17 Aprel 2026 08:20
361
İQTİSADİYYAT
A- A+
Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin görüşü keçirilir

Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin görüşü keçirilir


Aprelin 16-da Belçika Krallığının paytaxtı Brüssel şəhərində Ümumdünya Gömrük Təşkilatının Avropa Regionu Gömrük Xidməti Rəhbərlərinin görüşü öz işinə başlayıb. Tədbirdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Şahin Bağırovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Avropa regionuna daxil olan 52 üzv dövlətin gömrük xidmətləri rəhbərlərinin, ÜGT Katibliyinin nümayəndələrinin və özəl sektor təmsilçilərinin bir araya gəldiyi görüşdə regional əməkdaşlığın gücləndirilməsi, institusional inkişafın sürətləndirilməsi və ÜGT-nin strateji prioritetlərinə uyğun fəaliyyət istiqamətlərinin müəyyən edilməsinə dair məsələlər müzakirə edilir.

Ümumdünya Gömrük Təşkilatının Baş katibi çıxışında 2026-cı il üzrə Avropa regionu gömrük rəhbərlərinin Brüsseldə keçirilən görüşünün region ölkələri arasında dialoqun gücləndirilməsi, ortaq maraq kəsb edən məsələlərin müəyyənləşdirilməsi və regional səviyyədə əldə olunmuş nəticələrin qiymətləndirilməsi baxımından mühüm rol oynadığını vurğulayıb. Bildirilib ki, görüş ÜGT-nin iyun ayında keçiriləcək Şura sessiyalarına hazırlıq üçün, eləcə də  təşkilatın Strateji Planı çərçivəsində ticarətin asanlaşdırılması, modernləşmə və təchizat zəncirinin təhlükəsizliyi kimi istiqamətlər üzrə əldə olunan irəliləyişlərin müzakirəsinə əlverişli şərait yaradır. Baş katib həmçinin ÜGT-nin fəaliyyətinin üzv ölkələrin gözləntilərinə uyğun şəkildə davam etdiyini, yeni təşəbbüslərin strateji hədəflərlə uzlaşdırıldığını və idarəetmə, kommunikasiya, eləcə də texnoloji inkişaf sahələrində mühüm addımların atıldığını diqqətə çatdırıb.

Eyni zamanda iştirakçılar rəqəmsallaşma, süni intellekt əsaslı idarəetmə, elektron ticarətin sürətli inkişafı, məlumat keyfiyyətinin artırılması və risklərin effektiv idarə olunması kimi sahələrdə region daxilində daha sıx əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüş çərçivəsində ÜGT-nin Bakı şəhərində yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin fəaliyyəti və gələcək inkişaf perspektivləri də geniş müzakirə olunub. Bildirilib ki, sözügedən ofis region üzrə potensialın gücləndirilməsi sahəsində əsas əlaqələndirici platforma kimi çıxış edərək üzv dövlətlər arasında bilik və təcrübə mübadiləsinin təşkili, qabaqcıl təcrübələrin paylaşılması və institusional imkanların artırılması baxımından mühüm rol oynayır.

Tədbirdə həmçinin gömrük orqanları ilə özəl sektor arasında əməkdaşlığın genişləndirilməsi məsələsi, eləcə də region üzrə Özəl Sektor Məsləhətçi Qrupunun yaradılması təşəbbüsü müzakirə olunur. Bu təşəbbüsün transsərhəd ticarətin səmərəli təşkili, risklərin daha effektiv idarə olunması və innovativ yanaşmaların tətbiqi baxımından əlavə imkanlar yaradacağı qeyd edilib.

Bununla yanaşı, ÜGT-nin idarəedici orqanlarında regionun təmsil olunması, o cümlədən Siyasi Komissiya, Maliyyə və Audit Komitələri üzrə seçkilər, həmçinin Bergen Razılaşması çərçivəsində təmsilçilik mexanizmlərinin təkmilləşdirilməsi məsələləri də gündəlikdə yer alır.

İki gün davam edəcək görüşün yekununda müzakirə edilən məsələlər üzrə ortaq yanaşmaların formalaşdırılması, regional əməkdaşlığın daha da dərinləşdirilməsi və ÜGT platformasında Avropa regionunun mövqeyinin gücləndirilməsi istiqamətində növbəti addımların müəyyən edilməsi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

PSJ ardıcıl 2-ci dəfə Çempionlar Liqasının qalibi olub  

23:30
30 May

Xankəndidə keçirilən çay və qəhvə festivalı atəşfəşanlıqla başa çatıb

22:41
30 May

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!