üst-üstə düşmür
"Xristian klubları"nın bitməyən qərəzi
"Qərb Cənubi Qafqazda yeni hərbi-siyasi toqquşma üçün zəmin hazırlayır"
Saxtakarlıq və yalan sağalmaz erməni xəstəliyidir
Qazaxda intellektual yarış keçirilmişdir
Ərazilərimizin bütövlüyü günü
Azərbaycanın xarici siyasəti müasir dövrdə: Şərqə və Asiyaya doğru
Uzaqlar yaxın olur
“24 aprel"ə 23 aprel hədiyyəsi
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Zelenski: Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir
İğdırın yüzlərlə sakini erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsinin anım aksiyasına qoşulub
Tramp: İsraillə bütün məsələlərdə eyni tərəfdəyik
Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB
Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM Mərkəzi açılıb
Ruben Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıblar: Bir gündə iki oğlumu itirdim
Rumıniya qəzeti Neft Daşları barədə geniş yazı dərc edib
Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!