27 Aprel 2025 11:15
726
SİYASƏT
A- A+
Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü

Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü


Azərbaycan xalqı tarix boyu ana dilini qoruyub yaşatmışdır. Bu, həm də milli kimliyə, mədəni irsə və mənəvi dəyərlərə sədaqətin təzahürü olmuşdur. Zaman-zaman qarşıya çıxan siyasi - ideoloji maneələrə baxmayaraq, xalqmız öz dilinə sarsılmaz bağlılığını qoruyub saxlamışdır. Bu gün isə həmin tarixi ənənə dövlət səviyyəsində davam etdirilir, ana dilimizin saflığının qorunması və gələcək nəsillərə çatdırılması üçün ardıcıl tədbirlər görülür.

Məlumdur ki, SSRİ-nin rəsmi ideoloji siyasəti milli dillərin tədricən arxa plana keçməsinə və funksional imkanlarının zəifləməsinə gətirib çıxarmışdı. Belə bir mürəkkəb dönəmdə 1978-ci il aprelin 27-də Azərbaycan dilinin Konstitusiyada dövlət dili kimi təsbit olunması Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasətinin və milli maraqlara sədaqətinin bariz nümunəsidir. Bu, həm də xalqın milli kimliyinin qorunması yolunda atılmış əhəmiyyətli addım olmuşdur.

Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərliyi dövründə də ana dilimizin qorunması və inkişafı istiqamətində ardıcıl və sistemli siyasət həyata keçirmişdir. 1995-ci ildə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması bu istiqamətdə daha bir mühüm mərhələ idi.

2001-ci ildə imzalanan “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanla bu sahədə institusional mexanizmlər yaradılmışdır. Prezident yanında Dövlət Dil Komissiyasının fəaliyyətə başlaması dil siyasətinin koordinasiyası və normativ bazanın formalaşdırılması baxımından mühüm rol oynamışdır. Eyni zamanda, 2002-ci ildə “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanunun qəbul edilməsi dilin istifadəsinin tənzimlənməsi və qorunması sahəsində hüquqi çərçivəni tam şəkildə müəyyən etmişdir.

Ulu Öndər Heydər Əliyev dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli-mənəvi varlığın daşıyıcısı olduğunu vurğulamışdır. Ümummilli Liderin “Xalqı xalq edən, milləti millət edən onun dilidir” fikri ana dilinin xalqın mənəvi kimliyini və ideoloji dayaqlarını formalaşdıran başlıca amil olduğunu aydın şəkildə ifadə edir. Dahi Liderin nitqlərində tez-tez ana dili ilə bağlı dəyərli fikirlər səslənmişdir.

Ana dilimizi qorumaq üçün müstəsna əhəmiyyətə malik addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Prezident İlham Əliyevin 2013-cü ildə təsdiq etdiyi «Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı»nı buna misal göstərmək olar. Proqramın məqsədi qloballaşma şəraitində Azərbaycan dilinin imkanlarından dövrün tələblərinə uyğun istifadəni və ölkədə dilçiliyin inkişafını təmin etməkdir.

Ana dilimizin qorunması və inkişafı uğrunda atılan hər bir addım milli kimliyin və dövlət müstəqilliyinin möhkəmləndirilməsinə xidmət edir. Ümummilli Lider Heydər Əliyev və Prezident İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan dili həm də beynəlxalq müstəvidə tanınan dillərdən birinə çevrilmişdir.


Mahir SÜLEYMANLI, 

Milli Məclisin deputatı 


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ədliyyə Nazirliyi bələdiyyələrə metodoloji dəstək göstərir  

11:13
13 Mart

ÜST-nin Baş direktoru Bakıda yeni pandemiya təhlükəsi ilə bağlı xəbərdarlıq edib  

11:08
13 Mart

Nazir: Orta Dəhliz qarşılıqlı yük tranziti baxımından mühüm əhəmiyyət kəsb edir

11:01
13 Mart

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!