04 Aprel 2025 09:10
221
İQTİSADİYYAT
A- A+
Bakıya bahar gəlib

Bakıya bahar gəlib


Bu doğrudur ki, bir gül ilə bahar olmaz. Amma bu da yalan deyil ki, çiçəksiz də bahar olmur. 

Bu günlər paytaxtımızın küçə və xiyabanları, meydan və parkları al-əlvan xalıya bənzəyir. Rəngarəng güllər, çiçək açmış ağaclar hər kəsin ruhuna dinclik, gözlərinə rahatlıq verir. Bahar təkcə qaranquşların  qanadında deyil, həm də  xoş ətirli çiçəklərlə, gülümsəyən tumurcuqlarla gəlib.

Hər yanda baharın xoş ətri, ilıq nəfəsi duyulur. Təbiət oyanır, güllər, çiçəklər cilvələnir, ağaclar tumurcuqlanır. Havanın hərarəti artdıqca bağlara, bağçalara, park və xiyabanlara "yaşıl xalı" sərilir. Ağaclar bahar suyu içir, təbiət qış yuxusundan oyanır. 

Baharın gəlişi ilə paytaxtımızda əlaqədar qurumlar yeni yaşıllıq zolaqları salır, ekoloji tarazlığın bərpası və ətraf mühitin mühafizəsi istiqamətində tədbirlər görürlər. Ağaclar və çiçək kolları suvarılır, çəmənliklər biçilir, həmişəyaşıl bitkilər budanır, Bakının iqliminə uyğun yeni ağaclar, kollar əkilir, onlara aqrotexniki qulluq göstərilir.

Biz hələ Bakının yaşıllığnı, rəngarəngliyini artıran yasəmənləri demirik. Hələ onu da demirik ki, ağaclar, prospekt və küçələrin, səkilərin  kənarları, bordyurlar və  işıq dirəkləri, yol kənarındakı məhəccərlər yuyulur, təmizlənir. Bütün bunlar  paytaxtımızın bahar mənzərəsinə əlavə təmizlik və gözəllik qatır. 


Züleyxa ƏLİYEVA, 

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bağanıs Ayrımda erməni hərbçilərin yandıraraq qətlə yetirdikləri 39 günlük körpə ilə bağlı videomateriallar məhkəmədə nümayiş etdirilib  

22:26
11 Aprel

Sankt-Peterburqda Vladimir Putinlə ABŞ Prezidentinin xüsusi nümayəndəsi arasında görüş keçirilir  

22:25
11 Aprel

“Diplomatic World Sweden” nəşrində Bakıda keçirilmiş “Yeni dünya nizamına doğru” forumu haqqında məqalə dərc edilib  

22:12
11 Aprel

Prezident İlham Əliyevin Antalyada Sudanın Suveren Keçid Şurasının Sədri ilə görüşü olub YENİLƏNİB  

21:24
11 Aprel

Prezident İlham Əliyev Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşüb YENİLƏNİB

20:39
11 Aprel

Aprelin 11-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında növbəti plenar iclası keçirilib.  

20:32
11 Aprel

Azərbaycan-Moldova biznes-forumu keçirilib

20:12
11 Aprel

Gimnaziada: Azərbaycan cüdoçuları ilk gündə 4 medal qazanıblar

19:57
11 Aprel

AFFA İcraiyyə Komitəsinin qərarları açıqlanıb  

19:41
11 Aprel

Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib  

19:27
11 Aprel

Azərbaycan Prokurorluğu ilə BMT-nin müxtəlif institutları arasında əməkdaşlıq məsələləri müzakirə olunub  

19:12
11 Aprel

Milli Məclisinin Korsika Xalqına Dəstək Qrupu Fransa Milli Assambleyasının qətnaməsinə etiraz edib

19:03
11 Aprel

Antalya şəhərində Antalya Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-2 

19:01
11 Aprel

“Los-Anceles-2028” Yay Olimpiya Oyunlarının proqramında dəyişikliklər edilib

18:55
11 Aprel

Xəzərin dayazlaşması Aktau limanında gəmilərin yük tutumunu azaldır

18:36
11 Aprel

Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri səmərəli və uğurla həyata keçirilir

18:29
11 Aprel

İqtisadi Şuranın növbəti iclası keçirilib

18:22
11 Aprel

Fuad Oktay: Kimsə ATƏT-in Minsk qrupunu oyandırıb, onlara problemin bitdiyini deməlidir

18:21
11 Aprel

Prezident İlham Əliyevin Antalyada Suriyanın keçid dövrü Prezidenti ilə görüşü olub YENİLƏNİB-2

18:20
11 Aprel

Türkiyə Qara dənizdə gündəlik qaz hasilatını 8,8 milyon kubmetrə çatdırıb

18:18
11 Aprel

Azərbaycan dəyişən dünya nizamında güclü mövqeləri ilə fərqlənir

17:33
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
 123456
78910111213
14151617181920
21222324252627
282930    

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!