27 Aprel 2025 09:20
20819
Hüquq məsləhəti
A- A+
Bilmək istəyirəm

Bilmək istəyirəm


- Küçədə təsadüfən bir hadisənin şahidi oldum və məni şahid kimi çağırıblar. Getmək məcburidirmi?


Sahib Samiroğlu,

Sumqayıt şəhəri


- Əgər şahid olduğunuz hadisə cinayət əməli ilə bağlıdırsa, siz cinayət prosesini həyata keçirən orqan tərəfindən şahid qismində çağırıla bilərsiniz və bu halda həmin orqanın çağırışı üzrə ifadə vermək üçün həmin orqana getməyiniz sizin vəzifənizdir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 95.4.1-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanın çağırışı ilə istintaq və ya digər prosessual hərəkətlərdə iştirak etmək üçün gəlmək və dindirmədə ona məlum olan bütün hallar üzrə suallara tam və düzgün cavab vermək şahidin vəzifəsidir. Şahidin öz vəzifələrini icra etməməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Bununla belə dindirmə zamanı şahidin hansı cinayət işi üzrə çağrıldığını bilmək özünə və yaxın qohumlarına qarşı ifadələrin verilməsindən, materialların və məlumatların təqdim olunmasından imtina etmək; cinayət prosesi zamanı sərf etdiyi xərclərin ödənilməsinə və cinayət təqibini həyata keçirən orqanın qanunsuz hərəkətləri nəticəsində ona vurulmuş ziyana görə kompensasiya almaq və digər hüquqları mövcuddur.


- Azyaşlı övladımın adını dəyişdirmək istəyirəm. Bu mümkündürmü? Əgər mümkündürsə, bunun üçün hansı hüquqi prosedurlar tələb olunur?


Jasmin HƏSƏNİ, 

Masazır qəsəbəsi


- Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları"nın 2.1-ci bəndinə əsasən, uşağa ad valideynlərin razılığı ilə verilir. Eyni zamanda qaydaların 6-cı maddəsinə uyğun olaraq, adın növbəti dəfə dəyişdirilməsinə valideyinlərin razılığı, uşağın marağı nəzərə alınmaqla yol verilir. Bundan başqa, nəzərə almaq lazımdır ki, qaydaların 1.4-cü bəndinə görə uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Bu müddəa uşağın adının dəyişdirilməsi halına da aiddir. Adın dəyişdirilməsi haqqında ərizə vətəndaşın seçdiyi yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbəsinə verilir. Ərizə iki nüsxədə təqdim olunur. Nüsxələrdən birinin üzərində ərizənin qəbul edilməsinə dair qeyd aparılır və o, ərizə verən şəxsə qaytarılır. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: yetkinlik yaşına çatmayanın doğum haqqında şəhadətnaməsinin surəti; yetkinlik yaşına çatmayanın 10 yaşı varsa, razılıq ərizəsi; valideynlərin rəsmi nikahda yaşamasını təsdiq edən şəhadətnamənin surəti (boşanma varsa, nikahın ləğv edilməsi haqqında, valideynlərdən biri vəfat edibsə, ölümü haqqında şəhadətnamənin surəti); ərizəçilərin şəxsiyyətlərini təsdiq edən sənədlərin surətləri; yaşayış yerindən arayış; valideynlərin notariat qaydasında təsdiq olunmuş birgə ərizəsi.

Valideynlər arasında uşağın adına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən adıçəkilən qaydaların müddəaları nəzərə alınmaqla həll edilir.


Sualları cavablandırdı:

Fərhad NƏCƏFOV,

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Solo gənclik” layihəsi çərçivəsində gənc vokal ifaçısı Altun Süleymanov konsert proqramı ilə çıxış edib

11:17
08 Dekabr

Şahmar Mövsümov: Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb  

11:02
08 Dekabr

Azərbaycan Prezidentinin köməkçisi: Vicdanlı sahibkarlara hərtərəfli dəstək və xüsusi diqqət göstərilməlidir  

11:01
08 Dekabr

DİN: Son iki gündə 53 cinayətin açılması təmin edilib  

11:00
08 Dekabr

Vətəndaşlar qaz təchizatı ilə bağlı müayinə aktlarına “mygov” platformasında baxa biləcəklər  

10:59
08 Dekabr

Dünya bazarında qızıl bahalaşıb, gümüş ucuzlaşıb

10:58
08 Dekabr

Tailand Kamboca ilə qarşıdurmaya döyüş təyyarələri cəlb edib  

10:57
08 Dekabr

Dünya birjalarında neft bahalaşıb  

10:56
08 Dekabr

Qərbi Azərbaycan İcması ötən üç ildə hansı hədəflərinə nail olub?  

10:51
08 Dekabr

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində zərərli vərdişlərlə mübarizəyə həsr olunan tədbir keçirilib  

10:37
08 Dekabr

Maqnit qasırğası gözlənilir

10:15
08 Dekabr

Çin Yaponiyanın təhlükəsizliyinə təhdid yaratdığını bəyan edib  

09:44
08 Dekabr

MN: Pirəkəşkül və Ağdərədə istismar müddəti başa çatmış döyüş sursatları məhv ediləcək  

09:40
08 Dekabr

Kəlbəcər, Laçın, Qubadlı, Şahdağa qar yağır - FAKTİKİ HAVA

09:39
08 Dekabr

ABŞ gələn il Ukraynaya 400 milyon dollar hərbi yardım ayırmağı planlaşdırır

09:31
08 Dekabr

BMT Təhlükəsizlik Şurası Ukrayna ilə bağlı iclas keçirəcək  

09:12
08 Dekabr

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!