17 Aprel 2026 08:10
520
SİYASƏT
A- A+
Aİ-nin ikinci missiyasının məqsədi nədir?

Aİ-nin ikinci missiyasının məqsədi nədir?


Avropa İttifaqına (Aİ) üzv dövlətlərin səfirləri Brüsseldə Ermənistana mülki missiya göndərilməsi barədə qərarı təsdiqləyiblər. Bildirilib ki, bu addım qərarın gələn həftə Aİ xarici işlər nazirlərinin görüşündə yekun təsdiqinə yol açır. Xatırladaq ki, Aİ-nin birinci missiyası Ermənistana 2023-cü ilin fevralında gəlib və Azərbaycanla sərhəd bölgələrdə müşahidə aparır. Missiyanın 2027-ci il fevralın 19-dək Ermənistanda qalması nəzərdə tutulur. Yeni missiyanın isə Ermənistanın Aİ standartlarına uyğun olaraq hibrid təhdidləri daha effektiv aşkar edib cavab verə bilməsi üçün təhlükəsizlik potensialını qiymətləndirəcəyi bildirilir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi Fuad Abdullayev bizimlə söhbətində Avropa İttifaqının ikinci missiyasının məqsədlərindən danışıb. Siyasi təhlilçi bildirib ki, Avropa İttifaqına üzv dövlətlərin səfirlərinin Brüsseldə Ermənistana yeni mülki xarakterli missiyanın göndərilməsi barədə qərarı ilk baxışdan Qərb təsisatlarının genişlənməsi kimi görünsə də, məsələnin dərinliyinə endikdə tamamilə fərqli mənzərənin şahidi oluruq. İlk növbədə Aİ-nin Ermənistana göndərdiyi ikinci missiyanın mahiyyətini birinci missiyadan kəskin şəkildə fərqləndirmək lazımdır. "Əgər birinci missiya şərti sərhəd zonasında müşahidə aparmaq, kəşfiyyat işi görmək məqsədilə göndərilmişdisə, yeni missiyanın xarakteri tamamilə fərqlidir. İkinci missiyanın Ermənistanın daxili-siyasi gündəliyi, xüsusən də qarşıdan gələn seçkilər və daxili sabitlik məsələləri ilə sıx bağlı olduğunu istisna etmirəm. Daha dəqiq desək, birinci missiyadan fərqli olaraq ikinci missiyanın seçkiqabağı dövrdə Ermənistana qarşı yönələ biləcək hibrid hücumların qarşısını almaq və ölkənin institusional dayanıqlılığını artırmaq məqsədilə fəaliyyət göstərəcəyini düşünürəm. Belə ki, mart ayında Ermənistan mətbuatında hibrid hücumlarla bağlı mübarizəyə dəstək olmaq üçün Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Aİ-yə məktubla müraciət etdiyi xəbəri yayılmışdı. Ümumiyyətlə, hibrid hücumlar dedikdə dezinformasiya kampaniyaları, kiber hücumlar,  seçki prosesinə xarici və daxili müdaxilələr nəzərdə tutulur", - deyə o əlavə edib.

Ermənistan cəmiyyətində revanşist qüvvələrin mövcud olduğunu deyən F.Abdullayev qeyd edib ki, onlar vəziyyəti destabilizasiya etmək üçün hər cür vasitələrdən istifadə edə bilərlər. Aİ bu ehtimalları nəzərə alaraq seçki prosesini qorumaq üçün bu addımı atıb. Son vaxtlar Ermənistanda hazırkı iqtidara qarşı ciddi hibrid hücumlar həyata keçirilir. Məsələnin digər vacib tərəfi missiyanın müddəti ilə bağlıdır. Birinci missiyadan fərqli olaraq yeni qrupun uzun müddət qalacağı inandırıcı deyil, çünki əsas hədəf seçkiqabağı hibrid təhdidlərlə mübarizə aparmaqdır. Bu isə o deməkdir ki, seçkidən sonra bu missiyanın geri qayıdacağı ehtimalı yüksəkdir.

Siyasi təhlilçi bildirib ki, burada daimi mövcudluqdan deyil, konkret siyasi hadisəyə hesablanmış məhdud zaman çərçivəsində fəaliyyət göstərəcək müvəqqəti və texniki dəstək missiyasından söhbət gedir: "Bu faktın özü missiyanın sülh prosesinə ehtimal olunan təsirlərini xeyli azaldır. Ən azından hazırkı məlumatlar məsələni bu cür təhlil etməyə əsas yaradır. Qərarın hazırkı sülh danışıqlarına təsirlərinə gəlincə, Azərbaycan və Ermənistan arasında gedən danışıqlar fonunda bu sual cəmiyyətimizdə haqlı olaraq xüsusi maraq doğurur. Fikrimcə, bu missiya sülh prosesinə hər hansı ləngidici, destruktiv təsir etməyəcək. Birincisi, bu missiyanın fəaliyyət gündəliyi birbaşa Ermənistanın daxili-siyasi immuniteti və informasiya məkanıdır. İkinci əsas məqam isə sərhəd məsələsidir. Həm də bu missiyanın birincidən fərqli olaraq şərti sərhəddə hər hansı fəaliyyəti, kəşfiyyat xarakterli müşahidəsi nəzərdə tutulmur. Digər tərəfdən, beynəlxalq ictimaiyyətə, o cümlədən rəsmi İrəvana da bəllidir ki, sülh prosesində Azərbaycanın əsas tələbi şərti sərhəd zonasında üçüncü qüvvələrin, kənar dairələrin və ya beynəlxalq hərbi mülki missiyaların yer almamasıdır. Bizim fundamental prinsipimiz ondan ibarətdir ki, regional problemlər məhz region dövlətləri tərəfindən kənar müdaxilələr olmadan ikitərəfli formatda öz həllini tapmalıdır". 

Kənar qüvvələrin sərhəd zolağına gətirilməsinin sülhə xidmət etmədiyini deyən F.Abdullayev bildirib ki, ikinci missiya sərhəddən uzaqda fəaliyyət göstərəcəyi üçün Azərbaycanın irəli sürdüyü mühüm qırmızı xətti hazırkı şərtlərdə pozmur. Sərhəddə fiziki fəaliyyət nəzərdə tutulmadığı təqdirdə sülh danışıqlarının ahənginin pozulması üçün heç bir əsas yoxdur. Bu qərar sülh danışıqlarında hər hansı gərginlik yaratmayacaq. Rəsmi İrəvan yaxşı bilir ki, Azərbaycan tərəfi birinci missiya ilə bağlı qərarı alqışlamır, bu barədə narazılığını açıq şəkildə bəyan edib. Bu gün sülh danışıqları çərçivəsində gəlinən mərhələyə də nəzər salsaq görərik ki, Azərbaycanın tələbi paraflanmış sülh sazişində də rəsmən öz əksini tapıb. Bu müddəada hər iki ölkə sərhədlərinə üçüncü ölkələrin qüvvələrinin yerləşdirməmə öhdəliyi götürüb. Belə bir hüquqi və siyasi məsuliyyətin mövcudluğu fonunda İrəvanın manevr imkanları da son dərəcə məhduddur. "Ermənistan fərqindədir ki, paraflanmış sülh müqaviləsinin mətni və ruhu ilə açıq-aşkar ziddiyyət təşkil edəcək hər hansı addımın atılması, o cümlədən bu missiyanın məqsədlərindən kənara çıxarılaraq, sərhəd boyunca yerləşdirilməsinə cəhd edilməsi sülh prosesinə birbaşa zərbə olacaq. Məhz bu fundamental səbəblərə, regional reallıqlara söykənərək qeyd edə bilərəm ki, hazırkı mürəkkəb vəziyyətdə Ermənistanın sülh prosesini pozacaq, danışıqlara zərbə vuracaq hər hansı ehtiyatsız və ya təxribatçı addım atması real görünmür. İkinci missiya Azərbaycana qarşı təzyiq aləti qismində istifadə oluna bilməz. Belə bir cəhd olarsa, bu, birbaşa İrəvanın əleyhinə işləyəcək", - deyə o bildirib.

Siyasi təhlilçi yekunda vurğulayıb ki, sülh danışıqları konstruktiv və ikitərəfli inkişaf xəttini qoruyaraq davam etmək potensialına tam malikdir. Azərbaycan regionda hərəkətverici qüvvə kimi öz haqlı mövqeyi ilə proseslərin tam mərkəzində dayanır.


Ə.QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Emin Ağalarov: “Sea Breeze”də sahil iqliminə uyğunlaşdırılmış 11 milyon ağac və bitki əkilib

15:48
26 May

Müstəqil Dövlətlər Birliyinin Baş katibi Sergey Lebedevdən  

15:46
26 May

Emin Ağalarov: İnfrastrukturun inkişafı “Sea Breeze”in investisiya cəlbediciliyinin əsas hərəkətverici qüvvəsi olaraq qalır  

15:45
26 May

2026-cı ilin daimi seçici siyahıları dəqiqləşdirilib - MSK-da iclas

15:44
26 May

Rusiya səfiri: “Sea Breeze” Azərbaycanın turizm və mədəni cəlbediciliyinin bir hissəsinə çevrilib

15:43
26 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

15:42
26 May

Azərbaycandan Türkiyəyə ixracın dəyəri 1 milyard dolları ötüb

15:42
26 May

Səfir: Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq möhkəmlənməyə davam edir

15:41
26 May

Ali Məclisin yaz sessiyası başa çatıb

15:39
26 May

WUF13 Azərbaycanın növbəti qlobal uğuru oldu 

15:37
26 May

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən

15:31
26 May

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

15:29
26 May

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər  

15:22
26 May

Kənd təsərrüfatı yeni inkişaf dövrünə qədəm qoyur

15:07
26 May

2026/2027-ci tədris ili üzrə doktoranturaya yeni qəbul qaydaları açıqlanıb

15:07
26 May

Xocalıya daha 29 nəfər qayıdıb

15:01
26 May

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ 

14:50
26 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

14:36
26 May

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

14:32
26 May

Milli Məclisin yaz sessiyası başa çatıb

14:30
26 May

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb  

14:26
26 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!