Bakıda Azərbaycan-Moldova biznes-forumu keçirilib. Forumda Moldovanın və Azərbaycanın iş adamları, biznes qurumlarının nümayəndələri, dövlət və hökumət təmsilçiləri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, forumda çıxış edən Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov ölkədə həyata keçirilən iqtisadi islahatlardan danışaraq nəzərə çatdırıb ki, hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulmasına imkan verir ki, bundan da səmərəli istifadə etmək lazımdır.
Nazir ölkəmizin qanunvericiliyi, biznes mühiti barəsində ətraflı məlumat verib və moldovalı iş adamlarını Azərbaycana sərmayə qoymağa çağırıb.
Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Vladimir Bolea çıxış edərək Azərbaycanda bu cür biznes-forumun keçirilməsinin əhəmiyyətindən danışıb. Nəzərə çatdırıb ki, Moldova aqrar ölkə olaraq Azərbaycana daha çox məhsul ixrac etmək imkanına malikdir. Bununla yanaşı, Azərbaycan da Moldovanın ehtiyacı olan məhsulları ixrac edə bilər. Azərbaycanın hazırda neft və neft məhsulları, ağac, meyvə və tərəvəz ixrac edir. Hər iki ölkə böyük bazara sahibdir və ticarət əlaqələrinin qarşılıqlı olaraq inkişaf etdirmək üçün böyük fürsət var.
Sonra iqtisadiyyat nazirinin müavini Rövnəq Abdullayev, Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin dövlət katibi Viorel Qarac, AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Moldovanın İqtisadi İnkişaf və Rəqəmsallaşma Nazirliyinin Beynəlxalq iqtisadi əlaqələr idarəsinin rəis müavini Yevgeni Kistol və başqaları çıxış edərək təmsil etdikləri qurumların iş prinsipi və fəaliyyəti haqqında ətraflı məlumat veriblər.
Qeyd olunub ki, hər iki dövlətin siyasi rəhbərliyinin iradəsi ilə qarşılıqlı iqtisadi əlaqələrin genişləndirilməsi artıq zərurətə çevrilib.
Sonra forum iştirakçıları Moldova istehsalı olan şərabların sərgisi ilə tanış olublar.
Moldovadan gələn iş adamları ilə yerli şirkətlərin nümayəndələri qarşılıqlı əlaqələr qurmaq məqsədi ilə görüş keçiriblər.
“Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
“Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 iyul tarixli 262 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında
Zelenski: Ukraynanın “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı təklifi hələ də qüvvədədir
İğdırın yüzlərlə sakini erməni quldur dəstələrinin cinayətlərinin qurbanlarının xatirəsinin anım aksiyasına qoşulub
Tramp: İsraillə bütün məsələlərdə eyni tərəfdəyik
Milli Məclisin plenar iclasında 12 məsələ müzakirə edilib YENİLƏNİB
Özbəkistanda Azərbaycan təcrübəsi əsasında STEAM Mərkəzi açılıb
Ruben Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıblar: Bir gündə iki oğlumu itirdim
Rumıniya qəzeti Neft Daşları barədə geniş yazı dərc edib
Azərbaycan ilə Çin arasında energetika sahəsində bir sıra sənədlər imzalanıb
Fransada həbsxanalar bir neçə gündür hücumların hədəfinə çevrilib
Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadılıb
Xəzər dənizi 2050-ci ilədək kritik səviyyəyə düşə bilər
“Yeni Şafak” qəzeti: Türkiyə parlamentinin arxivləri ermənilərin Anadoludakı vəhşiliklərinə işıq salır
Nazir Məcnun Məmmədov: İşğaldan azad edilmiş torpaqlarda ən müasir aqrar innovasiyalar tətbiq olunur
Dövlət Komitəsinin sədri vətəndaşların müraciətlərini dinləyib
Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub
“Azərreyl” final mərhələsinə qələbə ilə başlayıb
İldırımdan qorunmaq üçün iinovativ dron hazırlanıb
Tbilisidə Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub
Ali etimad, yüksələn nüfuzun təcəssümü13 Aprel 2025
Yüksək etimad nümunəsi12 Aprel 2025
Qürurdoğuran inkişaf, yüksək rifah və güclü dövlət11 Aprel 2025
İlham Əliyevdən dünyaya ədalət dərsi09 Aprel 2025
Müzəffər Ali Baş Komandan, hərbi güc, qüdrətli dövlət09 Aprel 2025
MÜSTƏQİL SİYASƏT APARAN AZƏRBAYCAN08 Aprel 2025
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!