13 Aprel 2025 08:25
362
SİYASƏT
A- A+
İlham Əliyevin uğur formulu

İlham Əliyevin uğur formulu


Fransa bədnam müstəmləkə siyasətindən əl çəkmək istəmir


Azərbaycan kolonializmdən əziyyət çəkən xalqların azadlıq mübarizəsinə dəstək verir. Yüksək tribunalarda hər zaman bu məsələni qaldıran Prezident İlham Əliyev də bəyan edir ki, müstəmləkəçilik kimi iyrənc praktikaya son qoyulmalıdır və yeni dünya nizamında bu məsələ də nəzərə alınacaq.

Dövlətimizin başçısının 2023-cü ildə Bakıda keçirilən "Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik" mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı və BMT-nin rəsmi sənədi kimi yayılan müraciətində də Azərbaycanın XXI əsrdə kolonializmin davam etməsindən və kolonializmin yeni təzahürləri meyillərinin artmasından narahatlığı əks olunub. Bandunq Konfransından 70 ilə yaxın dövrün keçməsinə rəğmən kolonializmi hələ də davam etdirən ölkələrin olduğu və belə ölkələrdən birincisinin Fransa olduğu vurğulanıb. 


Müstəmləkəçilik təfəkkürü Cənubi Qafqazda da tətbiq edilməyə çalışılır


Ölkəmizin Fransanın müstəmləkəçilik siyasətini, "demokratiya" adı altında gizlətdiyi əcaib simasını ifşa etməsi isə təbii ki, Makron hökumətinin xoşuna gəlmir. Buna görə də Paris daxili və xarici siyasətdə uğradığı bütün fiaskoların günahını Azərbaycanda axtarmağa bir növ adətkərdə olub. Bu ilin əvvəlində Azərbaycanı guya Fransanın daxili işlərinə qarışmaqda ittiham edərək özünü dünyada rüsvay edən Makronun komandasının üzvləri də vaxtaşırı ölkəmizlə bağlı gülünc ittihamlarla çıxış edirlər.  

Bu günlərdə sözügedən ölkənin xarici işlər naziri Jan Noel Barronun Fransa Milli Assambleyasındakı çıxışı zamanı Azərbaycan əleyhinə əsassız ittihamlar səsləndirməsi də bu qəbildəndir. Həmçinin Fransa Milli Assambleyasının ölkəmizə qarşı, o cümlədən Bakı Təşəbbüs Qrupunun fəaliyyəti ilə bağlı həqiqətə uyğun olmayan iddiaların əks olunduğu qərəzli qətnamə qəbul etməsi bu gerçəkliyə bir başqa nümunədir. 

Azərbaycan Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupunun bununla bağlı aprelin 11-də verdiyi bəyanatda beynəlxalq hüquqa və obyektiv reallığa uyğun gəlməyən qətnamə və səsləndirilmiş fikirlər şiddətlə qınanılır və Fransanın Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasının növbəti nümunəsi kimi qiymətləndirilir.

Bildirilir ki, Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenlik prinsipinə sadiqdir. Bakı Təşəbbüs Qrupu isə  məhz bu prinsiplərə əsaslanaraq, beynəlxalq platformalarda müstəmləkəçilik siyasətinə qarşı çıxış edən, azadlıq və ədalət uğrunda mübarizə aparan xalqlara dəstək məqsədi daşıyan bir platformadır.

Fransa tərəfinin bu təşəbbüsü gözdən salmaq cəhdləri, əslində onun öz bədnam müstəmləkə siyasətinə haqq qazandırmaq niyyətindən irəli gəlir.

"Biz bu gün müzəffər Azərbaycan liderinin rəhbərliyi altında artıq suveren ərazilərimizdə yaşayırıq, ərazi bütövlüyümüz tam bərpa olunmuşdur. Bununla da biz Fransanın Cənubi Qafqazda apardığı destruktiv siyasətin qarşısını kəsmişik. Ancaq biz görürük ki, Fransa məhz həmin müstəmləkəçilik təfəkkürünü Cənubi Qafqaz regionunda da tətbiq etməyə çalışır. Hələ də Ermənistanı silahlandırır və Ermənistandan manipulyativ alət kimi istifadə edir", - deyə, bəyanatda vurğulanır.

Bəyanatda Fransa hakimiyyəti və qanunvericilik orqanı beynəlxalq hüquq və ədalət prinsiplərinə zidd siyasətlərdən imtina etməyə, fundamental insan hüquqlarına hörmət etməyə və dənizaşırı ərazilərdəki xalqların müstəqillik arzularını təmin etməyə çağırılır.


BTQ-nin simasında süni düşmən obrazı formalaşdırılır


Ölkəmizdə yaradılan və artıq iki ilə yaxın müddətdir ki, fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupu müstəmləkəçilikdən əziyyət çəkən xalqların azadlıq uğrunda apardıqları ədalətli mübarizəyə böyük dəstək verir. Tarixi soyqırımlar üzərində qurulan Fransa kimi ölkələrin bu günümüzdə hələ də davam etdirdiyi neokolonial siyasətə son qoyulması üçün aktiv iş görür. Beynəlxalq konfranslar təşkil olunur, memorandumlar imzalanır. Ötən ilin iyulunda BTQ-nin dəstəyi ilə Bakıda Fransanın son koloniyalarının nümayəndələri tərəfindən Beynəlxalq Dekolonizasiya Cəbhəsi yaradılıb.

Bütün bunlara görə Fransa Milli Assambleyasının, xarici işlər naziri Jan Noel Barronun məhz Bakı Təşəbbüs Qrupunu da hədəf alması təəccüblü deyil. 

Fransalı nazirin növbəti ittihamlarına cavab verən BTQ-nin icraçı direktoru Abbas Abbasov bildirib ki, səslənən fikirlər əsassızdır: "Jan Noel Barro növbəti dəfə Fransa Milli Assambleyasındakı çıxışını Bakı Təşəbbüs Qrupuna həsr edib. İlk növbədə, bəyan edirik ki, nazirin səsləndirdiyi ittihamlar əsassız, qeyri-obyektiv və qərəzlidir. Təşkilatımızın beynəlxalq hüquq çərçivəsində fəaliyyətini hədəfə alan bu cür iddiaları qətiyyətlə rədd edirik".

BTQ-nin icraçı direktoru qeyd edib ki, xoş niyyətlə Fransa hökuməti ilə koloniyalar arasında danışıqlarda vasitəçilik təklif edən BTQ-ni sabitliyi pozmaqda, gərginliyi artırmaqda və digər qeyri-qanuni fəaliyyətdə təqsirləndirmək Fransanın əsarət altında saxladığı xalqların tələblərini icra etməkdən boyun qaçırmaq cəhdidir: "Fransa hökuməti beynəlxalq öhdəliklərini yerinə yetirmək əvəzinə, BTQ-nin simasında süni düşmən obrazı formalaşdırır və Fransa ictimaiyyətini aldatmaqda davam edir".

"BTQ dekolonizasiya, habelə əsarət altında saxlanılan xalqların öz müqəddəratını təyin etmək hüququnun təmin edilməsi uğrunda mübarizə aparır, adaların sahibi olan yerli xalqların tarixi, mədəni kimliyinə hörmət edilməsini tələb edir. BTQ bu tələbləri irəli sürərkən Fransanın da səs verdiyi Ümumdünya İnsan Hüquqları Bəyannaməsinə (1948), BMT Baş Assambleyasının 1514 saylı Qətnaməsinə (Dekolonizasiya haqqında Bəyannamə, 1960) və digər universal sənədlərə istinad edir" cavabda bildirilir. 

Göründüyü kimi, Fransa kolonial təfəkkürdən əl çəkmək, xalqların azad olmaq hüququna hörmət etmək əvəzinə, Azərbaycana qarşı aqressiya sərgiləyir və ölkəmizin əleyhinə absurd ittihamlar səsləndirir. Çünki dövlətimizin başçısının da vurğuladığı kimi, yeni dünya düzənində müstəmləkəçiliyə yer olmadığını Makron hökuməti də yaxşı bilir. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Prezident Kuboku-2025”: Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək  

12:21
18 Aprel

ABŞ-nin Yəmən limanına hücumu nəticəsində ölənlərin sayı 38-ə çatıb

11:34
18 Aprel

İtaliyada kanat yolunda qəza nəticəsində ölənlər var  

11:34
18 Aprel

Xüsusi nümayəndə: Azad olunmuş ərazilərdəki dəyişikliklər sadəcə inşaat fəaliyyəti deyil - bu, ədalətin, tarixin və mədəniyyətin bərpasıdır  

11:33
18 Aprel

Müdafiə Nazirliyi: Qazaxıstanlı nümayəndə heyəti Komando və XTQ hərbi hissələrində olublar  

11:32
18 Aprel

Polşa nüvə silahına sahib olmaq istəyir  

11:31
18 Aprel

FHN: Yağışlarla əlaqədar fəsadların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir  

11:14
18 Aprel

Qırğızıstanın və Azərbaycanın Ədəbiyyat institutları ortaq layihənin icrasına başlayıblar  

11:13
18 Aprel

Hikmət Hacıyev: Müharibə cinayətləri törətməkdə təqsirləndirilən şəxslər şəffaf və açıq məhkəmə prosesinə cəlb olunublar

10:55
18 Aprel

Ötən il Vəkillər Kollegiyası 5663 aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərib  

10:54
18 Aprel

Ukraynanın Xarkov, Sumı və Dnepr şəhərlərinə hava zərbələri endirilib, ölənlər var  

10:52
18 Aprel

Hikmət Hacıyev diplomatik korpusun nümayəndələrinin Xankəndiyə və Şuşaya səfəri ilə bağlı paylaşım edib  

10:51
18 Aprel

DİN: Ötən gün 7,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb  

10:50
18 Aprel

Azərbaycan neftinin qiyməti 69 dolları ötüb  

10:35
18 Aprel

DİN: Ötən gün vətəndaşların bank kartlarından 51559 manat oğurlanıb

10:33
18 Aprel

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Xankəndi və Şuşa şəhərlərinə səfəri başlayıb  

10:31
18 Aprel

Bu gün Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

10:13
18 Aprel

Parisdə Azərbaycanın ilk süni intellekti “Şuşa” kompozisiyası nümayiş olunub  

09:54
18 Aprel

Volodimir Zelenski: Ukrayna atəşkəsə hazırdır, lakin ərazi bütövlüyü məsələsi müzakirə olunmayacaq  

09:51
18 Aprel

Konfrans Liqasında yarımfinalçılar bəlli olub  

09:49
18 Aprel

UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub

09:47
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!