11 Aprel 2025 16:22
397
İQTİSADİYYAT
A- A+
ADY Astara terminalının inşası üzrə işlərin böyük hissəsini tamamlayıb

ADY Astara terminalının inşası üzrə işlərin böyük hissəsini tamamlayıb


“Azərbaycan Dəmir Yolları” QSC (ADY) “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı istiqamətində bu dəhlizin əsas elementlərindən olan Astara terminalının (İran ərazisində) tikintisi üzrə əsaslı işlər görüb.

ADY-dən AZƏRTAC-a bildirilib ki, terminalın layihələndirmə işlərinin 85 faizi, tikinti-quraşdırma işlərinin isə 72,4 faizi başa çatdırılıb.

Astara stansiyasından İran ilə sərhədə qədər 8,3 kilometr dəmiryol xətti çəkilib və Astaraçay üzərində dəmiryol körpüsü inşa olunub. Layihə çərçivəsində 7 ədəd körpünün tikintisi nəzərdə tutulur. Körpülərdən birinin inşası tam yekunlaşıb, digərlərinin tikintisi üzrə işlərin 90 faizi başa çatıb.

Astara terminalında 2023-cü ildə 692 min, 2024-cü ildə isə 777 min tondan çox yük aşırılıb. Terminalın tikintisi tam başa çatdıqdan sonra yükaşırma gücünün illik 3,5 milyon tona çatdırılması nəzərdə tutulur.

Astara terminalı “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə yükdaşımaların həcminin artırılmasını və əməliyyatların operativ şəkildə həyata keçirilməsini təmin edəcək.

Qeyd edək ki, Azərbaycan və İran hökumətləri arasında əldə olunmuş razılaşmaya əsasən, 2017-ci ildə Astara terminalının inşasına start verilib. Terminal İranın Astara şəhərində Azərbaycan–İran sərhədindən 1,4 kilometr məsafədə yerləşir. Tikintisi ADY tərəfindən aparılan terminalın ərazisi İran hökuməti tərəfindən 25 il müddətinə Azərbaycana icarəyə verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp varlıların ABŞ-dan mümkün qaçışının səbəbini açıqlayıb

18:35
24 Aprel

Komissiya sədri: Ermənistan Avropa İttifaqı missiyası və personalına kəşfiyyat, casus fəaliyyəti üçün şərait yaradıb  

18:22
24 Aprel

Azərbaycan-Çin münasibətləri dostluq və strateji tərəfdaşlıq prinsipləri əsasında uğurla inkişaf edir  

18:13
24 Aprel

Türkmənistanın nüfuzlu informasiya portalı Prezident İlham Əliyevin Çinə səfərini işıqlandırıb  

17:33
24 Aprel

Dünya səyyahları Xankəndidə YENİLƏNİB

17:22
24 Aprel

Milli Məclisin sədri Roma Papası Fransiskin dəfn mərasimində iştirak edəcək  

17:18
24 Aprel

Çin XİN rəsmisi: Azərbaycanla qarşılıqlı viza rejiminin ləğvi ikitərəfli münasibətlərin inkişafına yönəlib

17:02
24 Aprel

YAP nümayəndə heyətinin Çin Xalq Respublikasına səfəri davam edir  

16:16
24 Aprel

Aşıq Ələsgər irsinə həsr olunmuş tədbir: Qədim yurd yerlərimiz gündəmdə  

16:15
24 Aprel

İstanbulda UEFA nümayəndəliyi açılıb

16:13
24 Aprel

Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb  

16:11
24 Aprel

Prak qardaşları: Azərbaycan dövlətinin işğaldan azad olunmuş əraziləri belə sürətlə bərpa etməsi inanılmazdır 

16:06
24 Aprel

Andjey Duda: Ukrayna Rusiya ilə sülh danışıqları üçün güzəştə getməlidir  

16:05
24 Aprel

Jülyet Binoş 78-ci Kann Kino Festivalının münsiflər heyətinə sədrlik edəcək  

16:04
24 Aprel

Məhkəmədə Şuşanın Ermənistan tərəfindən işğal edilməsinə qədər baş vermiş hadisələrlə bağlı sənədlər tədqiq olunub  

16:02
24 Aprel

“Azərkosmos” və “Türksat” arasında Anlaşma Memorandumu imzalanıb

16:01
24 Aprel

Azərbaycanın turizm potensialı Mərkəzi Asiyanın aparıcı turizm tədbirində təbliğ olunur  

15:59
24 Aprel

Bakıda Beynəlxalq Autizm Konfransının açılış mərasimi keçirilib

15:56
24 Aprel

Almaniyada peşə təhsili olmayan gənclərin sayı artır

15:55
24 Aprel

İsmayıllı rayonunda zəlzələ olub

15:53
24 Aprel

Bakıda “Almatı prosesi”nin III Nazirlər Konfransı keçirilir

15:52
24 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!