27 Aprel 2025 08:05
607
SİYASƏT
A- A+
Mühüm mərhələnin başlanğıcı

Mühüm mərhələnin başlanğıcı


Kaya Kallasın səfəri Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni səhifə açır


"Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə səfəri Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından olduqca əhəmiyyətli bir addımdır. Bu səfər bir daha sübut etdi ki, Azərbaycan regionda etibarlı tərəfdaş kimi qəbul olunur və beynəlxalq əməkdaşlıqda mühüm aktora çevrilib".

Bunu Milli Məclisin deputatı Kamran Bayramov "Azərbaycan" qəzetinə açıqlamasında bildirib.

K.Bayramov qeyd edib ki, Azərbaycanın həyata keçirdiyi balanslı və müstəqil xarici siyasət, o cümlədən, Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilir. Kaya Kallasın səfəri bu reallığın bir daha təsdiqidir. Xüsusilə, Avropa İttifaqı ilə yeni tərəfdaşlıq sazişi üzərində aparılan danışıqlar kontekstində bu səfər müsbət dinamikanın davamı kimi qiymətləndirilməlidir. Azərbaycan-Aİ münasibətləri qarşılıqlı hörmət və bərabərhüquqlu tərəfdaşlıq prinsipləri əsasında qurulur. 

Deputat diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallası qəbul etməsi, Azərbaycan-Aİ münasibətlərində yeni və mühüm mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu görüş tərəflər arasında strateji əməkdaşlığın daha da dərinləşdirilməsi və hüquqi çərçivənin formalaşdırılması baxımından əhəmiyyətli dönüş nöqtəsi sayılmalıdır: "Dövlətimizin başçısı Kaya Kallası qəbul edərkən Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu dedi və "Cənub qaz dəhlizi"nin 4 ildir fəaliyyət göstərərək Avropanın qaz təchizatında oynadığı əhəmiyyətli rola toxundu. "Cənub Qaz Dəhlizi" Məşvərət Şurası çərçivəsində Azərbaycanla Avropa İttifaqı arasında uğurlu və səmərəli dialoqun mövcud olduğunu deyən dövlətimizin başçısı bərpaolunan enerji sahəsində də əməkdaşlıq üçün böyük imkanların olduğunu bildirdi". 

Deputatın sözlərinə görə, öz növbəsində Kaya Kallas Avropa İttifaqının Azərbaycanla əlaqələri yüksək dəyərləndirdiyini və bu münasibətləri daha da inkişaf etdirməkdə maraqlı olduğunu qeyd edib. Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində çox uğurlu və səmərəli əməkdaşlığın olduğunu vurğulayan qonaq ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş rolunda çıxış etdiyini deyib. O, nəqliyyat bağlantıları mövzusuna toxunaraq, bu xüsusda da çox mühüm regional bir dövlət olan və vacib geosiyasi məkanda yerləşən Azərbaycanın rolunun əhəmiyyətini vurğulayıb.

K.Bayramov əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət nəticəsində Azərbaycan Avropa üçün mühüm tərəfdaşa çevrilib: "Hesab edirəm, bu səfər və keçirilən görüşlər, Azərbaycan-Aİ münasibətlərinin daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi baxımından əhəmiyyətli bir addımdır. Artıq Brüsseldə Azərbaycanın geosiyasi əhəmiyyəti təkcə enerji ehtiyatları ilə deyil, həm də regionda sabitliyin qorunmasındakı rolu, nəqliyyat dəhlizlərinin mərkəzində yerləşməsi və gələcəyə yönəlik "yaşıl enerji" layihələrindəki fəallığı ilə qiymətləndirilir. Avropa İttifaqı üçün enerji yalnız iqtisadi yox, həm də siyasi və təhlükəsizlik baxımından prioritet sahədir. Bu baxımdan Azərbaycan Aİ üçün sadəcə enerji təchizatçısı deyil, ümumi enerji təhlükəsizliyinin formalaşmasında əsas strateji tərəfdaş kimi qəbul olunur ki, bu da qurumun yeni geosiyasi reallıqları düzgün dəyərləndirdiyini göstərir".


Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!