23 Aprel 2025 08:50
401
DÜNYA
A- A+
Fransada kriminal gərginlik 

Fransada kriminal gərginlik 


Həbsxana işçilərinə qarşı hücumlar getdikcə çoxalır


Fransanın müxtəlif şəhərlərində həbsxana işçilərinə qarşı hücumlar baş verib. İstintaqın bir versiyasına görə, bir həftə əvvəl başlanmış hücumlar narkotik mafiyasının ölkədə xüsusilə təhlükəli kartel üzvləri üçün iki ciddi rejimli həbsxana yaratmaq qərarı ilə əlaqəli ola bilər.

Əvvəllər məlum olmayan "DDPF" qrupu Fransa penitensiar sisteminin əməkdaşlarının əmlaklarının dağıdılması (əsasən avtomobillərin yandırılması) aktlarına görə məsuliyyəti öz üzərinə götürüb.

Aprelin 21-də səhər saatlarında Fransanın ədliyyə naziri Jerald Darmanen X sosial şəbəkəsi vasitəsilə hücumlar barədə məlumat verib: "Dünən gecə penitensiar xidmətin əməkdaşlarına və islah müəssisələrinə yenidən hücumlar edilib.  Heç bir itki olmayıb, lakin həbsxanalarımızda hakimiyyətin və asayişin bərpa olunduğu bir vaxtda bu hərəkətlər respublika üçün təhdiddir. Bu, dövlət və onun işçiləri üçün çətin, lakin zəruri məqamdır". 

Ədliyyə naziri həmçinin ümid etdiyini bildirib ki, Daxili İşlər Nazirliyi bu hücumları təşkil edən şəxsləri tez bir zamanda həbs edib iğtişaşlara son qoyacaq.

Lion prokurorluğunun verdiyi açıqlamaya görə, gecə yarısı Korbes rayonundakı həbsxananın mühafizə olunan  dayanacağında iki avtomobil yandırılıb və daha iki avtomobilə zərər verilib. Bir neçə saatdan sonra azyaşlı şübhəli şəxs həbsxananın yaxınlığında saxlanılaraq nəzarətə götürülüb, lakin prokurorlar onun hadisədə əli olduğunu hələlik müəyyən etməyiblər.

Həmkarlar ittifaqı və polis mənbələrinin AFP agentliyinə verdiyi məlumata görə, həmin gecə Villefranche-sur-Saone həbsxanasının yaxınlığındakı dayanacaqda mühafizəçilərdən birinə məxsus avtomobil yandırılıb.

Bundan əlavə, Villefontendə, Sen-Kventin-Fallavier şəhərindəki həbsxananın yaxınlığında  bir evin qapısı yandırılıb və fasadda güllə izləri aşkar edilib.

Milli Terrorla Mübarizə Prokurorluğunun (PNAT) press-relizində qeyd edilib ki, odlu silahlardan bir neçə atəş açılıb və "Molotov kokteylləri" həbsxana xidmətinin bir neçə əməkdaşının yaşadığı İsere departamentindəki yaşayış massivində olan evlərə atılıb.

Prokurorluq "şəxslərə qarşı cinayət törətmək məqsədilə terrorçu qruplaşmada iştirak etmə", "terror fəaliyyəti ilə əlaqədar vəzifəli şəxsi öldürməyə cəhd", "mütəşəkkil dəstə tərəfindən terror fəaliyyəti ilə əlaqədar təhlükəli vasitələrdən istifadə etməklə əmlaka ziyan vurma və ya məhv etmə" kimi halların istintaqını öz üzərinə götürdüyünü açıqlayıb.

"DDPF" qraffitisi Saint-Quentin-Fallavierdəki daha bir evdə tapılıb və bu xüsusiyyət, son bir həftə ərzində həbsxana işçilərinin avtomobillərinə və ya evlərinə, eləcə də Tulondakı həbsxanaya edilən demək olar ki, hər hücumda görünüb. Qrupun iddia edilən üzvləri adından sosial şəbəkələrdə yayılan xəbərlərə görə, abbreviatura "Defense des droits des   français" ("Fransız məhbusların hüquqlarının müdafiəsi") mənasını verir. Eyni zamanda Fransa mediasına müsahibə verən çoxsaylı ekspertlər bu abreviatura haqqında əvvəllər heç bir şey eşitmədiklərini bildiriblər.

Aprelin 15-də prokurorluq "həbsxana əleyhinə" hücumların təhqiqatını öz üzərinə götürdüyünü və onu Terrorla Mübarizə Şöbəsinə (SDAT), Milli Polisin müvafiq zona müdirliklərinə və Daxili Təhlükəsizlik Baş İdarəsinə (DGSI, daxili kəşfiyyat) həvalə etdiyini açıqlayıb.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş ədəbi-bədii gecə keçirilib  

10:33
14 Dekabr

Tramp: Suriyada amerikalıların öldürülməsinə görə ciddi cavab tədbirləri görüləcək  

10:26
14 Dekabr

Pentaqon Suriyada iki ABŞ əsgərinin və bir tərcüməçinin öldürüldüyünü bildirib  

10:01
14 Dekabr

Azərbaycan və Tailand XİN-ləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib 

09:57
14 Dekabr

Küləkli və yağıntılı hava şəraiti davam edir– FAKTİKİ HAVA  

09:35
14 Dekabr

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!