11 Mart 2026 18:01
164
CƏMİYYƏT
A- A+
Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 


Martın 11-də parlamentdə Milli Məclisin Aqrar siyasət komitəsinin təşkilatçılığı ilə "Kənd təsərrüfatında süni intellektin tətbiqi: nəticələr və perspektivlər" mövzusunda ictimai dinləmə keçirilib.

AZƏRTAC xəbər verir ki, Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev son illərdə Azərbaycanda rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atıldığını və müxtəlif sahələri əhatə edən müasir rəqəmsal platformaların formalaşdırıldığını deyib.

Kənd təsərrüfatı naziri Məcnun Məmmədov isə diqqətə çatdırıb ki, son illərdə Azərbaycanda aqrar sahədə rəqəmsal transformasiya istiqamətində mühüm layihələr həyata keçirilir, elektron kənd təsərrüfatı informasiya sistemi təkmilləşdirilir, fermerlərin müasir texnologiyalara çıxış imkanları genişləndirilir. O vurğulayıb ki, süni intellekt əsaslı həllərin tətbiqi torpaq və bitki monitorinqi, məhsuldarlığın proqnozlaşdırılması, suvarma və digər aqrotexniki proseslərin daha səmərəli idarə olunmasına xidmət edir.

Nazir qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyi aqrar sahədə genişmiqyaslı rəqəmsal transformasiyanın artıq ikinci mərhələsini həyata keçirir. Aqrar Süni İntellekt layihəsi çərçivəsində aqrar sahədə qərarverməni daha dəqiq və məlumatəsaslı etmək məqsədilə 30-dan artıq süni intellekt modulu müəyyən edilib. Bu modullar torpaq, iqlim, peyk məlumatları, sahə müşahidələri və digər mənbələri birləşdirərək həm dövlətin strateji idarəçiliyinə, həm də fermer təsərrüfatlarında qərarverməyə dəstək verir. Beləliklə, aqrar idarəetmə modeli ənənəvi təcrübə yanaşmasından məlumat əsaslı və proqnozlaşdırılan qərarvermə modelinə keçir.

Sonra Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Süni İntellekt layihəsinin rəhbəri Surxay Novruzov bu layihə ilə bağlı slaydlarla müşayiət olunan təqdimatla çıxış edib. O vurğulayıb ki, süni intellekt əsaslı həllərin tətbiqi vasitəsilə bitkilərin inkişafı, xəstəlik və zərərverici riskləri, torpaq xüsusiyyətləri, suvarma ehtiyacları və məhsuldarlıq proqnozları üzrə analitik məlumatlar formalaşdırılır və vahid rəqəmsal platformada emal olunaraq fermerlərə mobil tətbiqlər və digər kommunikasiya kanalları vasitəsilə çatdırılır.

Sonra dinləmədə mövzu ərafında aparılan müzakirələr aparılıb. Bu sahədə süni intellekt üzrə mütəxəssislərin yetişdirilməsi, aqrar sektorda ixtisaslı kadrların hazırlanması, elmi tədqiqatların və ali təhsil müəssisələrinin fəaliyyətinin gücləndirilməsi, fermerlərin informasiya sistemlərinə və rəqəmsal xidmətlərə çıxışının genişləndirilməsi, kənd təsərrüfatında yeni texnologiyalardan istifadənin stimullaşdırılması kimi məsələlərlə bağlı fikir və təkliflərini səsləndirilib.

Sonra kənd təsərrüfatı naziri Məcnun Məmmədov tədbirdə deyilən fikirlərə münasibətini bildirib.

İctimai dinləməyə yekun vuran komitə sədri Tahir Rzayev dinləmədə səslənən fikirlərin kənd təsərrüfatında süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsinə və fermerlərin fəaliyyətinin daha effektiv təşkilinə xidmət edəcəyinə əminliyini bildirib. Komitə sədri vurğulayıb ki, dövlət tərəfindən bu sahəyə göstərilən dəstək və müasir texnologiyaların tətbiqi ölkəmizin ərzaq təhlükəsizliyini daha da möhkəmləndirəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

20:37
11 Mart

Azərbaycanla Latviya arasında qanunvericilik və təcrübə mübadiləsi güclənir  

20:36
11 Mart

Paşinyan: Ermənistan Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında avtomobil yolunu açmağa hazırdır  

20:34
11 Mart

Mədəniyyət naziri: Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığın inkişafına böyük önəm verir  

20:33
11 Mart

Nikol Paşinyan: Ermənistanın TRIPP layihəsini həyata keçirməmək və ya təxirə salmaq üçün heç bir əsası yoxdur  

20:33
11 Mart

Türkiyə Ordusunun Quru Qoşunları komandanı Əlahiddə Ümumqoşun Orduda olub

20:32
11 Mart

Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva “Yaşama Dəstək” Mərkəzində olublar

20:30
11 Mart

36 İndoneziya vətəndaşı İrandan təxliyə olunub 

20:28
11 Mart

Laçında özünüməşğulluq proqramı çərçivəsində qurulmuş təsərrüfatlara baxış olub

18:40
11 Mart

CENTCOM: ABŞ İranda 5,5 mindən çox hədəfə zərbə endirib  

18:31
11 Mart

İran: Bir barel neftin qiymətinin 200 dollara çatacağı günə hazır olun  

18:25
11 Mart

Antonio Koşta: Bakı-Naxçıvan dəmir yolu layihəsi Avropa və Asiya arasında dayanıqlı marşrut yaradacaq  

18:23
11 Mart

BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı Azərbaycanla Orta Dəhliz çərçivəsində əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır  

18:23
11 Mart

Azərbaycan və Serbiya ordularının Baş Qərargah rəisləri arasında telefon danışığı olub  

18:12
11 Mart

Azərbaycanın Baş naziri Kosta Rikanın Birinci vitse-prezidenti ilə görüşüb

18:08
11 Mart

Milli Məclisdə ictimai dinləmə: Kənd təsərrüfatında süni intellektin tətbiqi, nəticələr və perspektivlər 

18:01
11 Mart

Agentlik ölkəyə repatriasiya olunan Azərbaycan vətəndaşlarının sayını açıqlayıb  

17:57
11 Mart

Aİ Şurasının Prezidenti: Azərbaycan Avropa İttifaqı üçün çox mühüm tərəfdaşdır  

17:53
11 Mart

Antonio Koşta: Enerji tərəfdaşlığımız heç vaxt olmadığı qədər əhəmiyyətlidir

17:50
11 Mart

Antonio Koşta: Azərbaycanın Aİ vətəndaşlarının İrandan təxliyəsində əvəzsiz yardımını yüksək qiymətləndiririk  

17:49
11 Mart

Azərbaycan Çin ilə müasir IT və süni intellekt həllərinin inkişafı istiqamətində əməkdaşlığı dəyərləndirib  

17:48
11 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!