13 Aprel 2025 19:09
325
CƏMİYYƏT
A- A+
Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib  

Leyla Əliyevanın təşəbbüsü ilə şəhər yaşıllıqlarının inventarlaşdırılması üzrə layihənin növbəti mərhələsinə start verilib  


Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2022-ci ildən həyata keçirilən “Bakı şəhərində ağacların qeydiyyatı və nömrələnməsi” layihəsinin növbəti mərhələsinə başlanılır.

AZƏRTAC xəbər verir ki, Leyla Əliyevanın iştirakı ilə aprelin 13-də Bakı şəhərinin Nərimanov rayonunda yerləşən yeni açılan parkda layihə üzrə ağacların qeydiyyatı aparılıb, üzərinə nömrəli etiketlər vurulub. Eyni zamanda parkın ərazisində 50 ədəd zeytun ağacı əkilib.

IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, eləcə də yerli icra hakimiyyəti orqanları və bələdiyyələrin birgə əməkdaşlığı ilə həyata keçirilən layihənin əsas məqsədi yaşıllıqların mühafizəsinin dayanıqlılığını təmin etmək, müdaxilə hallarının aradan qaldırılmasına, dəqiqləşdirilmiş inventarizasiya və reyestr platformasının formalaşdırılmasına, ictimai nəzarətin gücləndirilməsinə nail olmaqdır.

Qeyd edək ki, layihə çərçivəsində artıq “Şəhər yaşıllıqlarının reyestri” informasiya sistemi yaradılıb və Bakı şəhərinin Səbail rayonu ərazisində 25 minə yaxın ağac uçota alınıb, yaxın aylarda üzərlərinə nömrə lövhələri vurulmaqla inventarlaşma prosesinin tamamlanması nəzərdə tutulub.

Eyni zamanda, layihənin pilot mərhələdə icrası zamanı Nərimanov rayonu ərazisində yerləşən Atatürk parkı və abad həyət komplekslərində 2 min 352 ağac uçota alınaraq inventarlaşdırılıb. İnventarlaşdırılmış ağacların üzərində hər bir ağacı identikləşdirən inventar lövhələri vurulub.

Ağaclar barədə məlumatların ictimaiyyətə açıq formada təqdim edilməsi məqsədilə www.agac.az  portalı sınaq rejimində istifadəyə verilib. Təqdim olunan portal Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 2025-ci il tarixli, 282 nömrəli Fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş “Rəqəmsal ekologiya” informasiya sisteminin tərkib hissəsi olaraq yaradılmışdır.

Qeydiyyat işləri şəhərin inzibati ərazisində, o cümlədən park, yol kənarı və həyətyanı məhəllələrdə yerləşən bütün yaşıllıqlara şamil edilir. Proses əvvəlcədən təşkil edilmiş qruplar tərəfindən, hər bir ağacın üzərində xüsusi hazırlanmış nömrə etiketləri vurmaqla və həmin ağac barədə dürüst məlumatların elektron bazada yığılması ilə həyata keçirilir. Nömrələnmə ağaclara tam zərərsiz olan üsul ilə aparılır. Ağacın gövdəsinə vurulan etiketlər davamlı materialdan hazırlanır və üzərində ağacın nömrəsi və ağacın fərdi profilinə keçid üçün QR-kod əks olunur.

Bakıda ağacların qeydiyyatı və nömrələnməsi üzrə layihənin tərəfdaşları hər kəsi yaşıllıqların mühafizəsi və artırılmasına dəstək olmağa, təbiətimizin yaşıl gələcəyi naminə birləşməyə çağırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü

11:15
27 Aprel

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

10:51
27 Aprel

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya  

10:50
27 Aprel

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir  

10:44
27 Aprel

İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb

10:42
27 Aprel

Bilmək istəyirəm

09:20
27 Aprel

"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib

09:15
27 Aprel

Qusarda arıçılığa maraq çoxdur

09:10
27 Aprel

Boradigah qəsəbəsində ağacəkmə aksiyası olub

09:05
27 Aprel

Sumqayıt da yaşıllaşır

09:00
27 Aprel

Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir

08:55
27 Aprel

Türkiyə klubu finalda

08:50
27 Aprel

"İmişli" və "Karvan" Premyer Liqada

08:45
27 Aprel

Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçildi

08:40
27 Aprel

Avropa İttifaqı Azərbaycanın əhəmiyyətini anlayır və əvvəllər mövcud olan stereotiplərdən geri çəkilir

08:35
27 Aprel

Tarix ən böyük ibrət dərsidir

08:30
27 Aprel

Cümhuriyyət Ordusu 1920-ci il 28 aprel işğalının qarşısını ala bilərdimi?

08:25
27 Aprel

Lerik kəndliləri builki baharı bərəkət fəsli adlandırırlar 

08:20
27 Aprel

Milli mətbuatımızın 150 illiyi ölkəmizdə geniş qeyd olunacaq

08:15
27 Aprel

Avropa İttifaqı Azərbaycanla münasibətləri daha da inkişaf etdirməkdə maraqlıdır

08:10
27 Aprel

Mühüm mərhələnin başlanğıcı

08:05
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!