27 Aprel 2025 08:40
779
İDMAN
A- A+
Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçildi

Hidayət Heydərov ilin ən yaxşı cüdoçusu seçildi


Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatı çərçivəsində qala gecəsi baş tutub. Mərasimdə 2024-cü ilin yekunlarına əsasən Avropanın ən yaxşı idmançıları mükafatlandırılıblar. Olimpiya çempionumuz Hidayət Heydərov "İlin ən yaxşı kişi cüdoçusu" adına layiq görülüb. Ona mükafatı Avropa Cüdo İttifaqının (EJU) prezidenti Laslo Tot təqdim edib.

EJU-nun rəsmi saytında bu barədə yazılıb: "Bu idmançı yeniyetmə və gənc yaşlarında Avropa, dünya çempionu titullarını qazanaraq adından söz etdirmişdi. O, zamanla öz potensialını reallaşdırmaqda qətiyyət göstərdi. 2024-cü ildə dördüncü dəfə Avropa çempionu oldu, ardınca dünya və Olimpiya çempionluqlarını qazandı. Bir ildə bu qədər böyük uğura imza atmaq nadir hadisədir. Bu möhtəşəm nailiyyətin sahibi  Azərbaycan təmsilçisi Hidayət Heydərovdur".

Avropada "İlin ən yaxşı kişi məşqçisi" isə Azərbaycan millisinin baş məşqçisi və performans direktoru Riçard Trautman seçilib. Ona mükafatı Avropa Cüdo Birliyinin idman direktoru Aqron Kuka təqdim edib. Millimizin çalışdırıcısı ilə bağlı yazılıb: "2024-cü ildə bu məşqçi iki Avropa, iki dünya və iki Olimpiya çempionluğu qazandıraraq hər xalq üçün böyük uğur sayılan bir nəticəyə imza atdı. Azərbaycan komandasının lideri həm rəhbərlik etdiyi idmançıların möhtəşəm nailiyyətləri, həm də Olimpiya ilində qazandığı şəxsi uğurlarına görə qürur duya bilər".

Qeyd edək ki, bu ilin fevralında Parisdə keçirilən tədbirdə həm Hidayət Heydərov, həm də Riçard Trautman dünya üzrə də ilin ən yaxşıları seçilmişdilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ETN İnformasiya Texnologiyaları İnstitutunun nümayəndə heyəti Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbində olub

14:13
18 Aprel

Bütün vədlərini layiqincə doğruldan Lider

12:00
18 Aprel

BDYPİ sürücülərə müraciət edib

11:42
18 Aprel

Azərbaycan nefti 104 dollara satılır

11:39
18 Aprel

Bu gündən qatarlar Kürdəmirdə də dayanır

10:59
18 Aprel

Azərbaycan ilə Aİ arasında yeni ikitərəfli saziş üzrə danışıqlar bərpa edilir

10:09
18 Aprel

Media: ABŞ-də UNO və nüvə fizikası ilə məşğul olan alimlər müəmmalı şəkildə yoxa çıxır və ölür

09:36
18 Aprel

Tramp: ABŞ və İran rəsmiləri zənginləşdirilmiş uranın çıxarılması üçün birgə çalışacaqlar  

09:25
18 Aprel

Bilmək istəyirəm

09:07
18 Aprel

Milli kimliyimizi yaşadan irs

09:05
18 Aprel

Lənkəranda "Sağlam və dayanıqlı şəhər naminə" daha 600 ağac əkildi

09:00
18 Aprel

Payızda bol məhsul götürmək üçün...

08:55
18 Aprel

161 hektarda kartof, 295 hektarda tərəvəz, 462 hektarda şəkər çuğunduru 

08:50
18 Aprel

Qubada keçirilən tədbirdə rayonun tarix və mədəniyyət abidələrindən söz açılıb

08:45
18 Aprel

Göygöldə rayon Ağsaqqallar Şurasının yığıncağı keçirilib

08:40
18 Aprel

Yaz aratı yüksək məhsuldarlığa zəmindir

08:35
18 Aprel

Topçu İsgəndər

08:30
18 Aprel

Başlıbeldə əsrə bərabər 113 gün

08:25
18 Aprel

Azərbaycan-Latviya iqtisadi əməkdaşlığında perspektivli sahələr

08:20
18 Aprel

Azərbaycan-Rusiya: regional əməkdaşlığın Şərqi Zəngəzur mərhələsi

08:15
18 Aprel

Ədaləti təmin edən qətiyyət

08:10
18 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!