11 Aprel 2025 19:27
507
İQTİSADİYYAT
A- A+
Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib  

Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib  


Bakıda Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə iclas iştirakçıları Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Daha sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsi ehtiramla anılıb, məzarı üzərinə gül dəstələri düzülüb.

Nümayəndə heyəti, həmçinin Şəhidlər xiyabanında Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə güllər düzüblər.

Daha sonra Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclası öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın Azərbaycan tərəfindən həmsədri, kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkəmizdə iqtisadiyyatın diversifikasiyası istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. 30 ildir ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin uğurla inkişaf etdiyini deyən nazir iqtisadi potensialı nəzərə alaraq, ticarət əlaqələrinin daha da şaxələndirilməsi, ticarət dövriyyəsini artırmağa hədəflənmiş addımların atılmasının vacibliyini qeyd edib. Həmsədr bildirib ki, birgə biznes forumlar, beynəlxalq sərgilərdə qarşılıqlı iştirak iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığı daha da gücləndirə bilər.

Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığını deyən nazir bərpa və quruculuq işlərində Azərbaycanın Moldova və digər tərəfdaş ölkələrin ən yaxşı təcrübələrindən istifadə edə biləcəyinə əminliyini ifadə edib. Ölkəmizdə etibarlı və əlverişli biznes mühitinin olduğunu xatırladan nazir moldovalı sahibkarları Azərbaycana investisiya yatırmağa, eləcə də respublikamızın nəqliyyat və logistika imkanlarından səmərəli istifadə etməyə çağırıb: “Azərbaycan Avrasiya regionunun etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Dəniz limanları, dəmir yolu rabitəsi, hava limanları və avtomobil yolları, Şərq və Qərbi, Cənubla Şimalı birləşdirən müasir nəqliyyat infrastrukturu bizə səmərəli ticarət əlaqələrimizi artırmaq üçün böyük üstünlüklər verir. Mən hər iki tərəfdən investorları Azərbaycan və Moldovada iqtisadi zonaların üstünlüklərindən maksimum yararlanmağa çağırıram”.

Nazir Məcnun Məmmədov əlavə edib ki, Azərbaycan hökumətinin elektron idarəedilməsi sahəsində müxtəlif uğurlu layihələri mövcuddur. Qeyd olunub ki, Azərbaycanın uğurlu layihələrindən olan DOST modeli əsasında Moldovanın müxtəlif regionlarında pilot layihələr icra olunmaqdadır: “Biz bu istiqamətdə Moldova ilə əməkdaşlığı davam etdirmək barəsində və ən yaxşı təcrübələrimizi bölüşmək istiqamətində birgə razılıq əldə etdik”.

Moldovanın Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri, Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın həmsədri Vladimir Bolea öz növbəsində ölkəsinin Azərbaycanla dost ölkələr olduğunu, bütün sahələr üzrə tərəfdaşlıq münasibətlərini inkişaf etdirməyə maraq göstərdiyini deyib. İki ölkə arasında iqtisadi, eləcə də kənd təsərrüfatı sahəsində tərəfdaşlığı genişləndirmək üçün böyük potensialın olduğu vurğulanıb. Bildirilib ki, aqrar sahədə müasir texnologiyaların transferi, müştərək elmi tədqiqatların aparılması, aqrar sahədə mütəxəssis hazırlığı və aqrar məhsulların ixracı Azərbaycanla Moldovanın kənd təsərrüfatı sahəsində əməkdaşlığının əsas istiqamətləri ola bilər.

Daha sonra iclas iştirakçıları Azərbaycan-Moldova birgə hökumətlərarası komissiyanın 2023-cü il dekabrın 6-da Kişineuda keçirilmiş 5-ci iclasında qəbul olunmuş qərarların icra vəziyyətini müzakirə edib, bu istiqamətdə mühüm işlərin görüldüyünü bildiriblər. İclasda Azərbaycanla Moldova arasında ikitərəfli əməkdaşlığın istiqamətləri, enerji, nəqliyyat, kənd təsərrüfatı, texnologiya transferi, ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiyaların təşviqi, beynəlxalq yükdaşımaları, məhsulların üçüncü ölkələrə ixracı zamanı Orta Dəhlizin yaratdığı üstünlüklərdən istifadə və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər iki ölkə arasında böyük turizm potensialının olduğunu nəzərə alaraq birbaşa uçuşların sayının artırılması barədə razılığa gəliblər.

İclasın sonunda Azərbaycan-Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 6-cı iclasının yekunlarına dair protokolu təsdiqlənib. Sənəd iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, kənd təsərrüfatı, qida təhlükəsizliyi, energetika, nəqliyyat, elmi-texniki və humanitar, sosial, səhiyyə, mədəniyyət, əqli mülkiyyət, ətraf mühit, idman və turizm sahələrində ikitərəfli əməkdaşlığı daha da inkişaf etdirməyi nəzərdə tutur. Yekun protokolda, həmçinin iki ölkə arasında ikitərəfli münasibətlərin hüquqi-normativ bazasının daha da təkmilləşdirilməsi niyyəti öz əksini tapıb.

Daha sonra Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Moldova Respublikasının Milli Qida Təhlükəsizliyi Agentliyi arasında baytarlıq sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandumda baytarlıq sahəsində qarşılıqlı əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur. İclasda, həmçinin Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi ilə Moldova Respublikasının Energetika Nazirliyi yanında Milli Dayanıqlı Enerji Mərkəzi arasında “Bərpaolunan enerji sahəsində əməkdaşlığın təşviqi haqqında” Anlaşma Memorandumu imzalanıb. Memorandum enerji sahəsində, eyni zamanda, bərpaolunan enerji mənbələrindən istifadəyə dair təcrübə mübadiləsinin genişləndirilməsi, bərpaolunan enerji texnologiyalarını və innovativ həlləri inkişaf etdirmək üçün tədqiqat təşəbbüsləri üzərində əməkdaşlığın inkişaf etdirilməsini ehtiva edir.

Tərəflər Azərbaycan-Moldova iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 7-ci iclasının gələn il Kişineuda keçirilməsi barədə razılığa gəliblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Mülki hava gəmilərinə sertifikatların verilməsi, növ dizaynında dəyişiklik və ya onların təmiri, onların uçuşa yararlılıq və ətraf mühitin mühafizəsi üzrə tələblərin müəyyən olunması Qaydaları”nın təsdiq edilməsi haqqında

00:27
27 Aprel

“Mülki pilotsuz uçuş aparatlarının istismarı, qeydiyyata alınması və kateqoriyalara bölünməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

00:24
27 Aprel

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”ndə dəyişiklik edilməsi haqqında

00:22
27 Aprel

“Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına icazə verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

00:21
27 Aprel

“Daimi və ya müvəqqəti coğrafi zonaların təyin edilməsi ilə bağlı meyarlar”ın təsdiq edilməsi haqqında

00:18
27 Aprel

Nizami Kino Mərkəzində “Qəhrəmanlıq Varislikdir” sənədli filminin təqdimatı olub

23:48
26 Aprel

Misli Premyer Liqası: “Zirə” Tovuzda “Kəpəz”i məğlub edib

21:46
26 Aprel

İstanbulda baş vermiş zəlzələdən sonra yeddi mindən artıq binada ciddi zədə aşkar edilib  

21:13
26 Aprel

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıqlar verilib

20:08
26 Aprel

Gəncədə böyük yazıçı, alim və pedaqoq Mir Cəlal Paşayevin xatirəsi anılıb 

19:57
26 Aprel

Milli Məclisin sədri Sahibə Qafarova Vatikanda Roma Papasının dəfn mərasimində iştirak edib  

19:38
26 Aprel

Cəbrayıla səfər edən əcnəbi səyyah: Burada həm münaqişədən öncə, həm münaqişədən sonra baş verənləri görürük 

19:13
26 Aprel

“Yüksəliş” müsabiqəsi çərçivəsində beşinci dəfə intellektual yarış keçirilib

18:32
26 Aprel

“Uşaq İncəsənət Festivalı – 2025” çərçivəsində birinci seçim turu davam edir

18:30
26 Aprel

Azərbaycan COP29 Sədrliyinin ilk milli tədbirində Xankəndi Gənclər Paktı imzalanacaq  

18:27
26 Aprel

Rusiya KXDR hərbçilərinin Kursk vilayətinin azad olunmasında iştirakını etiraf edir

18:26
26 Aprel

Xankəndidə COP Simulyasiya Konfransı öz işinə başlayıb YENİLƏNİB

18:25
26 Aprel

Roma Papası dəfn edilib  

18:24
26 Aprel

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq  

18:22
26 Aprel

Volodimir Zelenski: Trampla təkbətək çox şeyi müzakirə etdik

16:35
26 Aprel

Azərbaycan Özbəkistanda keçirilən festivalda və II Türk Dünyası Mədəniyyət Forumunda təmsil olunur  

16:28
26 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!