26 Aprel 2025 15:28
571
CƏMİYYƏT
A- A+
Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib

Dünya səyyahları Cəbrayılda minatəmizləmə prosesini izləyib


İşğaldan azad edilən ərazilərdə səfərdə olan tanınmış dünya səyyahları bu gün Cəbrayıla gəliblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, burada səyyahlar işğaldan azad edilən Mehdili kəndi ərazisində ANAMA tərəfindən aparılan minatəmizləmə işləri ilə tanış olublar. Onlara işğal zamanı ərazilərin həddən çox minalarla çirkləndirilməsi barədə, həmçinin ötən dövrdə mina təhlükəsi nəticəsində həlak olanların və sağlamlığını itirənlərin olduğu haqda məlumat verilib. Ərazilərdə tank əleyhinə minaların, piyada əleyhinə minaların, həmçinin qarışıq mina xətlərinin çox olduğu bildirilib. Bundan başqa, axtarış vaxtı ərazidə partlamamış silah-sursatlar da aşkarlandığı deyilib. Qeyd edilib ki, aşkarlanan piyada əleyhinə minaların əsas tərkib hissəsi Ermənistan istehsalıdır. Səyyahlara, həmçinin məlumat verilib ki, ərazidə təmizləmə işləri mexaniki üsulla, əl ilə və təlim keçmiş itlər vasitəsilə olmaqla üç üsulla aparılır.

ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev müsahibəsində bildirib ki, Cəbrayıl rayonu Mehdili kəndi ərazisində yerləşən Mehdili/006/05 mina sahəsində 92 iş günüdür təmizləmə əməliyyatı aparılır və minalı sahə 83 min 511 kvadratmetrdir. “Bu günə kimi ərazinin 82,4 faiz olmaqla 56 min 500 kvadratmetri təmizlənib və 875 ədəd mina və bir kustar üsulla hazırlanan partlayıcı qurğu aşkarlanıb. Ərazidə tapılan minalar partlayış qrupu tərəfindən zərərsizləşdirilib. Ərazidə aşkarlanan minaların 720 ədədi piyada əleyhinə minalardır və Ermənistan istehsalıdır. 155 ədəd isə tank əleyhinə olan minalardır ki, bunlar Rusiya istehsalıdır. Sahə kənd ərazisi olduğu üçün torpaqda metallarla çirklənmə həddən çox səviyyədədir, bu da detektorla işləməyi çətinləşdirir. Bu səbəbdən, ərazidə təmizləmə-qazma üsulu ilə yəni, kiçik bellərlə minaaxtaranlar 20 santimetr dərinlikdə qazaraq aşkara çıxarılan minaların ətrafını işarələyirlər. Mina xətlərinin keçmədiyi sahələrdə isə mexaniki vasitələrlə, daha sonra həmin ərazidə minaaxtaran itlərlə əməliyyat tədbirləri həyata keçirilir”, - deyə o bildirib.

Daha sonra ərazidə aşkarlanan minaların partladılma yolu ilə zərərsizləşdirilməsi prosesi həyata keçirilib.

Qeyd edək ki, “NomadMania” səyyah klubunun təşəbbüsü ilə gerçəkləşən səfərdə dünyanın 30 ölkəsinin - ABŞ, Britaniya, Belçika, Almaniya, İsveçrə, Polşa, Niderland, Fransa, Braziliya, Mərakeş, Danimarka, Çili, Portuqaliya, Sierra Leone, Ruanda, Suriya, Hindistan, Serbiya, Yunanıstan, Albaniya, Türkiyə, Slovakiya, Sinqapur, İtaliya, İspaniya, İran, Kamerun, Çin, Avstraliya və Yeni Zelandiyanın səyyah elitasında yer alan nüfuzlu beynəlxalq səyahətçiləri iştirak edir. Heyət 3 gün ərzində Qarabağda və Şərqi Zəngəzurda olacaq. Onlar aparılan nəhəng bərpa və quruculuq işlərini, minatəmizləmə fəaliyyətini, Ermənistan tərəfindən işğal dövründə törədilmiş vəhşilikləri, dağıntıları müşahidə edir.

Bu səfər azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılmasında müstəsna rol oynayır.

Qeyd edək ki, Vətən müharibəsindən ötən 5 il ərzində dünyanın əsas beynəlxalq səyyah şəbəkələrinin – ETIC, MTP, TCC, NomadMania və əksəriyyəti bu klubların üzvləri olan Türkiyə Gəzginlər Klubu, Club-100 (İsveç), “Piki Reels” (Böyük Britaniya), “Vagaclub” (Norveç) klublarının geniş tərkibdə heyətlərinin 12 dəfə Qarabağ və Şərqi Zəngəzura səfərləri gerçəkləşib. Budəfəki səfər isə prosesin davamı olmaqla, beynəlxalq səyyahların azad edilmiş ərazilərə sayca 13-cü qrup səfəridir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir

17:50
11 Mart

Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk  

17:49
11 Mart

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib  

17:48
11 Mart

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNƏCƏK  

17:47
11 Mart

Migel Angel Moratinos Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində siyasətini yüksək qiymətləndirib  

17:33
11 Mart

Prezident İlham Əliyev: Biz külək və Günəş enerji stansiyalarına böyük sərmayə yatırırıq  

17:30
11 Mart

Prezident İlham Əliyev: Avropa İttifaqı ilə ikitərəfli münasibətlərimiz uğurla inkişaf edir  

17:30
11 Mart

Azərbaycan ilə İndoneziya arasında aqrar sahədə İşçi Qrup yaradılacaq  

17:28
11 Mart

Mütəxəssis: Martda hava şəraitinə uyğun geyinmək və temperatur dəyişiklikləri ilə bağlı diqqətli olmaq lazımdır  

17:28
11 Mart

Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti ilə təkbətək görüşü keçirilir

17:27
11 Mart

Əmək və əhalinin sosial müdafiə naziri Laçında vətəndaşların müraciətlərini dinləyib  

17:22
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!